Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib

Bookmark and Share

Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.

Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan ilə Almaniya arasında müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını nəzərə çatdırıb.

Ölkələrimiz arasındakı səmərəli təhsil əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Misir Mərdanov ötən il oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində müzakirə olunan məsələlərin diqqət mərkəzində saxlanıldığını, Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində və İxtisasartırma Təhsili Akademiyasındakı görüşlərdə irəli sürülmüş təkliflərlə bağlı müəyyən işlərin görüldüyünü bildirib.

Respublikamızın ümumtəhsil məktəblərində alman dilinin tədrisi, bu istiqamətdə həyata keçirilməli olan zəruri tədbirlərdən bəhs edən nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricə göndərilən tələbələrin sayına görə Almaniyanın ilk üçlükdə qərarlaşdığını söyləyib.

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və Almaniyanın bütün sahələrdə, eləcə də təhsil sektorunda Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Müasir tələblər baxımından ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işini təkmilləşdirmək üçün Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq təşəbbüsü ilə çıxış edən Otto Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən alman iş adamlarının axınının güclənməsinə əlavə təkan verəcəyini qeyd edib. Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərinə toxunan fəxri konsul onlara yaxşı təhsil almaqda hər cür kömək etməyə hazır olduqları, həmin gənclərin gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə layiqli töhfələr verə biləcəyi haqda fikirlərini açıqlayıb. Qonaq alman mütəxəssislərin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr yaratmaqda və birgə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.

Almaniyada peşə təhsili sisteminin yüksək səviyyədə inkişaf etdiyini və ölkənin sosial-iqtisadi tərəqqisində bu amilin mühüm rol oynadığını nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı yolunda ən əlamətdar hadisələrdən biri olacaqdır. Azərbaycan Dövlət Neft Akademiyasının hələ ötən əsrin 80-ci illərindən Almaniya ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu söyləyən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb.

Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birgə işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi, ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov