Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - ¹09

 

Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib

 

Martın 2-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşrə və çapa hazırlanması ilə bağlı müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbələrinin müdirləri, tanınmış alimlər, ayrı-ayrı fənlər üzrə ekspert müəllimlər, dərsliklərin nəşri və çapını həyata keçirən nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri və başqaları iştirak edirdilər.

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu söylədi. Nazir qeyd etdi ki, son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Dərsliklərin hazırlanmasında orta məktəblərdə müxtəlif fənləri tədris edən müəllimlərin iştirakı artıb. Məhz orta məktəb müəllimlərinin dərslik müəllifliyinə gətirilməsi, dərsliklərin redaktə və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi dərslik sahəsindəki nöqsanların azaldılmasına gətirib çıxarıb. Bunun müsbət hal olduğunu deyən təhsil naziri bu işdə əməyi olan hər bir kəsin zəhmətini yüksək qiymətləndirdi. Məlumat üçün bildirdi ki, 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşrə və çapa hazırlanması işinə başlanılmışdır. Bu il 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur. Bunlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. III siniflər üçün dərslik komplektlərinin çapı tender yolu ilə müəyyənləşdiriləcəkdir. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan nazir Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərdə diqqət yetirilməsi vacib olan bir sıra məqamlara toxundu. Təhsil naziri ekspert müəllimlərin, mütəxəssislərin diqqətinə həmin mühüm məsələləri çatdıraraq bunlarla bağlı öz fikirlərini söylədi.

Qeyd olundu ki, dərsliklərin hazırlanması işində orta məktəb müəllimlərinin sayının daha da artırılması olduqca zəruridir. Belə ki, orta məktəb dərsliklərini yazan şəxslər ümumtəhsil məktəblərində  bu fənləri tədris edən ən savadlı, qabiliyyətli müəllimlər olmalıdır. Dərsliklər hazırlanarkən şagirdlərin yaşı və qavrama səviyyəsi nəzərə alınmalı, dərsliklərin elmi yükü və dili bir qədər yüngülləşdirilməlidir. Təhsil naziri Misir Mərdanov  ayrı-ayrı fənlər üzrə ekspert müəllimlərdən onlara təqdim olunan dərslikləri oxuyarkən bu və digər məqamlara diqqəti artırmalarını, ümumiyyətlə dərslik hazırlığı ilə məşğul olan hər bir kəsə  həmin işə daha məsuliyyətlə, yüksək həssaslıqla yanaşmağı tövsiyə edərək, hamıya uğurlar arzuladı.

Geniş diskussiya şəraitində keçən tədbirdə çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Bakıdakı 31 nömrəli məktəbin fizika müəllimi Kəmalə Abıyeva, "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov, 60 nömrəli məktəbin biologiya müəllimi Səfura Rəhimova, 23 nömrəli məktəbin fizika müəllimi Firəngiz Tağıyeva, Bakı Avropa Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Mikayılova, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin  müdiri Aydın Əhmədov, 160 nömrəli klassik gimnaziyanın tarix müəllimi Leyla Axundova dərsliklərin  nəşrə  və çapa hazırlıq məsələlərindən  danışaraq bununla bağlı  öz fikir və mülahizələrini söylədilər. 

Samirə  KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil Nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - ¹09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov