“Google”un süni intellekti kütlədən bir nəfərin səsini ayırd etməyi öyrənib

Bir qayda olaraq, insanlar səs-küylü kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin bu fikri kompüter barədə söyləmək olmaz.  Problemin aradan qaldırılması üçün “Google” şirkəti yeni tətbiq hazırlayıb.

 

itc.ua saytının məlumatına görə,  şirkəti təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Nəticədə süni intellekt sistemi eyni anda bir neçə insan danışdığı zaman bir nəfərin səsini ayırd edə bilir.

 

Hazırda şirkət öz məhsullarında bu funksiyadan istifadə etmək imkanlarını araşdırır.



16.04.2018 | 17:27