Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Oktyabr 2010 - 39

 

Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi

Bookmark and Share

Sentyabrın 29-da Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. 

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin sədrliyi ilə keçirilən seminar-müşavirədə şöbənin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərində yerləşən, birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasibləri iştirak etmişlər. Seminar-müşavirədə əsasən, aşağıdakı məsələlər müzakirə olunmuşdur:

- Birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə  icra vəziyyəti və 2011-ci ilin proqnoz göstəriciləri, mövcud problemlər və qarşıda duran vəzifələr.   

- Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, problemlər və qarşıda duran vəzifələr.

- Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin gedişatının vəziyyəti və bu sahədə görüləcək işlər.

- Əməkhaqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması ilə bağlı məsələlər.

- Rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi barədə bir sıra məsələlər, təlimatlar, izahatlar və tövsiyələr.

- "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası ilə bağlı qarşıda duran vəzifələr.

Seminar-müşavirəni giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə məlumat verdikdən sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil xərclərinin icrası, 2010-cu ilə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri, həmçinin bir sıra göstəricilər barədə müqayisəli rəqəmləri tədbir iştirakçılarının  nəzərinə çatdırmış və bildirmişdir ki, təhsilə olan dövlət qayğısının yüksək təzahürü kimi bu sferaya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə əhəmiyyətli dərəcədə artır. Sonra Ş.Əliyev keçirilən tədbirin əsas müzakirə mövzularının hər biri barədə qısa məlumat verərək hazırda baş mühasiblərin qarşısında duran vəzifələrdən danışmışdır. Tədbirdə həmçinin İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin "2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə  icra vəziyyəti və 2011-ci ilə proqnoz göstəriciləri, mövcud problemlər və qarşıda duran vəzifələr", Mühasibat uçotu və hesabat sektorunun müdiri Fərhad Əliyev "Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, problemlər və qarşıda duran vəzifələr", şöbənin baş məsləhətçisi Zahid Nağıyev "Təhsil işçilərinin əməkhaqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması ilə bağlı məsələlər", Mühasibat uçotu və hesabat sektorunun baş məsləhətçisi Akif Hacıyev "Rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi ilə bağlı bir sıra məsələlər, təlimatlar, izahatlar və tövsiyələr",  Plan-maliyyə sektorunun aparıcı məsləhətçisi Ramil Orucov "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin gedişatının vəziyyəti və bu sahədə görüləcək işlər" və həmin sektorun baş məsləhətçisi Kəmalə Vəliyeva isə "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası vəziyyəti və bununla  bağlı qarşıda duran vəzifələr barədə məruzələrlə çıxış etmiş, baş mühasibləri maraqlandıran sualları cavablandırmışlar. 

Seminar-müşavirənin sonunda İqtisadiyyat şöbəsinin müdiri müzakirə olunan mövzular üzrə bir sıra məqamlara aydınlıq gətirmiş, nazirliyin rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında qoyduğu yeni tələblərdən söz açmış, bu tələblərin yerinə yetirilməsi ilə bağlı tabe təşkilatların  baş  mühasiblərinin üzərinə düşən vəzifələri nəzərə çatdırmış və yekunda tədbir iştirakçılarını maraqlandıran  əlavə  sualları cavablandıraraq onlara  gələcək  işlərində  ugurlar  arzulamışdır.

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

8 Oktyabr 2010 - 39

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri
 
Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olub
 
Prezident İlham Əliyev Sədərək 2 nömrəli orta məktəbinin yeni binasının açılışında iştirak edib
 
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak edib
 
Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün "Xabad-Or-Avner" təhsil mərkəzinin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
ATU-nun 80 illik yubileyi qeyd edildi
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2083 müraciət daxil olub
 
"Trend" İnformasiya Agentliyində mətbuat konfransı
 
4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı
 
Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
 
Dəyişən ulduzlar sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb
 
Azərbaycan Dillər Universitetinin 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək
 
Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib
 
Təhsil müəssisələrinin baş mühasiblərinin seminar-müşavirəsi
 
"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
 
AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla təltif olundu
 
Beynəlxalq təhsil yarmarkası keçirilib
 
Həyatın tarix dərsi
 
Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub
 
Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Kiçik Akademiya"nın üzvlərinin sayı artır
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov