Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Uşaqlarda təbiətə məhəbbət aşılanması

Bookmark and Share

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin qarşısında duran vəzifələr belə ümumiləşdirilib: təhsilalanlara elmlərin ümumi əsasları öyrədilməli, zəruri bilik, bacarıq və vərdişlər aşılanmalı, onlar həyata və əmək fəaliyyətinə hazırlanmalıdırlar. Təhsilalanlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürü formalaşdırılmalı, milli və mənəvi dəyərlərə hörmət hissi aşılanmalıdır.

Bu vəzifələrin reallaşdırılmasına ibtidai təhsil dövründə başlanılır. İbtidai təhsilin səmərəliliyi bütövlükdə orta təhsilin uğurları üçün başlıca şərtdir. Müasir dövrümüz texnika, sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaq və öyrənməklə əldə edilir.

Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqinə başlanılması mövcud "yaddaş məktəbi"ndən "düşüncə məktəbi"nə keçməyə əsaslanır. Milli kurikulumda istifadə olunan bütün üsullar şagirdlərin geniş dünyagörüşə, yüksək intellekt səviyyəsinə, nitq mədəniyyətinə və texnoloji bacarıqlara malik olması, onların şəxsiyyət kimi yetişdirilməsi məqsədinə xidmət edir. Bu sahədə görülən işlərin daha da uğurlu olması üçün biz müəllimlər daim öz peşəkarlığımızı artırmalıyıq.

Bir sinif müəllimi kimi, hər mövzunun tədrisinə ciddi hazırlaşır, əyanilikdən istifadəyə xüsusi əhəmiyyət verir, hər bir dərsin tərbiyəedicilik funksiyasının reallaşdırılmasına diqqət yetirirəm.

Təbiət xalqın əbədi və əsas sərvətidir. Bu xəzinəni sevmək, qorumaq, yaşatmaq hamının vətəndaşlıq borcudur. Ekoloji mühitin qorunmasının böyük əhəmiyyətini nəzərə alaraq, ölkə Prezidenti cənab İlham  Əliyev 2010-cu ili ölkəmizdə "Ekologiya ili" elan etmişdir. Şagirdlərin ekoloji tərbiyəsi üçün təlimi imkanlardan istifadə etməyə çalışıram.

III sinifdə "Həyat bilgisi" fənnindən "Canlılar" mövzusunun tədrisi zamanı məktəblilərdə canlılara, bitki və heyvanat aləminə maraq və məhəbbət aşılamaq üçün əlverişli imkan var.

Mövzunun tədrisi ilə bağlı üzərində balalı at, vedrəyə su yığan oğlan, dibçək, kenquru, tarla, övladını çiyninə almış ata və onun xanımı və s. şəkillər olan vatman kağızı; işçi vərəqləri; canlı aləmi əks etdirən kartoçkalar hazırlayıram.

10 dəqiqəlik motivasiya zamanı canlıların inkişafı prosesini əks etdirən şəkil nümayiş etdirilir. Sonra sinif qarşısında problem qoyulur:

- Şəkildə nə görürsünüz?

- Burada hansı proses əks olunub?

- Bunu bir sözlə necə ifadə etmək olar?

Şagirdlər sualları cavablandırırlar.

Təbii ki, cavablar müxtəlif olur. Mən cavab və fərziyyələri lazımi istiqamətə yönəldirəm.

İş qruplarda davam etdirilir. Hər qrupa ayrı-ayrı tapşırıqlar verilir. İşi başa çatdırdıqdan sonra şagirdlər nəticələri təqdim edirlər.

Kiçik qruplarda 15 dəqiqəlik tədqiqatın aparılması mərhələsində şagirdlər işçi vərəqləri üzərində çalışırlar.

Aparılmış tədqiqat işlərinin nəticələri təqdim olunduqdan sonra hər qrup qiymətləndirilir. Nəticələrin çıxarılması mərhələsində məktəblilər aşağıdakı sualları cavablandırmağa çalışırlar:

- Canlılar kimə və nəyə deyilir?

- Canlıların hansı ümumi xüsusiyyətləri var?

- İnsanın başqa canlılardan fərqi nədir?

- Bəs bitkilərin heyvanlardan?

- Bitkilər aləminin təbiətdə rolu nədən ibarətdir?

- Canlı və cansız təbiətin nə cür əlaqələri var?

Şagirdlər onlara verilmiş sxemdə heyvanların insanlara faydası və zərəri haqqında qazandıqları bilik əsasında fikirlərini yazırlar.

Məktəblilərin mövzu ilə bağlı bilik və bacarıqlarını aşkara çıxarmaq baxımından belə bir sxem tərtib edib sinfə paylayıram.

Aşağıdakı adlardan heyvan, quş, balıq və həşərat adlarını seçib cədvəl üzrə yazın:

Qızıl balıq, parabüzən, bülbül, tülkü, şanapipik, çaqqal, canavar, ağcaqanad, ayı, qartal, xəşəm, arı, pələng, tarakan, leylək, forel, ceyran, kəpənək, fil, maral, torağay, göyərçin.

Şagirdlər cədvəli doldururlar.

Mövzu ilə bağlı şagirdlərə belə suallarla da müraciət edirəm: Canlılar cansızlardan necə istifadə edirlər? Bitkilər olmasaydı, nə baş verərdi?

Cavablar dinlənilib ümumiləşdirilir.

Proqram materialının tədrisi ərəfəsində və ya həmin gün şagirdlərə telekanallarda göstərilən təbiət mövzulu verilişlərə baxmağı tövsiyə edirəm. Onlar bu verilişlərdən nəyi isə öyrənir, bildikləri ilə əlaqələndirir, sinifdə fikir mübadiləsi aparırlar.

Təcrübə təsdiq edir ki, mövzuların əyani vəsaitlərdən istifadə etməklə, interaktiv metodla, inteqrasiyaya əsaslanmaqla tədrisi səmərəli nəticə verir. 

Taliə NƏBİYEVA,
Bakıdakı T.Həsənov adına 23 nömrəli məktəbin
 ibtidai sinif müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov