Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib

Bookmark and Share

Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Universitetin kollektivi dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladı. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Tibb sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Azərbaycan Tibb Universitetinin keçdiyi yol da səhiyyəmizin inkişafı baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının tikilməsi ilə bağlı 2007-ci il sentyabrın 11-də imzaladığı Sərəncam və bir neçə gündən sonra da həmin klinikanın təməlqoyma mərasimində iştirakı bir daha göstərdi ki, dövlətimizin başçısı milli səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə Heydər Əliyev Fondunun fəaliyyəti də geniş maraq doğurur. Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ana və uşaq sağlamlığının qorunması, talassemiyadan əziyyət çəkən körpələrin müalicəsi, bütövlükdə səhiyyəmizin inkişafı ilə bağlı həyata keçirdiyi geniş fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin inkişafında əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər əhalinin sağlamlığının qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işinə mühüm töhfələr verir.

Bu il həm də Azərbaycan Tibb Universitetinin fəaliyyətə başlamasının 80 ili tamam olur. Ölkədə yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan universitet ötən dövrdə şərəfli yol keçmişdir. Bu ali təhsil ocağı dünya tibb elminə Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Zərifə xanım Əliyeva, Abdulla Qarayev, Mirməmməd Cavadzadə, Adilə xanım Namazova, Cəmil Əliyev, Əhliman Əmiraslanov və onlarca məşhur simalar bəxş etmişdir. Böyük tarixi ənənələrə malik olan Azərbaycan Tibb Universiteti bu gün də məhsuldar dövrünü yaşayır. Ötən müddətdə səhiyyəmizə 65 mindən çox həkim və əczaçı kadr bəxş edən universitet xeyli böyümüşdür. İndi bu ali təhsil ocağında 7 fakültə, 3 klinika, 9 dekanlıq, 14 şöbə, 74 kafedra, 11 kurs, 6 tədris korpusu və digər elmi-tədqiqat və tədris mərkəzləri daxildir. Prezident İlham Əliyevin ölkədə səhiyyə sahəsində xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2010-cu il aprelin 28-də imzaladığı Sərəncam da bu ali təhsil ocağına dövlət səviyyəsində verilən dəyərin təzahürüdür. Dövlətimizin başçısı universitetin inkişafını, onun maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqətdə saxlayır.

Klinikanın foyesində ulu öndər Heydər Əliyevin "Azərbaycan Tibb Universiteti Azərbaycan Respublikası və xalqı qarşısında böyük xidmətlər göstərmişdir" kəlamı yazılmış lövhə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ATU-da keçirilən tədbirlərdə iştirakını əks etdirən fotostend vardır.

Bina ilə tanışlıq zamanı universitetin rektoru, akademik Əhliman Əmiraslanov məlumat verdi ki, tədris-terapevtik klinika elmi tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən nadir universitet klinikasıdır.

Tamamilə kompüterləşdirilmiş klinikada terapevtik, pediatrik və nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, reabilitasiyası nəzərdə tutulur. Bunun üçün klinikada dünyanın aparıcı şirkətlərinin istehsalı olan angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mamoqrafiya, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiyası aparatları, eləcə də klinik biokimyəvi, immunoloji tədqiqatların zəncirvari protez reaksiyaları, genetik müayinələri aparmaq üçün laboratoriya avadanlığı istifadəyə verilmişdir. Reanimasiya və intensiv terapiya şöbəsi ən müasir süni tənəffüs aparatları ilə təchiz olunmuşdur. Avadanlığı yerli "ARASH Medical" şirkəti quraşdırmışdır.

Ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar şöbələrə və məsləhət-diaqnostika şöbəsinə malik klinikada hər gün stasionar müalicə alan 400 xəstədən başqa, gündə 300-350 xəstəyə ambulator yardım göstərilməsinə şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, belə bir klinikanın yaradılması zərurəti universitetin klinik fənlər tədris edilən kafedralarının çoxunun Bakının müxtəlif rayonlarının ərazisindəki xəstəxanalarda yerləşməsi ilə bağlı idi. Bu, tədris prosesinin təşkilinə mənfi təsir göstərməklə yanaşı, bir sıra başqa narahatlıqlara da səbəb olurdu. Həmin kafedraların vahid mərkəzdə cəmləşməsi isə, ilk növbədə, tədrisin keyfiyyətini və maddi-texniki təminatını yaxşılaşdırmağa imkan verəcək, elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradacaqdır. Burada 15 klinik kafedra yerləşmişdir. Eyni vaxtda 2140 tələbə yeri olan 8 mühazirə zalı, 70-ə qədər dərs otağında universitetin 3-cü və 4-cü kurs tələbələrinə terapiya, pediatriya, ailə təbabəti, nevrologiya, klinik farmakologiya, fizioterapiya, şüa diaqnostikası və klinik biokimya fənləri tədris olunacaqdır. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksəkixtisaslı kadrların hazırlanması həyata keçiriləcəkdir.

Klinikanın 204 kompüteri, 16 modul və PAKS sistemini özündə birləşdirən şəbəkə bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləri və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir. Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə videoəlaqə quraraq müzakirələr aparıb, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli İnternet xəttinə qoşulmuşdur. Tədris prosesinin əyaniliyini artırmaq məqsədi ilə 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik Tibbi Treninq Mərkəzi yaradılmışdır.

Bildirildi ki, hazırda universitetin cərrahiyyə klinikasının tikintisi davam etdirilir və yaxın vaxtlarda inşaat işləri başa çatacaqdır.

Dövlətimizin başçısı və xanımı şüa-diaqnostika, intensiv terapiya və uşaq şöbələrində, palatalarda, Tibbi Treninq Mərkəzində, kompüter və konfrans zallarında yaradılmış şəraitlə tanış oldular.

Sonra Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV təhsil ocağının kollektivini təbrik edərək dedi:

- Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin yeni terapiya korpusunun açılışı çox gözəl və əlamətdar hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.

Üç il bundan əvvəl - 2007-ci ilin sentyabrında burada bu gözəl binanın təməl daşını qoyduq. Mən əmin idim ki, qısa müddət ərzində və böyük keyfiyyətlə yeni gözəl xəstəxana, eyni zamanda, tədris mərkəzi yaradılacaqdır. Belə də oldu. Bu gün bu korpusla tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi, vaxtında atılmış addım idi. Biz bu gün gözəl tibb ocağının açılışında görüşürük. Burada həm müalicə, həm diaqnostika, eyni zamanda, tədris prosesinin yüksək səviyyədə təşkili üçün ən qabaqcıl texnologiyalar, avadanlıq və bütün müasir imkanlar vardır. Eyni zamanda, bütün işlər böyük zövqlə, keyfiyyətlə görülüb və burada tələbələrin oxuması, müəllimlərin işləməsi üçün bütün şərait yaradılıbdır. O da çox vacibdir ki, artıq tələbələr şəhərin müxtəlif yerlərinə getməyə məcbur olmayacaqlar. Burada 15 kafedra fəaliyyət göstərəcək və beləliklə, tədris prosesinin daha da səmərəli aparılması üçün yaxşı imkanlar vardır.

Atılan bu addım Azərbaycanda səhiyyə sahəsində görülən işlərin bir nümunəsidir. Belə işlər çoxdur və bildiyiniz kimi, son illərdə həm Bakıda, həm də ölkəmizin müxtəlif yerlərində yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər bir bölgədə həm müalicə-diaqnostika mərkəzləri, rayon, şəhər xəstəxanaları tikilir və təmir olunur. Yəni biz bu sahəyə çox böyük diqqət göstəririk. Çünki insanların sağlamlığı bizim üçün əsas məsələdir. Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır və dövlət öz tərəfindən bu sahəyə böyük investisiyalar qoymaqla bu vacib missiyanı yerinə yetirir.

Əlbəttə, öz növbəsində, həkimlər də elə etməlidirlər ki, xəstələrə lazımi səviyyədə xidmət göstərilsin. Azərbaycanda ən qabaqcıl təcrübə tətbiq olunmalıdır. Həkimlər öz biliklərini, peşəkarlığını daim artırmalıdırlar ki, dünyanın aparıcı ölkələrində mövcud olan bütün texnoloji proseslər Azərbaycanda da tətbiq edilsin. Yəni təkcə gözəl klinikaların tikilməsi ilə işimiz bitmir. Əsas odur ki, bu gözəl şəraitdən səmərəli istifadə olunsun və xəstələrə lazımi səviyyədə tibbi xidmət göstərilsin.

Azərbaycan dövləti isə bundan sonra da səhiyyə məsələlərinin həlli üçün səylərini davam etdirəcəkdir. Bütün lazımi proqramlar da, iqtisadi inkişaf sayəsində əldə edilmiş maddi resurslar da vardır. Hər il Azərbaycanın dövlət büdcəsində səhiyyə məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır.

Mən xatırlayıram, üç il bundan əvvəl universitetin rektoru məsələ qaldırmışdı ki, eyni zamanda, cərrahiyyə korpusunun tikintisinə də ehtiyac vardır. Bu məsələyə də müsbət reaksiya verildi və artıq gözəl cərrahiyyə korpusu tikilir. Ümid edirəm ki, yaxın zamanlarda yeni açılışda biz sizinlə görüşəcəyik. Bir sözlə, şəhərimizin bu hissəsi bir növ gözəl, müasir tibb şəhərciyinə çevrilir. Həm universitetin binaları - yeni korpus, cərrahiyyə korpusu, ondan sonra kliniki xəstəxana - əvvəlki illərdə Semaşko adlandırdığımız o xəstəxana da əsaslı təmir olundu, Səhiyyə Nazirliyi, yəni böyük və müasir tibb mərkəzinə çevrilibdir. Mən ümid edirəm ki, siz bu gözəl şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz və xəstələrə lazımi səviyyədə kömək göstərəcəksiniz. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

***

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman ƏMİRASLANOV göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

Mən hesab edirəm ki, bu gün Tibb Universiteti 80 illik tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Bu, onunla bağlıdır ki, üç il bundan qabaq təməl daşını möhtərəm cənab Prezidentimiz, Mehriban xanımın iştirakı ilə qoyduğunuz bu müasir, çoxprofilli tədris-terapevtik korpus artıq istifadəyə verilir. Bütün bunlar məhz Sizin sərəncamlarınız əsasında, Tibb Universitetinin kollektivinə olan diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Bilirsiniz ki, həm də bu il universitetimizin 80 illik yubileyidir. Sentyabr ayının 20-də, möhtərəm cənab Prezident, Sizin sərəncamlarınızla universitetimizin 80 nəfər əməkdaşı ölkəmizin - müstəqil Azərbaycanın orden və medallarına, fəxri adlara, hətta Prezident təqaüdünə layiq görülübdür. İcazə verin universitetimizə göstərdiyiniz bu diqqət və qayğıya görə, Tibb Universitetinin çoxminli professor-müəllim heyəti, tələbələrimiz adından, öz adımdan Sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirim.

Biz bilirik ki, Sizin işləriniz həddən artıq çoxdur. İşlərinizin həddən artıq çox olmasına baxmayaraq, vaxt ayırıb bu gün universitetimizə təşrif buyurduğunuza görə bir daha Sizə öz təşəkkürümüzü bildiririk.

Biz bu gün ulu öndər Heydər Əliyevi yad etməyə bilmərik. Çünki universitetimizin bütövlükdə inkişafı onun adı ilə bağlıdır. Universitetə dövlət qayğısının təməli hələ 1970-80-ci illərdə ulu öndər tərəfindən qoyulmuşdur. Onun yaxın dayağı, universitetimizin şərəfi, şöhrəti olan akademik Zərifə Əliyevanın qayğısı sayəsində bunların hamısı mümkün olmuşdur.

Möhtərəm cənab Prezident, bu gün çox rəmzi bir məsələyə toxunmaq istəyirəm. On il bundan qabaq universitetin 70 illik yubileyi qeyd olunanda ulu öndər on bir mərtəbəli o möhtəşəm tədris binasını kollektivimizə töhfə etdi. Bu gün isə 80 illik yubileyimizdə bu möhtəşəm tədris-terapevtik klinikanı Siz bizə bəxş edirsiniz. Mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, bunların hər ikisi bu ərazidə yerləşir. Mən hesab edirəm ki, vaxt keçəcək, bu əzəmət, bu binalar əsrlər durduqca dayanacaqdır, müstəqil Azərbaycan var olduqca var olacaqdır.

İstərdim ki, bu gün fürsətdən istifadə edib Mehriban xanıma da universitet kollektivi adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək. Mehriban xanım təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Azərbaycan səhiyyəsinin, təhsilinin, mədəniyyətinin, incəsənətinin hamisi kimi tanınır və o, bu sahədə çox möhtəşəm işlər görür. İcazə verin, ona da bu gün universitetimizə təşrif buyurduğuna, bizə diqqət yetirdiyinə görə kollektivimiz adından təşəkkürümü bildirim. Sizin müəyyən bir zaman kəsiyində təhsil aldığınız Tibb Universitetinin professor-müəllim heyəti apardığınız, gördüyünüz bu möhtəşəm işlərdən böyük qürur hissi keçirir, çox sevinir və sizinlə fəxr edir.

Bir daha Sizə, möhtərəm cənab Prezident, bu gün universitetimizə etdiyiniz bu gözəl hədiyyəyə görə kollektivimizin adından böyük təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm. Çox təşəkkür edirəm.

***

Akademik Adilə NAMAZOVA dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, bizə belə bir möhtəşəm, müasir, misli görünməyən klinika bağışladığınız üçün Sizə hamımızın adından təşəkkür edirəm. Bu gün hamımız çox xoşbəxtik. Biz çalışacağıq ki, Sizin belə xeyirxah işlərinizə əməli işlərimizlə cavab verək. Allah Sizi qorusun.

***

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov