Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - 37

 

Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi

Bookmark and Share

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan olunmuşdur. Bununla əlaqədar bütün fənn müəllimlərinin, o cümlədən kimya müəllimlərinin qarşısında böyük vəzifələr durur. İlk öncə şagirdlərə ekologiya elminin nailiyyətlərini, onun qarşısında duran problem və vəzifələri çatdırmaq lazımdır.  Digər elmlərlə müqayisədə kimyanın ekologiya ilə daha çox bağlılığı vardır. Bu baxımdan kimyadan əksər mövzuların tədrisində ekologiya ilə bağlı problemlər əsas məqsəd kimi qarşıya qoyula və şagirdlərin fəal iştirakı ilə araşdırıla bilər.

XX əsrin ortalarında baş vermiş elmi-texniki tərəqqi cəmiyyətin inkişafına, insanların firavan yaşamalarına müsbət təsir göstərsə də, dünyada ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ona görə də ekologiyanın qorunması hazırda dünya ölkələrinin qarşısında duran əsas problemlərdən biridir. Son illərdə doğma Azərbaycanımız da vüsətlə inkişaf edərək dünya ölkələri arasında layiqli yer tutur. Azərbaycanda bütün sənaye sahələrində texnoloji proseslər yeniləşdirilir. Ölkəmiz ekologiya sahəsində də dünya səviyyəli müxtəlif layihələrə və konsepsiyalara qoşulur.

Son vaxtlar sənaye və iqtisadiyyatın inkişafı ilə əlaqədar neft və təbii qazın emalı geniş vüsət almışdır. Digər tərəfdən, dünya əhalisinin artması da ekoloji durumu gərginləşdirir. Neft-kimya sənayesi məhsullarının, getdikcə artan avtomobillərin havaya buraxdıqları çoxlu miqdarda karbon - dioksid canlıların tənəffüsünü çətinləşdirir, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün zəhərdir. Suya qarışan neft məhsulları onu səthində nazik pərdə yaradır, bu da oksigenin suya keçməsinə mane olur. Bir damcı neft 1,5-2 m2 suyu pərdə ilə örtür. Dünya miqyasında hidrosferə 12-15 milyon ton neft axıdılır.

"Karbohidrogenlərin təbii mənbələri" mövzusunun tədrisi zamanı təbii suların neft məhsullarından təmizlənməsi üsullarını şagirdlərə sistemli olaraq çatdırıram. Şagirdlərə izah edirəm ki, sudan neft məhsullarının çıxarılmasında ən əlverişli üsullar flokulasiya, flotasiya və adsorbiya üsullarıdır. Flokulasiya irimolekullu birləşmələrin təsiri ilə suda həll olmuş maddələrin kompleks halda çökdürülməsidir. Flokulyant kimi ən çox poliakrilamid adlanan polimerdən istifadə olunur.

Adsorbsiya üsulunda adsorbent kimi aktivləşdirilmiş gildən-silikagel, alümogel və başqalarından istifadə olunur.

Mövzunun tədrisi zamanı şagirdlər təqdim olunan tədqiqat sualları ətrafında apardıqları araşdırmalardan bu nəticəyə gəlirlər. Neft məhsullarından suyun təmizlənməsində flotasiya üsulundan da istifadə olunur. Bu məqsədlə neft məhsulları ilə çirklənmiş sular xüsusi çənlərə doldurulur, onun aşağı hissəsindən təzyiqlə hava vurulur. Bu zaman hava qabarcıqları neft və neft məhsullarını səthə qaldırır. Nisbətən təmiz su isə aşağıda qalır. Respublikamızda flotasiya üsulu daha geniş tətbiq edilir.

Son illər əhalinin artımı ilə əlaqədar sənaye məhsullarının da artımı əsas problem kimi qarşıda durur. 1990-cı ildə BMT "Gələcəksiz inkişaf" layihəsini irəli sürmüşdür. Bu layihəyə görə inkişaf yalnız müasir istehsal texnologiyalarının tətbiqi ilə ola bilər. Əgər bu inkişaf təbiəti çirkləndirirsə, artan əhali üçün problem yaradarsa, bu, gələcəksiz inkişaf kimi qəbul olunur. Belə inkişaf yolverilməzdir. Sonralar isə BMT tərəfindən "Davamlı inkişaf" konsepsiyası irəli sürülmüşdür. Bu inkişaf gələcək nəsillər üçün heç bir ekoloji problem yaratmır. Davamlı inkişafa nail olmaq üçün üç amilin balansını qorumaq vacib şərtdir.

- İqtisadi inkişaf

- Sosial inkişaf

- Ətraf mühitin qorunması.

"Davamlı inkişaf" anlayışı ilk dəfə Norveçdə irəli sürülmüşdür. Buna görə də Norveçdə bu istiqamətdə böyük nailiyyətlər qazanılmışdır. Hazırda "Davamlı inkişaf" konsepsiyası bir çox ölkələrin, o cümlədən Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir.

Dərs prosesi ilə yanaşı dərsdənkənar mə

şğələlərdə, dərnək və fakültativ kurslarda da şagirdlərlə ekologiya ilə bağlı müxtəlif istiqamətlərdə iş aparıram. Onlara bu mövzuda referat və məruzələr verir, şagirdləri müəyyən layihələrin hazırlanmasına cəlb edirəm.

Müasir ekoloji tələblər sənaye obyektlərindən atmosferə, suya və quruya atılan tullantıların sıfır səviyyəsinə endirilməsini istiqamətləndirir. Bu yaxınlarda irəli sürülmüş "Sıfır səviyyəsində tullantılar" məhz bu məqsədə xidmət edir.

Son illər ölkəmizdə bütün regionların qazlaşdırılması, həmçinin yaşıllaşdırılması proqramları paralel həyata keçirilir. Qaz ekoloji təmiz yanacaqdır, həm də ağacların qırılmasının qarşısını alan ən mühüm vasitədir.

Ətraf mühitin mühafizəsi, onun ayrı-ayrı elementlərinin qorunub saxlanması təbiətin tamlığı üçün vacibdir. Məsələn, ekologiya meşələrin mühafizəsi imkanlarını öyrənir, meşələr bir tərəfdən təbiətin bir elementidir, digər tərəfdən meşələr özü də bitki və heyvanlardan ibarət bir kompleksdir. Gördüyümüz kimi, ekologiya Yer kürəsində həyatın saxlanması və inkişafı üçün olduqca vacib bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamı üçün lazımdır. Hər bir insan, hər bir ziyalı ətraf mühitin qorunmasına öz töhfəsini verməlidir. Bu işə isə insanlar hələ məktəb illərindən, sistemli  aparılan ekoloji tərbiyə vasitəsi ilə alışmalıdırlar. 

Züriyyət SOLTANOVA,
Qəbələ rayonu, Yenikənd orta məktəbinin kimya müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - 37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov