Təhsil TV: Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu

Aprelin 3-də Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq, müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər.



03.04.2018 | 18:26