Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - 25

 

Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol"

Bookmark and Share

Bu məqalənin hazırlanması bir neçə məqsədə xidmət edir. Məqsədlərdən ən əhəmiyyətlisi 21-ci əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən təhsilin qarşısında duran bəzi müasir problemlərin və yeni çağırışların müzakirəsidir. Müasir təhsilin vacib bir istiqaməti biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən və gələcək əmək bazarının tələblərinə cavab verən peşəkarların hazırlanmasıdır. Məlum olduğu kimi, müasir dünyada çağdaş nəsillərin rifahını təmin edən, eyni zamanda gələcək nəsillərin imkanlarını məhdudlaşdırmayan və davamlı inkişaf kimi məlum olan tərəqqi yolu bəşəriyyətin əsas prioriteti kimi qəbul olunmuşdur. 2009-cu ilin sonunda keçirilmiş qlobal iqlim dəyişmələrinə və bu proseslərlə əlaqədar olan ekoloji və iqtisadi problemlərə həsr edilmiş Dunya sammiti, beynəlxalq və milli səviyyələrdə keçirilmiş digər tədbirlər və eyni zamanda planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə harmoniyada olan və uzunmüddətli müxtəlif nəsillərin maraqlarını nəzərə alan davamlı inkişafı təmin edən "yaşıl" iqtisadiyyat, "yaşıl" həyat tərzi və "yaşıl" təfəkkürdür.  Bu yanaşma həm ətraf mühitin qorunmasını, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin yeganə yoludur.

Qeyd etmək lazımdır ki, davamlı və insan potensialına, onun bilik və bacarığına əsaslanan inkişafın əsaslarının tədrisi, bu sahədə məlumatların ali məktəblərin bütün ixtisaslarının və orta ümumi təhsil məktəblərinin kurikulumuna daxil edilməsi dünyada ilk dəfə Azərbaycanda həyata keçirilmişdir və bu, bizim ölkənin prioritetidir. Azərbaycan Resrublikası Təhsil Nazirliyi bu istiqamətdə ilk əmrini (N 964) 14 sentyabr 2001-ci ildə vermişdir və həmin sənəd ilə ümumtəhsil orta məktəblərində davamlı insan inkişafı kursunun tədrisinə başlamışdır. Pilot layihə kimi başlamış bu təşəbbüsün müsbət nəticələrini nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən 2003-cü ilin 25 fevralında verilmiş 175 nömrəli əmr ilə bu kursun tədris proqramı (kurikulumu) təsdiq edilmişdir və 6 noyabr 2003-cü il tarixli 688 nömrəli əmr ilə dərs vəsaiti dərc edilmişdir. Bu, dünyada ümumtəhsil orta məktəbləri üçün davamlı inkişafa həsr olunmuş ilk dərs vəsaiti idi. BMT-nin Baş Qərargahı (Nyu-York) Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu təşəbbüsünü innovativ ideya və fəaliyyət kimi üzv olan ölkələr arasında yaydı və bu məlumatı öz saytında yerləşdirdi.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə biliklərin formalaşmasının qlobal miqyasda aktuallığını nəzərə alaraq, BMT və YUNESKO 1 mart 2005-ci il tarixli və təşkilatların Baş Katibi (BMT) və Baş Direktoru (YUNESKO) tərəfindən imzalanan qərar ilə (UNIS/INF/63, 28 fevral 2005) 2005-2014-cü illəri davamlı və insan potensialına əsaslanan inkişaf sahəsində tədris onilliyi elan etdi. Göründüyü kimi, Azərbaycanda bu proses 4 il öncə başlamış və 2005-ci ildə dünyada ilk dəfə olaraq bu məlumatlar artıq orta ümumtəhsil məktəblərinin bütün şagirdlərinə "İnsan və cəmiyyət" fənni çərçivəsində tədris edilmişdi.

Azərbaycanın bu istiqamətdə dünyada birinci olması, ilk növbədə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş ölkənin tədris strategiyasından irəli gəlirdi. Bu innovativ təşəbbüs, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil islahatları və bu çərçivədə həyata keçirilən yeni müasir məktəblərin tikilməsi, mövcud olan tədris ocaqlarının yenidən qurulması, onların ən müasir səviyyədə təchiz edilməsi, yeni kurikulumların işlənilməsi və s. prosesinin bir hissəsidir. Bu fəaliyyətin həyata keçirilməsində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramları, Fondun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.

Hazırda davamlı və insan potensialına əsaslanan inkişaf istiqamətində yeni tendensiyalar və yeni çağırışlar əmələ gəlmişdir. Bunlar, qeyd edildiyi kimi, "yaşıl iqtisadiyat" və "yaşıl həyat tərzi", "yaşıl istehlak", yaxud "yaşıl davranış" kimi səciyyələndirilə bilər. Yeni istiqamət olduğundan bu barədə məlumatlar kifayət dərəcədə yayılmayıb. Məsələn, məruzələrimin birində  dinləyicilərdən yaşıl iqtisadiyyatın nə olduğunu soruşduqda, onlardan biri əminliklə bildirdi ki, bu, çox güman ki, ABŞ dolları ilə həyata keçirilən iqtisadi fəaliyyətdir. Bir çox ölkələrdə və dillərdə ABŞ dolları "yaşıl" adlandırıldığından, "yaşıl iqtisadiyyat" mənası ekvivalent kimi qəbul edilir. Bu jarqon ifadə olsa da, dünyada kifayət dərəcədə geniş yayılmışdır. Dinləyicinin belə bir reaksiyası da həmin jarqon anlayışına əsaslanırdı. Amma yaşıl iqtisadiyat və yaşıl istehsal dedikdə, ilk növbədə, təbiətin qanunlarını nəzərə alan, ətraf mühitə heç bir mənfi təsir göstərməyən və təbii ehtiyatlardan səmərəli və yüksək qənaətlə istifadə edən insanın sənayedə və kənd təsərrüfatında fəaliyyəti nəzərdə tutulur.

"Yaşıl həyat tərzi" və "yaşıl davranış" barəsində məlumatların kifayət dərəcədə olmamasına dair digər bir misalı diqqətinizə çatdırmaq istərdim. Xarici universitetlərin birində təşkil edilmiş seminarda məruzə zamanı dinləyicilərdən birindən müəyyən statistik göstəricinin təhlil edilməsini xahiş etdim. Bu göstərici ölkə əhalisinin neçə faizinin fərdi və ictimai nəqliyyatdan istifadə edilməsinə aid idi. Eyni zamanda bu göstəricinin ölkənin inkişaf səviyyəsi ilə əlaqəsinin təhlil edilməsi də dinləyicilərdən xahiş olundu. İnkişaf etmiş ölkənin nümayəndəsi və ixtisasca iqtisadçı olan dinləyicilərdən biri əminliklə bildirdi ki, maddi imkan olan hallarda əhali bir qayda olaraq fərdi avtomaşın və yaxud hərəkətin sıx olduğu şəraitdə motosikllərdən istifadə edir. Maddi imkanlar məhdud olduğu halda isə ölkə vətandaşları ictimai nəqliyyata: metro, avtobus, tramvay və s. üstünlük verirlər. Bu kifayət dərəcədə yayılmış stereotipdir. Dinləyicilər düşünməlidirlər ki, nəqliyyat vasitəsinin seçiminə, maddi imkanlarla yanaşı, insanların cəmiyyət və gələcək nəsillər qarşısında daşıdığı sosial məsuliyyət də təsir göstərə bilər. Sosial məsuliyyət hissinin yüksək olduğu bir cəmiyyətdə fərdi nəqliyyatdan istifadə etmək imkanı olan şəxslər bir çox hallarda içtimai nəqliyyatdan istifadə edilməsinə üstünlük verirlər. Belə sosial məsuliyyətli seçim, "yaşıl" təfəkkür yollarda nəqliyyatın azalmasına, təbii ehtiyatlardan qənaətlə istifadə edilməsinə və ətraf mühitin qorunmasına yönəldilmiş "yaşıl həyat tərzi" şəklində həyata keçirilə bilər.

Bu iki misaldan aydın olur ki, cəmiyyətdə yaşıl iqtisadiyyat və yaşıl həyat tərzi haqqında məlumatlar kifayət deyil. Belə məlumatların yayılması zərurəti, bu istiqamətdə ən müasir bilik və bacarıqların formalaşması təhsil qarşısında yeni çağırışlar formalaşdırır. Bu, tədrisin bütün sahələrinə və hər bir səviyyəsinə aiddir. Lakin hazırkı mərhələdə "yaşıl" bilik və bacarıqlar  peşə təhsili üçün xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan mütəxəssislər həm peşəkar, həm də vətəndaş kimi bu çağırışlara cavab verməlidirlər. Çağdaş və gələcək nəsillərin maraqlarına xidmət edən davamlı və uzunmüddətli inkişaf yalnız bu rrinsirlər əsasında hesablanmış sənətkarların hazırlanması şəraitində təmin edilə bilər. Bu, həmin istiqamətdə hazırlanan peşəkarların şəxsi uğurları üçün də olduqca əhəmiyyətlidir, onların daxili və xarici əmək bazarlarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Yaşıl iqtisadiyata keçidin zəruriyyəti

 və hətta qaçılmaz olması üç əsas səbəbdən irəli gəlir. Onlardan birincisi ondadır ki, ərazisi məhdud olan hər hansı bir yerdə, o cümlədən Yer kürəsində, insanın ətraf mühitə təsirinin daimi genişlənməsi və güclənməsi mümkün deyil. Kosmos və okean dərinliklərinin hesabına təsir imkanlarının artırılması da hazırkı mərhələdə və yaxın gələcəkdə çox məhduddur. İkinci səbəb ondadır ki, Yer kürəsində bərpa olunmayan təbii ehtiyatlar tükənməz deyil. Əhalinin sayının daimi artdığı, onların tələbatlarının genişləndiyi şəraitdə, bu tələbatların  ödənilməsi və mövcud olan nemətlərin ədalətli bölünməsi böyük problemə çevrilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Yer kürəsində insanın fəaliyyəti nəticəsində baş verən hər hansı bir neqativ proses digər yerlərdə, o cümlədən uzaq məsafələrdə də öz təsirini göstərir.

Beləliklə, aydın olur ki, bəşəriyyət muasir dövrdə üzləşmiş ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün yeni yanaşmalardan istifadə etməlidir. Belə yanaşmalara hazırkı məqalənin müəllifi tərəfindən təklif edilmiş ekoloji sivilizasiya və yaxud ekosivil konsepsiyasıdır. Yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi ekoloji sivilizasiyanın əsas komponentidir.  Konsepsiya bütövlükdə və onun ayrı-ayrı elementləri dünyanın, o cümlədən ABŞ-ın, müxtəlif universitetlərində müəllif tərəfindən tədris edilir. Eyni zamanda bu istiqamətdə məruzə və seminar bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Dünya Bankının, BMT-nin, Avropa Yenidənqurma və İnkişaf Bankının baş idarələrində, digər təşkilatlarda keçirilməkdədir.

Yaşıl əmək fəaliyyətinin və bu sahədə bilik və bacarığın hansı dərəcədə əhəmiyyətli olması, ilk növbədə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin təhlilindən aydın olur.  Məsələn, məlumdur ki, hər hansı bir ölkənin iqtisadiyyatının vəziyyəti istehsal olunan məhsul və xidmətlərin dəyəri ilə müəyyən edilir. Bu, milli məhsul kimi çıxış edir və onun  həcminin yüksək olması ölkə iqtisadiyyatının inkişafından xəbər verir. Məlum olduğu kimi, bizim ölkədə ümumdaxili məhsul hər il artmaqdadır. Azərbaycanda bu artım hətta dünyada iqtisadi böhran sürən dövrdə belə müşahidə edilmişdir. Ümumdaxili məhsulun həcmi adətən ABŞ dolları ilə göstərilir. Bu, müxtəlif ölkələrdə əldə edilmiş nəticələri müqayisə etmək imkanı yaradır. Lakin bu mütləq göstərici ilə yanaşı, milli məhsulun əldə edilməsi üçün sərf edilən enerji də qiymətləndirilə bilər. Bu beynəlxalq statistikada istifadə edilən göstərici istehsalın nə dərəcədə qənaətlı olmasını, müasir texnoloji nailiyyətlər əsasında qurulması və bu səviyyədə çalışa bilən işçi quvvəsinin peşəkarlığından xəbər verir. Belə müqayisələr zamanı adətən bir kiloqram neftə olan enerjinin istifadəsi nəticəsində istehsal olunan məhsulun dəyəri qiymətləndirilir. Müqayisələrdən aydın olur ki, bu göstərici müxtəlif ölkələr arasında çox fərqlənir. Məsələn, Yaponiyada qiyməti dəyişən və hazırda yarım dollar təşkil edən bir kq neftdə olan enerji hesabına bu ölkədə istehsal olunan məhsulun orta qiyməti 7 ABŞ dolları təşkil edir. ABŞ-da bu rəqəm 4,6, Kanadada - 4,3 ABŞ dollarına bərabərdir. Norveçin göstəricisi olduqca maraqlıdır. Bu ölkə, məlum olduğu kimi, neft və qaz ixracatçısıdır. Buna baxmayaraq 1 kq neftə ekvivalent olaraq istehsal olunan məhsulun dəyəri 5,6 ABŞ dolları təşkil edir. Bu müvəffəqiyyət şübhəsiz ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı nəticəsində əldə edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Məlum olduğu kimi, ən son statistik göstəricilərə görə, ölkədə qeyri-neft sektorunun artımı neft sektorunda müşahidə olunan artımdan daha yüksəkdir. Beynəlxalq statistikaya görə, ölkədə bir kq neftdə olan enerji hesabına istehsal olunan məhsulun qiyməti orta hesabla 2,5 ABŞ dolları təşkil edir. Bu, bir sıra digər neft ixrac edən ölkələrdən yüksəkdir. Məsələn, Küveytdə bu rəqəm 1,9, Ərəb Əmirliklərində 2,2, Rusiyada 2,0 ABŞ dolları təşkil edir. Eyni zamanda dünyada bərpa olunan enerjidən də istifadə hər il artmaqdadır. Azərbaycanda da bərpa olunan enerjidən istifadə edilməsi üçün xüsusi təşkilat yaradılıb və bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. Ölkədə alternativ enerji istehsalının inkişafı üçün geniş imkanlar yaradılmışdır. Ölkədə Günəş, külək, geotermal və biokütlənin enerjisindən istifadə etmək üçün böyük potensial var. Bu istiqamətdə yaradılan iş yerləri dünyada "yaşıl" iş yerləri adlandırılır və bu istiqamətdə peşə hazırlığının keçirilməsi olduqca əhəmiyyətlidir. Dünyada hazırda 2,5 milyon yaşıl iş yeri mövcuddur. Bu gün bu əsasən alternativ enerjinin istehsalı və xidməti sahəsində çalışanlardır. Lakin bu göstərici daim artacaq, müxtəlif sahələri əhatə edəcək. Bu istiqamətdə işçi quvvəsinin peşə məktəblərində hazırlanması olduqca vacibdir.

