Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 

Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi

Bookmark and Share

Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi kontekstində 

Qədim və zəngin tarixi olan Azərbaycanın ikiyə bölünməsi xalqımızın bədii mədəniyyətinin milli-bəşəri  və dünyəvi dəyərlər əsasında zənginləşməsinə heç də əks-təsir göstərməyib. Ədəbi-tarixi ənənələrə söykənən söz sənətimizdə yüksək mənəvi-əxlaqi dəyərlər, bədii-estetik ideyalar yenə də ədəbiyyatımızın təsvir və təbliğ etdiyi mövzulara çevrildi.

Bu baxımdan Şimali Azərbaycanda yaranan ədəbiyyat  o tay Azərbaycan həyatından bəhs edən əsərlərlə daha da zənginləşmişdir. M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rəhimov və başqalarının yaradıcılığında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, mübarizəsi, həyat tərzi və s. məsələləri əks etdirən müxtəlif  janrlı əsərlər böyük tarixi-ictimai, ədəbi-mədəni və bəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan xalq şairi Süleyman Rüstəmin Cənub mövzulu şeirləri diqqəti cəlb edir. Bu əsərlər sırasında "Təbrizim" şeiri vətənpərvərlik duyğusunun vüsəti, vətəndaşlıq motivlərinin poetik-fəlsəfi ifadə zənginliyi ilə daha kütləviləşmişdir.

Bu əbəbiyaşar şeir nümunəsinin ideya məzmununun mənimsədilməsində, tarixi-ədəbi dəyərinin aşılanmasında müasir təlim üsullarından istifadə daha effektli təlimi-tərbiyəvi nəticələr qazanmağa imkan verir.

S.Rüstəmin "Təbrizim" şeirinin təhlili mövzusunun tədrisi məqsədini aşağıdakı məzmunda müəyyənləşdirirəm:

- "Təbrizim" şeirinin ideya-məzmununun mənimsədilməsi;

-  Şagirdlərdə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi;

- Şagirdlərdə əsər barədə mustəqil, əsasl

andırılmış fikir söyləmək   bacarığının inkişaf etdirilməsi;

- Şagirdlərin bədii-estetik zövqünün zənginləşdirilməsi;

- Məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.

Fərdi iş, qruplarla iş, müəllimin izahı, əqli hücum,Venn diaqramı, klasster üsulunu iş forması və iş növləri kimi seçirəm.

IX sinif üçün dərslik, şeir yazılmış disk, sənətkarın və Təbrizin şəkilləri dərsin əyani və maraqlı keçməsi üçün hazırlanır.

Dərketməyə yönəltmə mərhələsində ev tapşırığı yoxlanılır, şagirdlərin S.Rüstəm haqqında biliklərini aşkara çıxarmaq məqsədilə qısa frontal sorğu aparıram:

S.Rüstəm özünün uşaqlıq və təhsil illərini necə xatırlayır?

Onun ilk şeirlər kitabı necə adlanır?

Buradakı əsərləri necə səciyyələndirmək olar?

Şair daha çox hansı mövzularda əsərlər yazmışdır?

İkinci Dünya müharibəsi illərində o, hansı sənət nümunələrini yaratmışdır?

Şair Cənub mövzusunda hansı əsərləri yazmışdır?

Suallara cavablar aldıqdan sonra dərketmə mərhələsində şeirin məzmunu ilə bağlı qruplara kartoçkalar paylayıram.

1. Şair Təbrizə gəlişini necə təsvir edir? Təbriz onu necə qarşılayır?

2. Əsərdə Təbrizin gözəlliyi necə təsvir edilib? Təbrizin kədərindən necə söz açılır?

3. Xalqımızın qəhrəmanlığı, vətənpərvərliyi hansı misralarda əks olunub? "Cəllada, yada baş əymə" dedikdə şair kimi nəzərdə tutur?

4. Hansı misralarda ayrılıq, həsrət motivləri daha güclüdür? Şeirdə hansı tarixi şəxsiyyət xatırlanır? Səttarxan haqqında nə deyilir?

Hər bir komanda suala ətraflı cavab verməyə çalışır.  Qeyd edilir ki, şair Azərbaycanın qədim mədəniyyət ocağı olan Təbrizi şəxsləndirib, ona canlı bir varlıq kimi müraciət edir. Bir qardaş kimi onun bayramına qonaq gəldiyini bildirir. Burada duz-çörək, gül-çiçəklə qarşılanması şairin qəlbini fərəh hissi ilə doldurur. Lakin bu görüş nə qədər fərəhli olsa da, şairin ürəyini açmır. Başı dumanlı Təbrizin halı onu məyus edir. O, ayrı düşmüş qardaş kimi qəmlidir, bu yurdun dərdləri ilə tanış olmaq istəyir. Təbrizin düşdüyü vəziyyət şairin dərdlərini təzələyir, könlündə yeni duyğular baş qaldırır. O, "şairlər yurdu", "saysız qəhrəmanlar" məskəni olduğunu Təbrizə xatırladır, yolunda canını qurban vermiş igidləri yada salıb, onu cəllada baş əyməməyə çağırır. Səttarxanın yolundan dönməmək üçün "dalğalanmağın" və "alovlanmağın" zəruri olduğunu söyləyir. "Söyüdlərin kölgəsində" "babalardan öyüdlər" dinləyənlərin damarlarında coşan qan şairi fərəhləndirir. Şeirdə Təbrizin düşdüyü dözülməz halı vermək üçün şair bədii suallardan, xitablardan məharətlə istifadə edir.

Şagird təfəkkürünü inkişaf etdirmək, ideya-məzmunu aşkarlamaq üçün aşağıdakı tədqiqat sualları verilir:   

Əsərdə hansı problem ön plana çəkilmişdir?

Əsərdə təsvir olunanlar bu gün nə dərəcədə əhəmiyyətlidir? Əsərin əsas ideyası nədir?

Şagirdlər mövqelərini açıqlayırlar. Fərqli fikirlər dinlənilir, qeyd edilir.                  

Tədqiqat sualını aydınlaşdırmaq və tam dolğun cavab üçün düşünmə mərhələsində  komandalara yenidən kartoçkalar paylayıram.

1. Şeirin Təbrizə müraciət şəklində yazılması nə ilə əlaqədardır? Təbriz əsərdə nəyin timsalıdır?

2. Əsərin lirik qəhrəmanı kimdir? İlk dəfə Təbrizə gələndə o, hansı hissləri keçirir?

3. Şeirdə ayrılıqdan, həsrətdən söz açılması nə ilə əlaqədardır? Bununla şair hansı tarixi faciəni xatırladır? Mətnaltı mənaları müəyyənləşdirib izah edin.

4. Əsərdə xalqımızın hansı arzusu öz əksini tapıb? Şairin əsərdə bədii suallara böyük yer verməsi nə ilə əlaqədardır? Şeirdəki yüksək bədiiliyə, obrazlılığa müəllif necə nail olmuşdur?  Bunu nümunələr əsasında aydınlaşdırın.

Komandalar suallar ətrafında fikir mübadiləsi aparır və düşüncələrini açıqlayırlar. Bəzən digər komandaların üzvləri müdaxilə edərək öz fikirlərini söyləyirlər. Bu suallara cavablar aldıqdan sonra Yaqub Zurufçunun "Ayrılıq" mahnısının klipi göstərilir. Hər iki tərəfin həsrəti klipdə görünür. Sinfə sualla müraciət edirəm:

Bu klipdə biz nəyi müşahidə etdik?

Bu ayrılıq nə zamandan başlanıb? Buna səbəb nədir?

Şagirdlərin yığcam cavablarını dinlədikdən sonra növbəti mərhələdə mövzu üzrə esse yazmağı tapşırıram: "Siz əvvəlki siniflərdə ədəbiyyat dərslərində öyrəndiyiniz əsərlərdən, tarix dərslərindən bilirsiniz ki, XIX əsrdə Vətənimiz güclü, məkrli düşmənlərin işğalına məruz qalmış, 2 yerə parçalanmışdır. "Təbrizim" şeirində həmin tarixi faciənin xalqımızın taleyinə vurduğu ağır zərbələrdən söz açılır. Bu əsərdə şair bütöv Vətən, birləşmiş Azərbaycan arzusunu necə əks etdirmişdir? Bu arzuya  siz nə əlavə edərdiniz?"

Yazılan esselər öz məzmunu ilə maraq doğurur.

"Əlçatmaz" komandası: "Bu əsərdə şair bütöv Vətən, birləşmiş Azərbaycan arzusunu bütün qəlbi ilə duyaraq dilə gətirir". "Can necə yaşasın bədəndən ayrı"- deyərək birliyin, vahidliyin əhəmiyyətini vurğulayır, xalqı birləşmək üçün ayağa qalxmağa səsləyir...

"Məğlubedilməz" komandası: "Ümumiyyətlə, XIX əsr Azərbaycan xalqının tarixinə ən uğursuz səhifələr kimi düşmüşdür. S.Rüstəm şeirdə Azərbaycanın döyünən ürəyi olan Təbrizin başına gələn faciələrdən söz açır. Belə ki, vətənin ikiyə bölünməsilə Azərbaycanın başını qara buludlar alır. Şair əsərdə vahid bir ölkənin - iki qardaşın bir-birindən ayrı düşməsini çəməndən ayrı düşən bülbülün zar-zar ağlaması ilə müqayisə edir. Şair misraların birində belə deyir:"Nədir qəlbindəki payızlar, qışlar?" 

"Zəka" komandası: Bütöv Vətən, bütöv Azərbaycan biz gənclərin də ən böyük arzusudur. Həmyaşıdlarımıza müraciət edərək deyirik ki, gəlin, vahidliyimiz uğrunda mübarizə aparaq. "Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?!" - fikri bizim şüarımız olsun. Gəlin, babalarımızdan bizə yadigar qalan Azərbaycan naminə, başımız üzərində dalğalanan azadlıq günəşi olan bayrağımız naminə birləşək.

"Birlik" komandası:  Azərbaycan  1813-cü ildə Gülüstan və 1828-ci ildən Türkmənçay müqavilələri ilə 2 yerə parçalanmışdı. Eynəkli cənablarla təsbehli ağalar başqasının torpağını, vətənini 2 yerə parçaladılar, sanki öz torpaqlarını bölürdülər. Həqiqətən də, bu ədalətsiz və insafsız bölünmə xalqımızın tarixində faciəli olmuşdur, Arazı dərd çayına çevirmişdir. Bu mövzu da şairlərin, yazıçıların çoxlu əsərlər yazmasına səbəb olmuşdur. Bunlardan biri olan  "Təbrizim"şeiri vüsal və birlik mahnısıdır. Onun həsrət üzərində köklənmiş hər misrasında ümid var, arzusunda olduğu  xoşbəxt günlərin tərənnümü var.

Komandalara daha bir tapşırıq verirəm: "Venn diaqramından istifadə edərək S.Rüstəmin "Təbrizim" şeirini  B.Vahabzadənin "Gülüstan" poeması və Səhəndin "Fədailər marşı" şeiri ilə müqayisə edərək oxşar və fərqli xüsusiyyətləri  müəyyənləşdirin.

Qazanılmış biliklərin müzakirəsinin səmərəli  olması üçün  yardımçı suallarla şagirdlərə müraciət edirəm:

S.Rüstəmin bu mövzuda şeir yazmasının səbəbini necə izah edərsiniz?

Şair Təbrizin gözəlliyini təsvir edə bilmişdirmi?

Bu əsər sizdə Vətənimizin keçmişi, bu günü və gələcəyi barədə hansı hisslər yaratdı?

Bütün fikirlər diqqətlə dinlənildikdən sonra nəticə çıxarılır.

Komandalar bütün mərhələlər üzrə cədvəldə qeyd edilərək əyani şəkildə qiymətləndirilir. Qalib komanda və ən orijinal cavablar, ən fəal şagirdlər xüsusi qeyd edilir.

Evdə "Təbrizim" şeirindəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib, ədəbiyyat dəftərinə qeyd etməyi tapşırıram. 

Nailə  ƏLİYEVA,
Bakıdakı  X.Quliyev adına 62 nömrəli
məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov