İdman məktəbində 8-10 yaşlı idmançılar arasında turnir keçirilib

Bu günlərdə “Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər  İdman  Məktəbində idmanın şahmat, boks və stolüstü tenis üzrə 8-10 yaşlı idmançılar  arasında  turnir keçirilib.

 

“Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər  İdman  Məktəbinin direktoru Natiq Ələkbərov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söz açıb. Qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan idmançıları  beynəlxalq arenada, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında böyük uğurlar qazanıb.  İdmançılarımızın nailiyyətləri xalqımız tərəfindən də böyük sevinclə qarşılanır.

 

Qeyd olunub ki, turnirə məktəbin şahmat bölməsindən 190, boks üzrə 50, stolüstü tenis üzrə isə 35 nəfər idmançısı qatılıb.   Sonda qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunub.

 

Rəşad ZİYADOV

 



12.04.2018 | 10:21