ADPU-da ümummilli lider Heydər Əliyevə həsr edilmiş konsert proqramı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetdə musiqi, təsviri incəsənət, fiziki tərbiyə və  gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş konsert proqramı keçirilib. Tədbir iştirakçıları öncə fakültənin müəllim və tələbələrinin rəsm əsərləri ilə tanış olublar.

 

Konsertdə “Xalqa bağışlanan ömür” filmi nümayiş olunub, fakültənin birləşmiş xoru “Gözəl Vətən” musiqili kompozisiyasını təqdim edib. Konsertdə həmçinin Məxfirət Hüseynova, Məhərrəm Alişanov Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin iştirakı ilə musiqisi Sevil Əliyevanın, sözləri Baba Vəziroğlunun olan “Ana”, Ənvər Məmmədhəsənov musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus “Sən elə bir zirvəsən” və Rauf Məmmədov Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını, fakültənin birləşmiş xoru “Bu dünya” musiqili kompozisiyasını ifa ediblər.

 

Sonra ulu öndər Heydər Əliyevin ADPU-nun 60 illik yubileyində iştirakını əks etdirən film nümayiş olunub.

 

Sonda musiqisi Nailə Mirməmmədlinin, sözləri “Musiqi və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Nərmin Kamilovanın olan “Ulu öndər” mahnısı ifa edilib.

 

Konsert proqramı iştirakçılarda xoş təəssürat yaradıb.

 

 

 



11.05.2018 | 10:17