"Heç kim unudulmur, heç nə yaddan çıxmır"

Qax rayon İlisu kənd tam orta məktəbində faşizm üzərində  qələbənin 73-cü ildönümünə həsr edilmiş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib. Tədbir iştirakçıları  öncə İkinci dünya müharibəsində həlak olanların   xatirəsinə ucaldılmış abidəyə gül qoyublar.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günay Mahmudovanın   verdiyi məlumata görə,  İkinci dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra şagirdlər  Böyük Vətən Müharibəsi qəhrəmanları haqqında ətraflı danışıblar. Onlar qəhrəmanlara aid şeir söyləyib, mahnı oxuyub və ədəbi- bədii kompozisiya  nümayiş etdiriblər.

 

Şakir CƏFƏROV

 



08.05.2018 | 15:03