"Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu
illər)" və "Azərbaycan Respublikasında texniki
peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"nda nəzərdə tutulmuş
tədbirlərin icrasının sürətləndirilməsi məqsədi
ilə
QƏRARA ALIRAM:
1. Məktəbəqədər təhsil müəssisələrinin əsaslı
təmiri üçün 2010-cu ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki)
milyon manat məbləğində vəsait ayrılsın.
2. İlk peşə-ixtisas təhsili müəssisələrinin
əsaslı təmiri üçün 2010-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
2,0 (iki) milyon manat məbləğində vəsait
ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci
və 2-ci bəndlərində nəzərdə tutulan vəsaitin
maliyyələşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2010-cu il |