Multikulturalizmin Azərbaycan modeli haqqında kitabın növbəti təqdimatı olub

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın silsilə təqdimatları keçirilir. Növbəti belə tədbir martın 13-də ADU Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasında (ETL) təşkil olunub. Mərasimdə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli  multikulturalizm siyasətinin vacibiyindən və universitetdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Cənab Prezident İlham Əliyev və multikulturalizm siyasəti: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında: seçilmiş fikirlər” kitabının (Azərbaycan, rus və ingilis dillərində) əsasında” mövzusunda məruzə  edib. O, multikulturalizm, islam həmrəyliyi və tolerantlıq haqqında məlumat verib, kitabın alimlər və tələbələr üçün mükəmməl vəsait olduğunu bildirib. ADU Multikulturalizm ETL-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Müasir Azərbaycanda multikulturalizm, dini və etnik icmalar” mövzusunda məruzə  edib. O, Azərbaycanda mövcud olan dini və etnik icmaların tarixindən, onlara müasir dövrdə dövlətimizin qayğısından bəhs edib. ADU Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov isə “Multikulturalizm Azərbaycan milli siyasətinin ideoloji əsası kimi” mövzusunda mühazirə oxuyub. Təqdimat mərasimində digər çıxışlar da olub.  

 

Sonda tələbələr  mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 



14.03.2018 | 17:25