AMЕA Naxçıvan Bölməsində Xocalı faciəsinə həsr edilmiş sərgi açılıb

AMЕA Naxçıvan Bölməsinin elektron kitabxanasında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sərgi təşkil olunub.

Sərgidə “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı”, “Türkiye ve Azerbaycan açısından erməni sorunu”, “Erməni terroru”, “Türkün Xocalı soyqırımı”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Qarabağ həqiqətləri”, “Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı terror deportasiya, işğal”, “Qarabağ harayı” və digər bu qəbildən olan türk, rus və ingilis dillərində  kitablar nümayiş olunur.

Öz faciəviliyinə, amansızlığına və qəddarlığına görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən qəzet,  jurnal və toplu materialları da tamaşaçıların ixtiyarına verilib.

 



22.02.2018 | 13:00