Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub

Bookmark and Share

Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulmuşdur. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşmüşdü. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, otaqlar zəruri vəsaitlərlə təchiz olunmuşdur. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulmuşdur. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. İdman zalı da müasir tələblərə cavab verir.

Məktəbin iki kompüter sinfinin hər birində İnternetə çıxışı olan 19 kompüter vardır. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcəkdir. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmamışdır.

Məktəblə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV Müəllim Günü münasibətilə kollektivi təbrik edərək dedi:

- Sizi gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm. Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. Əminəm ki, bu, uşaqlara böyük bir töhfədir. Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı tərbiyə verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə savadlı, bilikli gənclər lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə bilsinlər. Bu gün Azərbaycanda inkişaf çox sürətlə gedir. Hər bir sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki, bütün işləri yüksək səviyyədə aparsınlar. Təhsil bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir. Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Hər yerdə məktəb tikintisi gedir, o cümlədən Naxçıvanda. Bax bu gün artıq ikinci məktəbdir ki, açılışında iştirak edirəm. Hələ bir məktəb də vardır, orada da olacağam, oranı da görəcəyəm. Bu işlər Azərbaycanda çox yüksək səviyyədə aparılır. Müəllimlərə tövsiyəm budur ki, uşaqlara yaxşı tərbiyə versinlər, yaxşı nəzarət etsinlər, tələbkar olsunlar ki, uşaqlar yaxşı oxusunlar və gələcəkdə gözəl mütəxəssislər olsunlar. Sizi ürəkdən təbrik edirəm.

***

Sonra müəllim Nübar ALLAHVERDİYEVA çıxış etdi. O, qısa müddətdə rayonda müasir üslubda yeni obyektlərin, o cümlədən orta məktəbin inşa edilib istifadəyə verildiyini söylədi, bütün bunlara görə dövlət başçısına minnətdarlığını bildirdi. Nübar Allahverdiyeva qeyd etdi ki, məktəbin kollektivi gənc nəslə yüksək təhsil vermək sahəsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səyini əsirgəməyəcəkdir.

***

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov