Fransalı professor UFAZ-da seminar keçir

Fransanın Strasburq Universitetinin seysmologiya üzrə professoru Alessia Maggi dəvətli professsor qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) geofizika fənnini tədris edir.

 

Fransalı professor tədrislə yanaşı, tələbələrin təcrübələrdə aktiv iştirakını təmin etmək üçün bəzi şirkət rəhbərləri ilə əlaqələrin qurulması işində də yaxından iştirak edir və bir sıra görüşlər keçirib. A.Maggi ADNSU-nun laboratoriyaları və “Mineralogiya muzeyi”ndə olub. Universitetdəki tədirsdən və tələbələrin bilik və bacarıqlarından razı qaldığını deyən qonaq yeni layihə olmasına baxmayaraq UFAZ-da mükəmməl tədrisin həyata keçirildiyini vurğulayıb. “Burada tələbələrin ən çox bəyəndiyim cəhətlərindən biri də çoxlu sual vermələridir. Bu isə o deməkdir ki, onlar öyrənməyə və biliklərini artırmağa çox həvəslidirlər. Bir müəllim kimi onların məndən öyrənmək istəkləri məni xoşbəxt edir”, - deyə A.Maggi bildirib.

 

Qeyd edək ki, professor A.Maggi aprelin 30-dan mayın 5-nə kimi UFAZ-da geofizika və seysmologiya mövzularında seminarlar keçəcək.



04.05.2018 | 14:51