ADU-da “ Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda ustad dərsi

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda ustad dərsi keçirilib.

 

 Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin yeməklərinin Azərbaycanda da sevildiyini və son zamanlar daha da məşhurlaşdığını qeyd edib. Professor bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında Azərbaycanda təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.

 

Konfutsi İnstitutu əməkdaşları ustad dərsi iştirakçılarına Çin kulinariya  sənətinin ənənələrindən danışaraq, Çin mətbəxinin tarixi, regional üslubu və tanınmış yeməkləri haqqında məlumat veriblər. O cümlədən Çin tərəvəz yeməklərinin hazırlanması prosessi ilə yanaşı, Çin souslarından istifadə etmə yolları, “Gong bao ji” – “döyülmüş xiyar” hazırlanması qaydaları nümayiş etdirilib.

 

Sonda Çin kulinariyası mövzusunda film nümayiş olunub.



19.04.2018 | 12:08