Şagirdlərin əl işlərindən ibarət sərgi

Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş əl işləri sərgisi keçirilib.

 

Sərgidə məktəbin bütün sinifləri öz əl işləri ilə təmsil olunub. Sərgiyə baxış keçirən münsiflər heyəti ən yaxşı əl işləri təqdim edən sinfi  sərgi daxilində keçirilən “Ən yaxşı əl işi” müsabiqəsinin qalibi elan edib.

 

Ulu öndər  Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlər silsilə olaraq rayonun bütün ümumtəhsil məktəblərində  davam edir.

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə  əlaqələr üzrə məsul şəxsi

 

 



11.05.2018 | 18:51