Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək

Bookmark and Share

Təhsil Nazirliyindən aldığımız məlumata görə, nüfuzlu beynəlxalq elmi təşkilat olan Türk dünyası Riyaziyyat Cəmiyyətinin növbəti IV konqresi 2011-ci il 5-7 iyul tarixlərində Bakı şəhərində keçiriləcək. Bu barədə Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu il avqustun 12-də birgə qərar qəbul etmişlər.

Məlumat üçün bildirək ki, Türk dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) (Turkish World Mathematical Society (TWMS)) əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulmuş beynəlxalq təşkilatdır. Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türk soylu alimlərin dünya miqyasında tanıdılmasına dəstək verməkdir. Bu məqsədlə TDRC 1999-cu ildə Elazığda (Türkiyə), 2007-ci ildə Adapazarında (Türkiyə), 2009-cu ildə Almatıda (Qazaxıstan) üç konqres keçirmişdir. Bu konqreslərdə dünyanın ən müxtəlif ölkələrindən tanınmış alimlər iştirak etmişlər. Sonuncu konqresdə TDRC-in dövri jurnalının çap olunması haqda qərar qəbul olunmuş və onun çapı Azərbaycan alimlərinə həvalə edilmişdir. Bu ilin may ayında "TWMS Journal of Pure and Applied Mathematics" jurnalının ilk sayı hazırlanaraq Bakıda çap olunmuşdur. Jurnalın ilk nömrəsi, burada çap olunmuş məqalələrin səviyyəsi riyaziyyatçı alimlərin yüksək qiymətini almışdır. Jurnal artıq indekslənmək üçün Thomson Reuter Agency ISI-yə təqdim olunmuşdur.

Sonuncu konqresdə həm də Cəmiyyətin IV konqresinin 2011-ci ildə Bakı şəhərində keçirilməsi tövsiyə olunmuşdur. Təhsil Nazirliyi və AMEA-nın qeyd olunan birgə qərarı ilə konqresin təşkili və keçirilməsi üçün Təşkilat Komitəsi, Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi qrupu yaradılmışdır.

Tərkibinə müxtəlif ölkələrin nümayəndələrinin daxil edildiyi 27 nəfərdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, sədr müavini AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika, riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi Akif Hacıyevdir.

Türkiyə Respublikasından 4, Qazaxıstandan 3, Özbəkistan, Qırğızıstan və Başqırdıstanın hərəsindən bir nümayəndənin üzv seçildiyi Təşkilat Komitəsinə Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, AMEA Kibernetika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Telman Əliyev, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Soltan Əliyev, BDU-nun prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif İbrahimov, Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov, BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Nizaməddin İsgəndərov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov, Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, M.V.Lomonosov adına MDU-nun Bakı filialının prorektoru, fizika-riyaziyyat elmləri namizədi Azad Tağızadə, "Odlar Yurdu" Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Sadıq Vəliyev, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun baş direktoru, texnika elmləri doktoru Nurəli Yusifbəyli daxildirlər.

Tərkibi sözügedən qərarla təsdiq edilmiş Türk dünyası Riyaziyyat Cəmiyyəti IV konqresinin Beynəlxalq Proqram Komitəsinə də Azərbaycan alimi, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, Türk dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti Fikrət Əliyev sədrlik edir. Proqram Komitəsinə Türkiyədən (6), Çindən (1), ABŞ-dan (2), Özbəkistandan (1), Türkmənistandan (1), Avstraliyadan (1), Qazaxıstandan (2), Qırğızıstandan (1), İsveçdən (1), Latviyadan (1), Rusiyadan (4), Fransadan (1), Kanadadan (1) üzvlər daxil edilmişlər. Konqresin  bu komitəsində ölkəmizi BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi, Türk dünyası Riyaziyyat Cəmiyyəti Rəyasət Heyətinin üzvü Yusif Qasımov, ADNA-nın kafedra müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil   Aydazadə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Bilal Bilalov, BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Asəf Hacıyev, AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvləri Rauf Hüseynov, Bala İsgəndərov, BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev təmsil edirlər.

Konqresin dünyanın 9 ölkəsindən olan 13 nəfərdən ibarət Məsləhət Şurasının tərkibində də azərbaycanlı alimlər üstünlük təşkil edirlər. Şuranın sədri türkiyəli alim Hilmi Hacısalıoğludur. Ankara Universitetinin professoru olan Hilmi bəy Türk dünyası Riyaziyyat Cəmiyyəti yaranandan 10 il (1999-2009-cu illər) onun prezidenti olmuşdur. 2009-cu ildən isə fəxri prezidentidir. Məsləhət Şurasına Azərbaycandan AMEA-nın həqiqi üzvü Cəlal Allahverdiyev, BDU-nun kafedra müdiri, fizika-riyaziyyat elmləri doktoru Əli Əhmədov, BDU-nun kafedra müdirləri, professorlar Karlen Xudaverdiyev və Məhəmməd Yaqubov daxildirlər.

Konqresin 13 nəfərdən ibarət İşçi qrupu isə yalnız azərbaycanlılardan təşkil olunmuşdur. Belə bir mötəbər elmi məclisin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük hadisə olub, Azərbaycan elminin, riyaziyyatçı alimlərimizin dünyada nüfuzunun güclü olduğunu, elmimizin dünya elminə uğurla inteqrasiya etdiyini sübut edir.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov