ADPU-da SABAH qruplarının bilik yarışı keçirilib

SABAH qruplarının  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bilik yarışının ikinci mərhələsi və finalı keçirilib.

 

Məlumat üçün bildirək ki, SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışının birinci  mərhələsi bu ilin mart-aprel aylarında keçirilib. 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə SABAH qruplarının 500-dən çox tələbəsi iştirak edib. Yarışlar Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Azərbaycan Texniki Universitetində (ATU) keçirilib. Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

 

Aprelin 18-də ADPU-da müəllimlik üzrə bilik  yarışının ikinci mərhələsi və finalı keçirilib. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və finala keçənlər müəyyən edilib. Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən edilib. Belə ki, I yeri BDU-nun tələbəsi Tamara Əliyeva, II yeri ADPU-nun tələbəsi Nərmin Mahmudova, III yeri ADU-nun  tələbəsi Nərmin Səfərova tutub.

 

Aprelin 25-də BDU-da keçiriləcək mükafatlandırma mərasimində qaliblərə hədiyyə və sertifikatlar təqdim ediləcək.



19.04.2018 | 13:26