Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - �40

 

Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi

Bookmark and Share

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu proqram ümumtəhsil məktəblərimizdəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır.  Xüsusi qabiliyyətli uşaqlarla işin reallaşdırılması mexanizminin yaradılmasında əsasən aşağıdakılar nəzərə alınmalıdır: xüsusi qabiliyyətli uşaqların axtarışı; uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili; şagirdlərin öz qabiliyyətlərini reallaşdırması; diaqnostika; müəllim; təlimin texniki vasitələri; ailə;  ekoloji mərkəz; ümumi akademik müvəffəqiyyət; şagirdin xüsusi maraq və meyillərinin aşkar edilməsi; müsabiqələr; olimpiadalar; akademik nailiyyətlər.                 

Xüsusi qabiliyyətli uşaqların xarakteristikaları aşağıdakılardır:

Düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın yaradılarkən aldığı ən qiymətli nemətdir. Bioloq-alimlər təsdiq edirlər ki, hər bir uşaq təbiətin təkrarolunmaz yeni eksperimentidir. Xüsusi qabiliyyətin hər bir fərddə özünəməxsus şəkildə təzahür etməsinə baxmayaraq, elə xüsusiyyətlər var ki, onlar bu və ya digər dərəcədə bütün istedadlı uşaqlarda, insanlarda mütləq olur. Xüsusi qabiliyyətin əsas əlaməti təxəyyül sferasına aiddir.

Təfəkkür zirvəsinə aparan yolu aşağıdakı 3 pilləyə ayırmaq olar:

          Həvəskarlıq, yeniliyə həvəs, intellektual stimulyasiya. Bunlar bütün sağlam  uşaqlara xasdır.

          İntellektual aktivlik. Onun üçün təkcə əqli qabiliyyətlər kifayət etmir, həm də hisslər, motivlər olmalıdır. Uşaqların əksər hissəsində  həvəskarlıq intellektual aktivliyədək inkişaf etmir, onların ətraf aləmə marağı yalnız situativ, dayanıqsız xarakter daşıyır.

          Ən sonuncu, bəzi uşaqlar, əsasən də xüsusi qabiliyyəti olanlar ətraf mühitin tədqiqinə, biliyin qazanılmasına həvəskar olurlar. Belə uşaqlar  öz dünyagörüşünü artırmaq  üçün bütün qüvvəsini sərf etməyə hazır olur, tədqiqatlarda məhdudluğa yol vermir, istənilən yolla, oxumaqla, müşahidə etməklə, eksperiment aparmaqla onun üçün maraqlı problemə aid daha çox məlumat toplamağa çalışır. Bu xarakterik xüsusiyyət kifayət qədər kiçik yaşlardan özünü göstərsə də, bütün yaş mərhələlərində o, istedadlı insanların əsas xarakteridir.

Həqiqi yaradıcı insanın ən vacib keyfiyyətlərindən biri də onun problemə yüksək həssaslığı, digərləri üçün sanki aydın olanları tam görmək qabiliyyətidir. Problemə yüksək həssaslıq təlimin xarakteri ilə əlaqədardır. Sərbəst tədqiqat işlərinə istiqamətləndirilmiş təlim bu qabiliyyəti inkişaf etdirir. Xüsusi qabiliyyəti olan insanlar elə uşaqlıqdan divergent məsələlərə, başqa sözlə tipik, formal məsələlərə deyil, yaradıcı, problemli, bir neçə cavabı olan müxtəlif məsələlərə maraq göstərirlər. Divergent məsələlər üçün müxtəlif situasiyalı məsələlər, o cümlədən aktiv yaradıcılığı stimullaşdıran qeyri-müəyyənlik dərəcəsi yüksək olan məsələlər  xarakterikdir.

Yeni, orijinal ideya irəli sürmək, geniş məlum olan, mənasız ideyalardan fərqlənən ideya ortaya qoymaq orijinal düşünmə adlanır. Orijinallıq və yaxud onun olmaması bütün fəaliyyət növlərində, oyun və şəkillərdə, həmyaşıd və yaşlılarla münasibətdə və davranışda təzahür edir.

Yaradıcılığın əsası - təfəkkürdə tamlıq, başqa sözlə, fəaliyyətin yeni strategiyasının tez və asan tapılması, assosiativ əlaqənin qurulması, bir sinif hadısədən məzmunca ondan  çox uzaq olan digər qrup hadisələrə keçmək bacarığıdır.

Xüsusi qabiliyyətin başqa bir tərəfi çoxlu sayda yeni ideyaların verilməsi, yəni təfəkkürün məhsuldarlığıdır. İdeya çox olduqca, müqayisə, inkişaf, dərinləşdirmə üçün optimal seçim imkanı da  böyük olur.

Yaradıcılıq məlum baxışlar, əlaqə və münasibətlərdən gizli olanları görmək qabiliyyətidir, əvvəllər heç kimin baxmadığı analoji halları tapıb üzə çıxarmaqdır.

İstedadlı insanlara  diqqətin yüksək konsentrasiyası qabiliyyəti xasdır. Bu, istənilən şəraitdə, hətta  ciddi maneə olduqda belə işləmək, tam məsələnin həllinə aludə olmaqla xarakterizə olunur.

Xüsusi qabiliyyətli insanlara xas olan əsas keyfiyyətlərdən biri də mütəxəssislərin qeyd etdiyi kimi əla yaddaşdır.

Alimlər xüsusi qabiliyyətin bir xassəsini də  qiymətləndirmə qabiliyyətində görürlər. Bu, tənqidi təfəkkürün  inkişafı, özünün və digərlərinin fəaliyyətinin qiymətini dəqiq müəyyənləşdirmək bacarığıdır. Digər bir xassə maraq dairəsinin genişliyidir.

Xüsusi qabiliyyətli insanların yaradıcılıq fəaliyyətinin bu xüsusiyyətlərindən başqa, həm də onların şəxsi xarakterləri və ətraf mühitlə qarşılıqlı münasibətlərinin üsulları fərqlidir.    Məsələn, onlar hər işi ən yaxşı tərzdə yerinə yetirir və ən az əhəmiyyətli detallara belə əhəmiyyət verirlər.

Xüsusi qabiliyyətin əsas əlamətlərindən biri də avtonomluq, yəni ətrafdakıların fikrindən asılı olmamaqdır. Elə olur ki, bu əlamət həmin uşağın ətrafdakılarla münasibətlərində çətinliklər yaradır. Müəllimlər, valideynlər, həmyaşıdları onların sərbəst mövqeyinə dözmürlər. Adətən onları həm də ənənəvi təlim üsulları qane etmədiyindən sözəbaxan olmurlar. Bu uşaqlar çox zaman nəinki əlaçı, heç yaxşı oxuyan  da olmurlar. Ənənəvi stildə məşğələlər, müəllimdən sadə yolla alınan məlumatlar onlar üçün maraqsızdır. Nəticədə çox hallarda müəllimlə gizli, yaxud aşkar şəkildə konfliktlər baş verir.

Xüsusi qabiliyyətli uşaqları aşağıdakı qruplar üzrə təsnifləşdirmək olar:

1. Yüksək intellektli uşaqlar.

2. Yüksək səviyyəli yaradıcılıq qabiliyyətli uşaqlar.

3. Müəyyən sahə üzrə nailiyyətlər qazanan uşaqlar.

4. Yaxşı oxuyan uşaqlar.

Belə klassifikasiya uşaqlarla işi planlaşdırarkən istifadə etmək üçün məlumat bankı yaratmağa imkan verir.

Xüsusi qabiliyyətli uşaqlarla işin əsas mərhələləri aşağıdakılardır:

1. Uşaqların yaş və psixoloji xüsusiyyətləri haqqında materialların toplanması, təhlili və sintezi.

2.Toplanmış materiallar əsasında bir neçə yaş qruplarını ayırmaq və onların yaradıcılıq qabiliyyətinin inkişafı istiqamətlərini müəyyənləşdirmək.

3. Xüsusi qabiliyyətli uşaqlarla işin forma və metodlarını daim təkmilləşdirmək.

4. Xüsusi qabiliyyətli uşaqlar haqqında informasiya yerləşən məlumat bankını yaratmaq.

Hazırda xüsusi qabiliyyət anlayışının dəqiq tərifi yoxdur. Onun müəyyənləşdirilməsinin bir çətinliyi də ondadır ki, çox vaxt xüsusi qabiliyyət və istedad terminləri eyniləşdirilir və ya onlara sinonim kimi baxılır. 1973-cü ildə ABŞ təhsil komitəsi xüsusi qabiliyyətin tərifini belə vermişdir. "Xüsusi qabiliyyətli və istedadlı uşaq o uşaqlara demək olar ki, təcrübəli mütəxəssislərin qiymətləndirilməsinə görə bir və ya bir neçə fəaliyyət sahəsində - intellektual, akademik, yaradıcı, ünsiyyət və liderlik, incəsənət və idmanda yüksək fəaliyyət nümayiş etdirsin". Beləliklə, xüsusi qabiliyyətin tərifində inkişaf və yaradıcılıq qabiliyyəti üstün rol oynayır. Xüsusi qabiliyyətli uşaqların əsas fərqləndirici xüsusiyyəti ondadır ki, onların düşünmə tərzi heç kimə oxşar olmayan, qeyri-standart və orijinal olur.  Xüsusi qabiliyyətli uşaqlar, bir qayda olaraq, güclü yumor hissi ilə fərqlənir və geniş müşahidə qabiliyyətinə malik olurlar. Onların digər bir xarakteri maraq sahəsinə aid olan məsələlərdə həddindən artıq inadkar olmalarıdır. Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi məktəb həyatının ən vacib proseslərindən biridir. Xüsusi qabiliyyət şəxsiyyətin dəyişilməz keyfiyyəti olmadığından onun ilkin diaqnostikası etibarlı sayıla bilməz. Uşağın xüsusi qabiliyyəti onun inkişafının daha sonrakı mərhələlərində də aşkar oluna bilər. Buradan aydındır ki, diaqnostika proseduru bütün şagird kontingentini əhatə etməli, müəyyənləşdirilmiş dövrdə aparılmalı, hər bir uşaq üçün tədris proqramında korrektəyə əsas olmalıdır. Xüsusi qabiliyyətli uşaqların yaradıcılıq potensialının inkişafı xüsusi yaradıcı proqram və tədris materiallarının işlənib hazırlanmasını və reallaşdırılmasını tələb edir. Xüsusi qabiliyyətlilərin təliminə tipik yanaşma məktəb tədris proqramının sürətlə və dərindən öyrənilməsinin təşkilidir. Standart proqramlarda müxtəlif mövzulara daha çətin və əlavə materiallar daxil edilir. Lakin çətinlik səviyyəsini yüksəltmək və materialların sayını artırmaq şagirdlərin xüsusi qabiliyyətlərinin inkişafına optimal şərait yaratmır. Adi məktəb proqramlarında demək olar ki, yaradıcı məsələlər yoxdur. Yaradıcılığa tələbat xüsusi qabiliyyətin reallaşdırılması üçün həm də intellektual səviyyənin yüksəldilməsini tələb edir. Hazırda xüsusi qabiliyyətli uşaqların yaradıcılığı, ünsiyyət bacarığı, liderliyin formalaşdırılması və digər şəxsi keyfiyyətlərinin inkişafı üçün xüsusi təlim proqramları hazırlanmalıdır.  Xüsusi qabiliyyətli uşaqlarla iş zamanı təlimin dialoq formasından istifadə etmək məqsədəuyğundur. Təlim prosesində indiyədək tətbiq olunan ünsiyyət forması (müəllim soruşur, şagird cavab verir) məsələnin qoyuluşunda şagirdin aktivliyini məhdudlaşdırır.

Psixoloqlar uşaqların qabiliyyətlərinin əsas inkişaf tələbatlarını stimullaşdırmağın optimal şəraiti kimi tədris prosesinin  aşağıdakı xarakteristikalarını  qeyd edirlər:

          Uşağın özünü yüksək qiymətləndirməsi, başqa sözlə, onda öz qüvvəsinə kifayət qədər inam yaradılması.

          Dərsdə və ailədə müvafiq psixoloji iqlim yaradılması. Öyrənməyə tələbat, biliyə sevgi münasibəti şəraitində inkişaf edə bilər.

Son zamanlar fərdi tədris planları haqqında çox danışılır. Öz maraqları dairəsində  sərbəst məşğul olmaq üçün, adətən, xüsusi qabiliyyətli uşaqların asudə vaxtları  çox qalır. Fərdi tədris planı xüsusi qabiliyyətli uşaqların ayrı-ayrı fənləri  həm kiçik həcmdə, həm də az  nəticə ilə öyrənməyə, qüvvəni əsas fənlərə saxlamağa imkan verir.

Praktik olaraq bütün tədqiqatçılar bu nəticəyə gəlmişlər ki,  xüsusi qabiliyyətli uşaqlarla işləmək üçün  onların tələbatlarına cavab verə bilən xüsusi təlim keçmiş pedaqoqlar lazımdır. Bəs, xüsusi qabiliyyətli uşaqlar və onların valideynləri ilə işləyəcək pedaqoqlarda hansı professional keyfiyyətlər olmalıdır?

Müxtəlif fəaliyyət sahələri üzrə uşağın xüsusi qabiliyyətinin əlamətlərini sezə bilmək bacarığı. Buraya:

1. Təlimi diaqnostikanın nəticələrinə uyğun qurmaq bacarığı.

2. Öz fəaliyyətini valideynlərin fəaliyyəti ilə koordinasiya etmək bacarığı.

3. Valideynlərlə və şagirdlərlə məsləhətləşmək bacarığı.

4. Professional yetişkənlik.

5. Xüsusi qabiliyyətli uşaqlarla işləmək üçün nəzəri və praktiki hazırlıq.

6. Emosional stabillik.

7. Özünü təhlil etmək bacarığı.

8. Dəqiqlik, səmimilik, yumor hissinin olması.

9. Xüsusi qabiliyyətli uşaqların inkişafı və təlimi üzrə konseptual modellərlə tanışlığı daxildir.

Müəllimin xüsusi qabiliyyətli uşaqlarla işi mürəkkəb və davamlı prosesdir. Bu hər şeydən əvvəl, müəllim və məktəb rəhbərliyindən  onların psixologiyası və təlimi sahəsində yaxşı bilik, digər müəllimlərlə, valideynlərlə, psixoloqlarla daimi əməkdaşlıq tələb edir. O, həm də daim müəllimdən öz ustalığını inkişaf etdirməyi tələb edir.  

Xüsusi qabiliyyətli uşaqlarla fərdi iş

Xüsusi qabiliyyətli uşaqlarla təmas, ünsiyyət pedaqoqdan professionallıq, yaradıcılıq, yüksək məntiqi düşüncə tələb edir.

Hər sinifdə belə şagirdlərin aşkar edilməsinin müxtəlif sayda üsulları var. Məsələn, müsahibə, dərslərdə diaqnostika, yeniliyin necə qəbul edilməsi səviyyəsinin testin köməyilə yoxlanılması, çətinliyi artırılmış fərdi məsələlərlə iş və s.

İstedadlı uşaqlarla iş dərslərdə onlara daha qayğı ilə yanaşmaqla dərnəklərdə, fərdi qrup işlərində, eləcə də dərsdənkənar vaxtlarda konsultasiya şəklində davam etdirilməlidir.

Sinifdə müxtəlif inkişaf səviyyəli uşaqlarla işi güclü uşaqlarla  əlaqələndirmək, güclülərə sərbəst yaradıcı işlərə aid olan tapşırıqlar verilməlidir. Hər bir dərsdə  qeyri-standart düşünmə tərzi tələb edən tapşırıqlar yazılmış kartoçkalar hazırlanmalıdır. Ədəbiyyat dərslərində mövzunu sərbəst seçməklə müxtəlif inşa variantlarını tətbiq etmək olar.

Xüsusi qabiliyyətli uşaqlarla   əlverişli təlim şəraitini hər dərsdə yaratmağa  çalışmaq lazımdır. Ədəbiyyatın dərindən öyrədilməsi  müxtəlif ədəbi janrlar, süjet,  kompozisiya, müəllifin stili və sair kimi anlayışların sərbəst öyrənilməsi gələcəkdə  mətnin ədəbi təhlilinə hazırlığa  kömək edir. Şagirdlər özləri mühazirə hazırlayır, ayrı-ayrı mövzularda sərbəst çıxış edirlər.

Xüsusi qabiliyyətli  uşaqları  yaradıcılıq prosesinə cəlb etmək məqsədilə  problemli situasiya yaratmaq, problemin həlli yollarını axtarmaq üçün maraq oyatmaq, qeyri-standart situasiyalar yaratmaq, öz əqli təhlillərini vermək lazımdır. Bu isə  artıq yaradıcı təfəkkürü inkişaf etdirən yaradıcılıq prosesidir.

Məqsədlər.

1. Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi.

2. Optimal inkişafa şərait yaratmaq.

Məsələlər.

1. Müxtəlif fəaliyyət sahələrində yüksək nəticələr göstərən və müəyyən sahələrə meyili olan uşaqların aşkar edilməsi üçün dərsdənkənar təlim fəaliyyəti və dərslərdə məqsədyönlü  müşahidələrin aparılması.

2. Xüsusi qabiliyyətin  varlığını müəyyənləşdirməyə imkan verən  materialların seçilməsi və testlərin aparılması.

3. Təlim sistemindən sərbəst düşüncəni, təşəbbüs və yaradıcılığı inkişaf etdirən metod, forma və üsulların seçilməsi.

4. Xüsusi qabiliyyəti artıq aşkar edilmiş şagirdlər üçün fərdi təlim proqramının işlənilib hazırlanması.

Xüsusi qabiliyyətli uşaqlarla  iş üç istiqamətdə aparılır.

1. Şagirdlərlə:

          Konfrans,

          Olimpiada, viktorina, müsabiqələr,

          Fənn üzrə məsləhətlər,

          Fərdi proqramla iş.

2. Pedaqoqlarla:

          Yaradıcı qrup,

          Pedaqoji mühazirə,

          Direktor müavinlərinin yanında iclaslarla iş.

3. Valideynlərlə:

          Valideyn iclası,

          Anketləşdirmə,

          Tövsiyələrin seçilməsi,

          Fərdi söhbət vasitəsilə iş. 

Xüsusi qabiliyyətli uşaqlarla  işin forma və metodları

Ən mühüm problem xüsusi qabiliyyətin saxlanması və inkişafıdır. Bizim qarşımızda duran əsas problem hər bir şəxsiyyətin inkişafına kömək etməkdir. Ona görə də uşaqlarda qabiliyyətlərinin səviyyəsini və onun müxtəlifliyini müəyyənləşdirmək vacibdir, lakin ondan da vacibi bu qabiliyyətlərin düzgün inkişafını  həyata keçirməkdir. Xüsusi qabiliyyətli uşaqlarda tədqiqatçılıq və axtarıcılıq qabiliyyəti dəqiq müşahidə olunur. Bu isə onları  təlim prosesində  yaradıcı işlərlə yükləməyə, aktiv əqli fəaliyyət tələb edən işlərlə təmin etməyə imkan verən şərtlərdən biridir.

Tədris prosesində xüsusi qabiliyyətli uşaqların inkişafına onun daxili potensialının inkişafı kimi, yaradıcı, özü yaradan aktiv yaradıcı, sərbəst seçmək  qabiliyyətlinin, müəllif olmaq qabiliyyətinin inkişafı kimi baxmaq lazımdır.

Ona görə də xüsusi qabiliyyətli uşaqlarla işin forma və metodları qeyd edilən bu məsələlərin həllinə yardım etməlidir.

İş metodları:

1. Tədqiqatçılıq.

2. Hissə-hissə axtarıcılıq.

3. Problemli.

İş formaları:     

1. Sinif-dərs, müxtəlif səviyyəli tapşırıqlar, yaradıcı məsələlər.

2. Üzə çıxan problemlər üzrə məsləhətləşmə.

3. Dərnəklər.

4. Diskussiyalar.

5. Oyunlar.

İş planı 

 

Sıra No-si

VII sinif şagirdi Əhmədova Aydanın şəxsi keyfiyyətləri Qiymətlər
1. Biliyə məhəbbət 5
2. Problemə yüksək həssaslılıq 5
3. Proqnozlaşdırma qabliyyəti 4
4. Lüğət ehtiyatı 4
5. Qiymətləndirmə bacarığı 5
6. Yaradıcılığı 4
7. Müzakirə etmək, məntiqi düşünmək 5
8. Qabliyyəti 5
9. İnadkarlığı 5
10. Öz fəaliyyətinin nəticələrinə tələbkarlığı 5
 

Bu verilənlər isə müəllim üçün sonrakı işlərin hansı istiqamətdə aparılmasını əyani olaraq belə göstərir:

1. Xüsusi qabiliyyətin inkişafı üzərində o vaxtadək işləməli ki, nəticə real olsun, onun davamlılığı, haqqında artıq tam fikir yürütmək mümkün olsun.

2. Yazmaq, özündən müəyyən inşa hazırlamaq üçün böyük lüğət ehtiyatına malik olmaq lazımdır. Bu isə uşağın əqli qabiliyyətinin inkişafı kriteriyasının nəticəsidir.

3. Oyunlarda Aydanın yaradıcılıq qabiliyyəti güclü inkişaf edib. Müəllimin qarşısında duran məsələ  gözlənilməyən, orijinal üsulları tapmaq qabiliyyətinin inkişafına kömək etməkdir.

Tədris prosesində xüsusi qabiliyyətli uşaqların inkişafında çox vacibdir: fənn olimpiadaları; intellektual marafonlar; müsabiqə, viktorinalar; müxtəlif mövzular üzrə layihələr; fərdi yaradıcılıq tapşırıqları.  

Gülşən HACIYEVA,
Bakıdakı 99 nömrəli orta
məktəbin informatika müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - �40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov