Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert

Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib.   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və musiqi məktəbinin birgə  keçirdiyi konsertdə məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında görkəmli bəstəkarlar Q.Qarayevin “Vals”, İ.Qedjadzenin “Lastoçka”, V.Kermanın “Palçı Rudi”, Kalinkoviçin “Tarantella”, T.Şaverzaşvilinin “Noktürn”, İ.S.Baxın “Prelüdiya və qavot” və Mendezin “Xabanera” əsərləri səsləndirilib.

 

Mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA

 



28.03.2018 | 18:13