GDU-da ıı könüllülük yaz məktəbi

Mayın 4-də Gəncə Dövlət Universitetinin 80 İllik yubileyinə həsr edilən  “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin icrasına başlanılacaq.

 

Layihənin keçirilməsində məqsəd tələbələrdə liderlik qabiliyyətinin artırılması, könüllü fəaliyyətin təşviqi və komanda işinin təşkilidir.
Üç gün davam edəcək maraqlı layihədə bir-birindən fərqli təlimçilərin rəhbərliyi ilə müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda intellektual yarışlar və şəhər ekskursiyaları təşkil ediləcək. Layihənin icrası gənclər üçün maraqlı parti ilə yekunlaşacaq.



30.04.2018 | 15:10