Təbii ehtiyatlardan qənaətlə istifadə edilməsi istiqamətində hazırlanan yeni texnologiyalar yaşıl iqtisadiyyatın mühüm bir istiqamətidir. Misal üçün, qeyd etməliyik ki, hazırda yeni təyyarələrin istehsalına başlanılıb ki, bu da  yanacaq sərfini 70 faiz azaldacaqdır. Bundan əlavə, mövcud işıq lampalarının əvəzinə ancaq 20 faizə qədər enerji sərf edən yeni lampalar yaradılmışdır və geniş istehsalına başlanılmışdır. Bioloji yanacağın yeni mənbələri tapılmışdır. Onlar qida kimi istifadə edilə bilən bitki növlərinə aid deyil. Eyni zamanda bu bitkilər kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda yetişdirilə bilər. Bu isə həmin bitki mənşəli bioyanacağa keçidin qida təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyinə dəlalət edir.  İnşaatda da enerjinin və digər mənbələrin qorunması üçün bir sıra yeni texnologiyalar və yeni materiallar istifadə olunmaqdadır. Məsələn, son illər bir sıra hallarda ev üçün nəzərdə tutulmuş istilik və soyutma sistemlərinin boruları yerə basdırılır. Məlum olduğu kimi, yerdə, hətta bir neçə metr dərinlikdə torpağın temperaturu az dəyişir, qışda daha isti, yayda isə daha soyuq olur. Bu xüsusiyyətin istifadə edilməsi kifayət dərəcədə enerjinin qənaətini təmin edir və "yaşıl" inşaatın bir istiqamətini təşkil edir. Yaşıl inşaat üçün son zaman xüsusi sementlər yaradılıb. Bu sementlər benzin buxarlarını, karbon qazını udmaq və onları zərərsizləşdirmək qabiliyyətinə malikdirlər. Yeni materialların hazırda yaşıl inşaatda istifadəsi genişlənir və bu barədə bilik və bacarığın formalaşması peşə təhsili üçün xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatların məlumatlarına görə hazırda yaşıl inşaatda dünyada 100 minə yaxın fəhlə çalışır. Lakin bu sənətkarların sayının yaxın dövrdə sürətlə artması gözlənilir. Yaşıl binaların tikintisi sürətlə artır və bir sıra ölkələrin bu məqsədlərlə güzəştli "yaşıl" kreditlərin ayrılması sahənin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan resrublikada fəaliyyət göstərən reşə təhsili müəssisələrində "yaşıl iqtisadiyyata" aid bilik və bacarıqların aşılanması gələcəkdə ölkəmizdə də bu növ iqtisadiyyatın inkişafı üçün əsas yaradacaqdır.

"Yaşıl" iqtisadiyyatın inkişafı "yaşıl" bilik və bacarığa malik olan peşəkarlar hazırlanmasından keçir. Azərbaycan təhsili bu istiqaməti inkişaf etdirən ilk ölkələrdən biri ola bilər. Təhsilin bu istiqaməti bütün tədris üçün olduqca əhəmiyyətlidir. 

Urxan ƏLƏKBƏROV,
AMEA-nın akademiki, biologiya elmləri doktoru, professor,
YUNESKO-nun "İnsan və Biosfer" Milli Komitəsinin sədri

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - 25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov