Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi

Bookmark and Share

İnteraktiv təlimdə mexaniki yaddaşın deyil, idrakın inkişafı, şagirdlərin fəal dərketmə mövqeyi, biliklərin müstəqil əldə edilməsi, tədqiqat və dərketmə üçün müvafiq şəraitin təmin olunması, ətrafdakılarla əməkdaşlıq etmək bacarığı, təfəkkürün müstəqilliyi və sərbəstliyi vacib amillər kimi nəzərdə tutulur.

Bütün bunları praktikaya tətbiq edərək IX sinifdə "Süleyman Rüstəmin "Təbrizim" şeirinin təhlili" dərsinin icmalını gənc həmkarlarıma təqdim edirəm.

Dərs Azərbaycan Respublikasının Dövlət himninin xorla oxunması ilə başlanır. Sayca 20 nəfər olan şagirdi 4 qrupa bölürəm. Qruplarda əvvəlcədən seçilmiş liderlər davamiyyət haqqında məlumat verir, sonra özlərini təqdim edərək "Qarabağ", "Təbriz", "Vətən", "Xəzər" adlarını nə üçün seçdiklərini izah edirlər.

Keçmiş dərsə aid müsahibə təşkil etmək məqsədi ilə aşağıdakı şəkildə motivasiya yaradıram.

"Əsl vətəndaş necə olmalıdır" sualı ilə şagirdlərə müraciət edir, cavabları dinləyir və yekunlaşdırıram.

Artıq dərsin I mərhələsi başlayır: "Səni tərənnüm edirəm, Vətən!" mövzusunda ev tapşırığı olan inşa haqqında liderlər qısa məlumat verirlər.

Sonra S.Rüstəmin "Təbrizim" şeirinin məzmunu ilə bağlı hazırladığım sualları qruplara təqdim edirəm. Yazı taxtasından asdığım interaktiv nəticələr cədvəlində qrupları qiymətləndirmək üçün vərəqələr hazırlayıram. Keçmiş mövzu ilə əlaqədar hazırladığım kartoçkalardakı sualları qruplara paylayıram. Keçmiş dərs olduğu üçün suallara tez bir zamanda cavab verirlər. Nümunə üçün "Vətən" qrupunun cavabını qeyd edirəm.

Sual 1. Şair S.Rüstəm "Təbrizə nə üçün getmişdi?"

Sual 2. Şeirdə imperialist dövlət tərəfindən iki yerə parçalanmış Azərbaycanın ayrılıq, həsrət motivləri necə təsvir edilmişdir?

Cavab 1.

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna,

Sənin bayramına, sənin toyuna

Dili bir,  canı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Şair S.Rüstəm 1941-ci ildə Qızıl Ordu sıralarında Təbrizə gəlmiş, həmin ildə "Təbrizim" şeirini yazmışdır. Şeirdə qədim mədəniyyətə malik şeir, sənət ocağı olan Təbrizə qovuşmaq - böyük məhəbbətin qovuşması kimi mənalandırılır.

Cavab 2.

Qədrini ayrılıq çəkənlər bilir,

Hicrində göz yaşı tökənlər bilir.

Ömrünə qaranlıq çökənlər bilir.

Bağından gül-çiçək dərdim, Təbrizim!

Yenə təzələndi dərdim, Təbrizim!

Şair Rusiya ilə İran arasında gedən müharibələr nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın zorla, qılınc gücü ilə iki yerə parçalanmasından doğan ayrılıq, həsrət motivlərini uzun illərdən sonrakı bir vüsal kimi qələmə almışdır.

Digər qruplar da suallara düzgün və ətraflı cavablar verirlər. Cavabları dinlədikdən sonra "İnteraktiv nəticələr" cədvəlində şagirdləri qiymətləndirirəm.

Sonra II mərhələ - düşünmə mərhələsi başlayır.

Keçmiş dərslə yeni dərs arasında əlaqə yaradaraq yeni mövzunu şərh edirəm. Sonra düşündürücü suallar yazdığım kartoçkaları paylayıram. Yeni dərsə aid nümunə üçün "Qarabağ" qrupunun sualları ilə tanış oluruq.

Sual 1. Şair bölünmüş xalqın birliyə gedən yolunu necə təsəvvür edir?

Sual 2. Bəs M.Şəhriyar "Heydərbabaya salam" əsərində birliyə gedən yolu necə görür? Şeirdən nümunə söyləməklə izah edin.

"Qarabağ" qrupunun suallara cavabları belədir:

Cavab 1.

Səttarxan o böyük sərdari-milli

O atəş ürəkli, o atəş dilli

Gəl onun yolundan dönmə, Təbrizim!

Dalğalan, alovlan, sönmə, Təbrizim!

Şair parçalanmış xalqın birliyə gedən yolunu inqilabi mübarizə aparmaqda görür. O, təbrizliləri Təbriz igidlərinin, eləcə də 1905-1911-ci illərdə Cənubi Azərbaycanda inqilabi hərəkatın lideri olmuş Səttarxanın qəhrəmanlıq ənənələrini davam etdirməyə çağırır.

Cavab 2.

Heydərbaba, mərd oğullar doğginan,

Namərdlərin burunların ovginan,

Gədiklərdə qurdları tut boğginan,

Qoy quzular ayın-sayın otlasın,

Qoyunların quyruqların qatlasın.

Xalqın taleyi, Azərbaycanın başına gələn böyük faciələr, sarsıdıcı ictimai hadisələr ustad Şəhriyarın da diqqətindən yayınmamışdır.

Arazın üstündən bu taydakı qardaşların dərdinə şərik olmaq istəyir. Şəhriyar birliyə gedən yolu - xalqın səadətini qurdlara-mürtəce qüvvələrə qarşı igid oğulların mübarizəsində görür.

II mərhələ sona çatır. İnteraktiv nəticələr cədvəlində şagirdləri qiymətləndirirəm.

III mərhələ başlayır. Sonra əqli yorğunluğu aradan qaldırmaq məqsədi ilə oyunlar təşkil edirəm. Hazırladığım krossvordlar qruplar tərəfindən həll olunur. Krossvordlarda "Xəzər", "Vətən", "Qarabağ", "Təbriz" sözləri alınır. Daha sonra "Təbrizim" şeirinin təhlilinə aid tərtib etdiyim test vərəqələrini qruplara paylayıram, liderlər hazırladığım açarların köməyi ilə testləri yoxlayır və məlumat verirlər. Beləliklə, işin icrası başa çatır, III mərhələdə şagirdləri qiymətləndirir və yekun qiymət çıxarıram.

Gülnaz TALIBOVA,
Masallı rayonundakı
F.Şükürov adına Lürən kənd
orta məktəbinin Azərbaycan
dili və ədəbiyyat müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov