Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Sentyabr 2010 - 34

 

Yeni nəşrlər

Mentalitetlə bağlı düşüncələr

Bookmark and Share

Hər millətin öz mentaliteti, milli ruhu, milli təfəkkürü var. Azərbaycanlı təfəkkürü poetik-fəlsəfi təfəkkürdür. Bu təfəkkür tərzinin daşıyıcısı olan professor Ramiz Əliyev son illərdə hamının yeri gəldi, gəlmədi işlətdiyi mentalitet və onun formalaşmasının sosial-psixoloji əsaslarını araşdırır,mentalitet nədir - sualına cavab axtarır.

Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq ictimai-siyasi fikirdə böyük maraq doğuran problemlərdən biri də mentalitet məsələsi idi. Çünki SSRİ dağıldıqdan sonra çox şey dəyişmişdi. Xalq öz milli varlığını dərk etməyə, soykökünə qayıtmağa can atırdı. Keçid dövrü şəraitində milli özünüdərk, milli siyasi şüurun və milli siyasi mədəniyyətin yüksəldilməsi tələblərinin önə çəkilməsi xalqın mentalitetini daha dərindən öyrənməyi zəruri etdi. Bu gün isə həmin məsələ daha aktual və zəruridir. Ramiz Əliyevin "Mentalitet" (Bakı: 2009. 230 s.) kitabı məhz bu baxımdan diqqəti çəkir. Texniki elmlər doktoru, professor Abdulla Mehrabovun dəyərli fikirlərilə açılan kitab xalqımızın kimliyinin, zəif və güclü cəhətlərinin dərk olunması baxımından yüksək əhəmiyyət kəsb edir. Müəllif mentalitetlə bağlı elmi fikir və ideyalarını dörd fəsildə ümumiləşdirib. Burada o, ayrı-ayrı fərdlərdə və ya ictimai qrup üzvlərində əqli vərdişlərin, düşüncə tərzinin və mənəvi ustanovkanın kompleks təzahürü olan mentallıq anlayışına aydınlıq gətirir, müəyyən bir xalqın xarakterində, şüur, düşüncə və davranışında, məişətində, adət-ənənəsində öz əksini tapan, əsasən dəyişməyən, situasiyadan asılı olmayaraq sabit qalan milli xüsusiyyətləri mentalitetin ən mühüm əlamətləri kimi səciyyələndirir. "Mentalitet" anlayışına bu cür yanaşma diqqəti cəlb edir, tam, dəqiq və aydın olması ilə seçilir. Belə ki, burada mentalitet anlayışına aid olan mühüm xassə və əlamətlər tam izah olunur.

Mentalitetin formalaşması xalqın keçdiyi həyat yolundan, ictimai-tarixi hadisələrdən, həmin xalqa məxsus olan etnogenetik xüsusiyyətlərdən, milli şüur və milli ləyaqət hissindən birbaşa asılı olduğu müəyyənləşdirilir. Xalqın milli ruhunun yaranmasını fərqli prizmadan şərh edən filosof və psixoloqların etnogen, instinkt və mühitlə bağlı fikirləri təhlil edilir, mentalitetin ümumi, milli və fərdi şüurla bağlılığı önə çəkilir, irəli sürülən ideyalar maraqlı tarixi fakt və hadisələrin (həm də siyasi və mental lətifələrin) fonunda təqdim edilir.

İlk başlanğıcda romantik təsir bağışlayan inqilabın insanlara ölüm, fəlakət, qorxu gətirdiyi inandırıcı detallarla verilir, məhvə, ölümə, sürgünə məhkum olan on minlərlə azad düşüncəli insanı  (İ.P.Pavlov, Q.İ.Çelpanov, A.Fadeyev, V.A.Suxomlinski, P.P.Blonski, L.S.Vıqotski və b.) ictimai-siyasi sistemin və Stalin rejiminin qurbanı olduğu inandırıcı faktlarla sübut edilir. O dövrdə "SSRİ-də insan əxlaqının transformasiyası üçün aparılan böyük psixoloji eksperimentlər bəşəriyyət üçün maraqlı, lakin nəticəsi bilinməyən eksperiment kimi" (C.Dyui) təhlil olunur. Stalinin siyasətini, Jdanovun estetikasını, Lısenkonun genetikasını "güllələyən" A.Fadeyevin, "mən cəsarətlə və açıq şəkildə inqilabı tənqid edirəm"-deyən İ.Pavlovun şəxsi faciələrinin motivləri,  ideoloji sistemin insanların psixikasına, şüur və davranışına təsir mexanizmi açıqlanır.

Sovet adamının mentalitetinin formalaşdırılmasının genezisi kitabda inandırıcı faktlarla təhlil olunmuş, sovet rejiminin qısa bir vaxtda özünə lazım olan keyfiyyətlərin daşıyıcıları olan insanları yetişdirməyin mexanizmi açıqlanmışdır.

  Kitabda ayrı-ayrı xalqların (ingilis, fransız, alman, yapon, ərəb və Amerika xalqlarının) etnopsixoloji xüsusiyyətləri çoxşaxəli və mürəkkəb bir proses kimi təhlilə cəlb edilir, həmin xalqların dili, tarixi, adət-ənənəsi, mədəniyyəti haqqında təsəvvür yaradılır. Müəllifin hadisələrə bu cür yanaşması dünya xalqlarının xarakterik xüsusiyyətlərini və bizimlə ümumi və fərqli olanlarını müqayisə etməyə imkan verir.

Mentalitetə yalnız düşüncə tərzini, əxlaqi keyfiyyətləri deyil, həm də həyat tərzini, adət-ənənələri, digər xalq və millətlərə münasibəti, habelə millətin şüuralti dünyasını (intuitiv dünya) daxil edən Ramiz Əliyev azərbaycanlıların mentalitetinin formalaşmasında psixoloji amillərin təhlilinə də xüsusi diqqət yetirir. O, xalqın kimliyini, düşüncə tərzini, məişətini, gələcəklə bağlı istək və arzularını özündə əks etdirən xalq yaradıcılığını-folklor nümunələrini təhlilə cəlb edir, xalqın psixoloji xüsusiyyətlərini və keyfiyyətlərini üzə çıxarır. Filosofların, tarixçilərin, ədəbiyyatşünasların mübahisə predmetinə çevirdikləri "Biz kimik" - sualına cavab axtarır. Onun fikrincə, biz tarixi bağlılığımız, məişətimiz, adət-ənənəmiz, həyat və düşüncə tərzi baxımından Şərqliyik. Dinimiz İslam dinidir. Soykökümüz Türkdür. Qərblə mədəni, iqtisadi-siyasi bağlılığımız var. Deməli, bizim bir xalq kimi formalaşmağımız bu göstərilənlərin kompleks təsiri altında baş vermişdir. Onların hər biri bizə bir xalq kimi təsir göstərmişdir.

Müəllifin  milli özünüdərk, müasir dövrdə azərbaycanlıların mentalitetində özünü qabarıq göstərən cəhətlər, mentalitetin formalaşmasına təsir edən amillər və qocalığın psixologiyası ilə bağlı fikirləri də maraq doğurur. Qocaların psixologiyasının ən mühüm məqamları üzə çıxarılır, bu yaş dövründə özünü göstərən  xüsusiyyətlər araşdırılır, pozitiv və neqativ cəhətlər təhlil olunur.

Aqillər deyiblər ki, yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. Həm də daha çox həqiqəti ehtiva etməsidir. Hesab edirəm ki, Ramiz Əliyevin təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbələr, aspirantlar, dissertantlar, doktorantlar, psixologiya, pedaqogika, sosiologiya, konfliktologiya sahələrində çalışan tədqiqatçılara ünvanladığı "Mentalitet" kitabı daha çox həqiqəti əks etdirdiyinə, elmi-nəzəri və praktik əhəmiyyətinə görə Azərbaycan elminə töhfədir.  

Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Sentyabr 2010 - 34

M.M.Sadıqova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə edib
 
Gənc mütəxəssislərə tətbiq olunan güzəştlər üçün maliyyə vəsaiti artırılıb
 
Latın Amerikasından ilk qonaq
 
Təhsil Nazirliyi mətbuat xidmətinin məlumatı
 
"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu
 
Payız buraxılış imtahanlarının vaxtı müəyyənləşdirildi
 
Bakıda 2 məktəb üçün əlavə korpus tikilib, 22 təhsil müəssisəsi əsaslı təmir olunub
 
Bakı Avropa Liseyi
 
"Uşaqlığım çox ağır keçib"
 
UGYM-in yetirmələri "Artek"dən xoş təəssüratla qayıdıblar
 
Yeni tədris ilində Masallı rayonunda iki yeni məktəb binası istifadəyə veriləcək
 
Təbii fəlakətdən qəzalı vəziyyətə düşən Carlı kənd orta məktəbi üçün yeni bina tikilir
 
Kadr hazırlığı: ənənələr, yeniliklər
 
"Sülh korpusu" Bərdədə məktəb üçün əlavə korpus inşa edir
 
"Təhsilin əsasları" fənnini tədris edənlər üçün seminar keçirilir
 
İnternetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırılıb
 
"Təhsil" Respublika İdman Mərkəzinin yetirməsi Sinqapurdan qələbə ilə qayıdıb
 
Yeni tədris ilinə hazırlıq işləri görülür
 
Qafqaz Universitetində təşkil olunmuş "Yay məktəbi" başa çatıb
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Mentalitetlə bağlı düşüncələr
 
"Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi"
 
Dünya universitetləri: Dublin Triniti Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov