Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş
idmançıları və mütəxəssisləri qəbul edib

Bookmark and Share

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

Dövlətimizin başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:

- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən, böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu, həqiqətən, böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar.

Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmışsınız. Siz birinci oyunlarda qələbələr qazanmışsınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında, ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Azərbaycanın Dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları ilə Azərbaycan da daxildir.

Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır. İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Əgər gənc nəsil idmançılar yetişmirsə, onda gələcək idman uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha demək istəyirəm ki, siz artıq adlarınızı idman tarixinə yazdırmışsınız. Ancaq bununla bərabər, sizin böyük gələcəyiniz vardır və elə etməlisiniz ki, bu qələbələr sizin üçün bir mərhələ olsun. Sizin üçün elə bir stimul olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın etməməlidir. Siz daim peşəkarlığınızı artırmalısınız, daim məşq etməlisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlərinə qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.

Mən, eyni zamanda bu qələbənin əldə olunmasında iştirak etmiş bütün insanları da - idmançıların məşqçilərini, idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - idmana cavabdehlik daşıyan bütün bu qurumlar məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş fəaliyyətlə uğurlarımızı təmin edirlər. Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qazanmaqdır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir. Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar - həm idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan münasibətidir. Əlbəttə, bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir.

Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni-yeni qələbələr və uğurlar arzulayıram.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma üzrə qızıl mükafatçısı Nicat RƏHİMOV göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün biz çox əlamətdar və tarixi anlar yaşayırıq. Sizinlə görüş biz idmançılar üçün əsl bayrama çevrilir. Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi keçirirəm. Bizimlə görüşünüz idmançılara Sizin ən dəyərli hədiyyənizdir.

Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərimizin əvəzsiz qayğıkeş münasibəti sayəsində Azərbaycanda idmanın bütün sahələrində güclü inkişaf başlamışdır. Həmin inkişaf Sizin diqqətiniz və qayğınız sayəsində bu gün davam etməkdədir.

Hörmətli cənab Prezident! Olimpiya idman komplekslərinin, stadion və məşq zallarının qısa bir müddət ərzində tikilib istifadəyə verilməsi biz idmançılara Sizin tərəfinizdən ən böyük hədiyyədir. Bunların nəticəsidir ki, biz idmançılar Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq, Vətənimizi beynəlxalq arenada idman ölkəsi kimi bir daha tanıtdıq. Bu yarışda çox böyük dövlətləri geridə qoyaraq, 5 qızıl və 3 gümüş medal qazandıq. Bu yarışda yüksək çıxışlarımız Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf etdiyini bir daha sübut etdi.

Hörmətli cənab Prezident! Bu gün qazandığımız uğurlara görə Sizə minnətdarlığımızı bildiririk. Mən bir daha hər birimiz adından Sizə böyük təşəkkürümü bildirirəm və Azərbaycan idmanının adını ucaltmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.

Diqqətinizə görə sağ olun.

Sinqapurda qazanılan böyük qələbə ilə bağlı sevincini bölüşən yunan-Roma güləşi üzrə məşqçi İlqar ABDULOV dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün bu görüşdə iştirak etdiyim üçün qürur hissi keçirirəm. İdmançılarımız Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş, Azərbaycan bayrağını yüksəklərə qaldırmış, Vətənə qələbə ilə qayıtmışlar.

Sizi əmin edirəm ki, yetişdirdiyim idmançıların zəfər soraqları dünyanın bütün ölkələrindən gələcəkdir. Bu gün Azərbaycanda, digər sahələrdə olduğu kimi, gənclərin möhkəm və sağlam inkişafı Sizin bizə göstərdiyiniz qayğı və diqqət sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan gənclərinin, gələcəyin Olimpiya çempionlarının yetişdirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Beynəlxalq tələblərə cavab verən olimpiya idman komplekslərinin, stadion və idman zallarının sayı artmaqdadır. Bunun üçün hər birimiz - bütün gənclər, bütün idmançılar Sizə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü çatdırırıq.

Cənab Prezident, bizi qarşıda daha böyük sınaq - Londonda keçiriləcək XXX Olimpiya Oyunları gözləyir. Biz idmançılar və məşqçilər adından Sizi əmin etmək istəyirik ki, inşallah, idmançılarımız bu yarışdan da, həmişə olduğu kimi, Vətənə üzüağ dönəcəklər.

Diqqətinizə görə çox sağ olun.

İdmançılara yeni qələbələr arzulayan Prezident İlham ƏLİYEV görüş iştirakçılarını bir daha təbrik etdi və tövsiyələrini verərək dedi:

- Sağ olun. Doğrudan da, Azərbaycanda son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleksləri həm idmanın inkişafı, həm də kütləviliyin artırılması üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə gözəl, müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda tikinti davam etdirilir, bəzi rayonlarda isə növbəti illərdə olimpiya kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın bölgələrində çox böyük idman istedadları vardır. Sadəcə olaraq onları idman bölmələrinə cəlb etmək və yaxşı şərait yaratmaq lazımdır.

Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da çox gözəl göstəricidir və onu göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də artıq gözəl idmançılar, gənc idmançılar yetişir. Əminəm ki, gələcəkdə bu meyillər daha da güclənəcəkdir.

İdman komplekslərinin tikintisi Azərbaycanda 2000-ci ildən başlanmışdır. On il ərzində artıq 30-a yaxın olimpiya kompleksi vardır və 10 kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq öz gözəl nəticələrini göstərmişdir.

Bir məsələni də vurğulamaq istəyirəm. Sevindirici haldır ki, idmançılarımız bu medalları müxtəlif idman növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, yunan-Roma güləşi, həm də ağırlıqqaldırma və boks üzrə yarışlarda qazanıldı. Yəni bu da gözəl göstəricidir. Onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişafdadır. Bizim üçün ənənəvi olan güləş idman növü ilə bərabər, digər idman növləri də inkişafdadır. Bunu həm yeniyetmələrin bu Olimpiya Oyunları göstərmişdir, eyni zamanda son illər ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğurlu çıxışları da təsdiq edir. Bu, onu bir daha göstərir ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir. Həm bölgələrdə inkişaf görünür, eyni zamanda müxtəlif olimpiya və qeyri-olimpiya növlərində gözəl idmançılar yetişir.

Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz sizdən yeni qələbələr gözləyirik. Sizin adlarınız artıq tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi bütün yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm.

Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov