Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - �41

 
Dünya universitetləri:

Amsterdam Universiteti

Bookmark and Share
  Yerləşir: Niderland Krallığı, Amsterdam şəhəri  
Yaranma tarixi: 1632-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 6126 nəfər
Tələbələrin sayı: 30825 nəfər
Ümumi büdcəsi: 600 milyon avro
İllik xərcləri:  
Rəsmi saytı: www.uva.ac.nl

Amsterdam Universiteti (University of Amsterdam) Niderland Krallığında, Amsterdam şəhərinin mərkəzində yerləşir və Avropanın ən böyük universitetlərindən biridir. Amsterdam Universiteti beynəlmiləlləşmiş ali məktəbdir və burada dərslər ingilis və holland dillərində keçilir. Hərdən Amsterdam Universitetini (AvU) Amsterdamda yerləşən digər universitetlərlə (xüsusi ilə VU - Azad Universitet (Virje Universiteit) səhv salırlar.  2006-cı ildən Amsterdam Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının (LERU) üzvüdür.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Amsterdam Universiteti 100 ən yaxşı ali məktəb arasında Tsinxua Universiteti ilə birgə 49-cu yerdə sıralanıb. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"-in açıqlamasına əsasən Amsterdam Universiteti 165-ci yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 56-cı yerdə olub. 

Tarixi 

Amsterdam Universitetinin sələfi XIV əsrdən fəaliyyət göstərən Athenaeum Illustre (latın dilindən tərcümədə "şöhrətləndirilmiş", "ali Ateney") məktəbi olub. 1632-ci ildən Amsterdam şəhərində həmin məktəbdə tarix və fəlsəfə, sonradan isə hüquq, ilahiyyat və təbabət elmləri öyrədilir. Kaspar Barlaeus və Cerard Vossius kimi dahi alimlər ilk mühazirələrini bu təhsil ocağında oxuyublar. Həmin dövrün ən məşhur məzunlarından hollandiyalı ilahiyyatçı və alim Kornelis Petrus Tieli qeyd etmək olar.

XIX əsrə qədər Ateney çox da böyük olmayan bir təhsil müəssisəsi kimi fəaliyyət göstərir. 1915-ci ildə rəsmi olaraq bu müəssisəyə ali məktəb statusu verilir, 1877-ci ildən başlayaraq isə Amsterdam Bələdiyyə Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitet həmin dövrdə siyasi cəhətdən proqressiv siyasi orqan olan Amsterdam şəhər şurasına tabe idi. 1961-ci ildən universitet dövlət himayəsinə keçir (Universiteit van Amsterdam). 1960-1970-ci illərdə universitetdə muxtariyyət almaq üçün tələbə nümayişləri keçirilib.  

Büdcə və təhsil haqqı 

Amsterdam Universitetində 2010-2011-ci tədris ilində yerli və Avropa İttifaqına daxil olan ölkələri təmsil edən tələbələrin təhsil haqqı 1672 avro, Avropa İttifaqına daxil olmayan ölkələri təmsil edən tələbələrin təhsil haqqı isə humanitar sahələr üzrə bakalavr pilləsində 9000, magistratura pilləsində isə 10500 avro, sosial elmlər, hüquq, iqtisadiyyat, müəllimlik sahələri üzrə bakalavr pilləsində 9000, magistratura pilləsində isə 12000 avro, tibb sahəsi üzrə bakalavr və magistratura pillələrində 20000 avro, stomatologiya sahəsi üzrə isə bakalavr və magistratura pillələrində 25000 avro təşkil edir.

Təhsil haqqından əlavə tələbə kitab və digər dərs ləvazimatları üçün ildə 200-800 avro xərcləyir. Amsterdamda 1 ay qalmaq isə tələbəyə 850-1300 avroya başa gəlir. Yataqxanaların 1 aylıq qiyməti 375-550 avro təşkil edir. Amsterdam Universitetində yataqxanada yer tapmaq çətin başa gəlir. Adətən yataqxanalarda bir çox nömrələr tələbələrə icarəyə verilir. İctimai nəqliyyat üçün tələbəyə ayda 70-100 avro lazımdır. Amsterdamda ən ucuz və asan hərəkət vasitəsi velosiped hesab olunur və tələbələr bu nəqliyyat növünə daha çox üstünlük verirlər.

Amsterdam Universitetində tələbələrə müxtəlif məbləğlərdə bir neçə təqaüd növləri təklif olunur. Bunlar Hollandiya Təhsil, Mədəniyyət və Elm Nazirliyi, Avropa, Milli, eləcə də ölkələr üzrə təklif olunan təqaüdlərdir.

2009-2010-cu tədris ilində Amsterdam Universitetinin illik büdcəsi 600 milyon avro təşkil edib. 

Universitet bu gün  

Amsterdam şəhəri Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biridir. Burada elmi-tədqiqatlar aparmaq üçün ideal şərait var. Amsterdam əcnəbilər üçün təhlükəsiz və qonaqpərvər şəhərdir. 735000 əhalisi olan şəhərin sakinləri çox mehriban və sülhsevərdirlər. Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatr və rəqs kollektivinin, rəssamların vətənidir. Amsterdam zəngin memarlıq abidələrinə, 150-dən çox su kanalına, qədim qotik küçələrə malik qədim Avropa şəhəridir.

Niderland dövlət universitetlərində təhsil özəl universitetlərə nisbətən çox ucuzdur. Buna baxmayaraq, dövlət universitetlərində təhsil almaq burada daha şöhrətli və populyardır. Niderlandın dörd klassik ali təhsil ocaqlarından biri olan Amsterdam Universiteti Amsterdam şəhərinin mərkəzində yerləşir. Universitetin binaları qədim və müasir tikililərdən ibarətdir. Amsterdam Universiteti dünyanın bir çox ali məktəbləri ilə əməkdaşlıq edir və tələbə mübadiləsi aparır. Avropanın 200-ə qədər təhsil müəssisəsi ilə Socrates/Erasmus mübadilə sazişləri həyata keçirir. Beynəlxalq proqramların əksəriyyəti magistratura səviyyəsində təşkil olunub. Ümumilikdə universitet 7 fakültə çərçivəsində 59 bakalavr, 133 magistr, 10 doktorluq proqramı təklif edir.

Amsterdam Universitetində dekanlar tərəfindən idarə olunan yeddi fakültə fəaliyyət göstərir. Tədris və tədqiqatlar fakültənin müxtəlif müəssisə və institutlarında aparılır. Hər fakültənin operativ idarə olunması üçün mərkəzi xidmətlər şöbəsi mövcuddur. 

İqtisadiyyat və biznes fakültəsi (FEB) 1922-ci ildə yaradılıb. Fakültə Amsterdam İqtisadiyyat və Amsterdam Biznes məktəblərindən, Biznes tədqiqatları, İqtisadiyyat və maliyyə, Kəmiyyət iqtisadiyyatı departamentlərindən, Amsterdam Biznes, İqtisadiyyat və Ekonometrika, Beynəlxalq İnkişaf, Tinbergen institutlarından ibarətdir.

Stomatologiya fakültəsi (ACTA) 1984-cü ildə Amsterdam Universiteti və Vrije Universitetinin stomatologiya fakültələrinin birləşdirilməsi nəticəsində yaradılıb.  Bu məktəb stomatologiya sahəsi üzrə yüksək səviyyəli təhsil və tədris proqramlarına görə dünyada ön sıralardadır.

Tibb fakültəsində (FdG) tələbələr 6 il təhsil alırlar: 4 il tematik, 2 il isə universitetdə və kənarda təcrübə dövrü. Fakültədə 50-yə yaxın departament (kardiologiya, ginekologiya, ortopediya, pediatriya, psixiatriya, plastik cərRahiyyə, radiologiya, şüa terapiyası, Əczaçılıq...) fəaliyyət göstərir.

Dəqiq elmlər fakültəsi (FNWI) süni intellekt, astronomiya, biologiya, tibbi-biologiya, psixobiologiya, kimya, informasiya tədqiqatları, kompüter, yer, həyat elmləri, riyaziyyat, fizika sahələri üzrə bakalavr və magistr proqramları təklif edir. Fakültə Amsterdam Peşə, Elm, İnformatika, Həyat və Yer Elmləri, Magistratura Elmləri məktəblərindən, "Anton Pannekuk" Astronomiya, İnformatika, Biomüxtəliflik və Ekosistem Dinamikası, Yüksək Enerjilər Fizikası, Amsterdam Nəzəriyyə Fizikası, Korteveq-de Vries Riyaziyyat, Svammerdam Həyat Elmləri, Van der Vaals-Zeeman Eksperimental Fizika, Vant Hoff Molekulyar Elmlər institutlarından və Amsterdam Zoologiya Muzeyindən ibarətdir.

Humanitar elmlər fakültəsi (FGw) 1997-ci ildə dil və mədəniyyət, ilahiyyat, fəlsəfə fakültələrinin birləşdirilməsi nəticəsində yaradılıb. Fakültə Holland Tədqiqatları, Tarix, Arxeologiya və regional tədqiqatlar, Dil və ədəbiyyat, KİV, Fəlsəfə və incəsənət, İlahiyyat və mədəniyyət tədqiqatları departamentlərindən, Humanitar Ali Məktəbindən, Amsterdam Mədəni Analiz məktəbindən, Dil və Kommunikasiya Mərkəzindən, Tarix və Mədəniyyət, Məntiq, Dil və Hesablama institutlarından ibarətdir. Humanitar elmlər fakültəsi hazırda kino və televiziya, mədəni analiz, Avropa kinosu, Kütləvi informasiya vasitələri, Avropa mədəniyyəti tədqiqatları üzrə Niderlandda ən aparıcı fakültədir.

Sosial və əxlaq elmləri fakültəsində (FMG) 10 bakalavr proqramı təklif edən Kommunikasiya, Uşaqların İnkişafı və Təhsili, Psixologiya, Sosial elmlər kollecləri və 20-dən çox magistr, bir neçə doktorluq proqramları təklif edən Kommunikasiya, Uşaqların İnkişafı və Təhsili, Psixologiya, Sosial elmlər ali məktəbləri fəaliyyət göstərir. Həmçinin fakültənin nəzdində elmi tədqiqatların aparılması üçün Amsterdam Sosial Elmlər, Uşaqların İnkişafı və Təhsili, Psixologiya, Miqrasiya və Etnik Tədqiqatlar institutları mövcuddur.

Hüquq fakültəsi (FdR) Niderlandda bu sahə üzrə ən qədim və böyük fakültələrdən biridir. Fakültə 1602-ci ildə tikilmiş qədim binada yerləşir və beynəlxalq, özəl, ekologiya, əmək və informasiya  hüququ sahələri üzrə ixtisaslaşıb. Fakültə nəzdində Hüquqşünaslıq, Özəl hüquq B, Özəl hüquq, Beynəlxalq kütləvi hüquq və Avropa hüququ, Dövlət hüququ departamentləri, Amsterdam Ali Hüquq Məktəbi, Əmək Tədqiqatları, Diplomdansonrakı Təhsil, Beynəlxalq Hüquq, Avropa Hüququ və İdarəetmə, Ətraf Mühit Hüququ, Kriminologiya, İnformasiya Hüququ, Huqo Sinzheimer institutları, Leybniz Hüquq Mərkəzi, Hüquq kitabxanası fəaliyyət göstərir.

Amsterdam Universitetinin kitabxanası əsas və əlavə 70 köməkçi kitabxanadan ibarətdir. Hər fakültənin özünəməxsus kitabxanası fəaliyyət göstərir. Əsas kitabxana Amsterdam şəhərinin mərkəzində yerləşir və burada 4 milyon cild kitab, 70000 əlyazma, 500000 sənəd, 125000 xəritə və s., eləcə də tələbələrin sakit şəraitdə oxumaları üçün 3 oxu zalı var. Rosenthaliana kitabxanasında yəhudi mədəniyyəti və tarixinə aid kolleksiyalar, ivrit dilində yazılar toplanıb. Xüsusi kolleksiyalar kitabxanasında ən qədim nəşrlər, əlyazma, xəritə, atlas, qravyura, şəkillər və s., Artis kitabxanasında zoologiya sahəsinə aid materiallar  saxlanılır. Xüsusi kolleksiyalar kitabxanasının De la Fonten Vervey oxu zalında rahatlıqla kitabxananın materiallarını oxumaq olar. Bu kitabxanalardakı materialları İnternet şəbəkəsi vasitəsi ilə kitabxananın saytına daxil olaraq da əldə etmək mümkündür, kitabların çoxu holland dilindədir.

Amsterdam Universiteti muzeyində universitetin yarandığı andan bu günədək universitetə aid olan bütün əşyalar (professorların materialları, universitet binalarının şəkilləri, plakatlar, medalyonlar, avadanlıqlar, yazılar və s.) saxlanılır. Muzeyin kolleksiyası 50000 əşya, 25000 şəkildən ibarətdir.

Həmçinin universitetdə müxtəlif incəsənət əsərləri saxlanılan İncəsənət, Qədim Misir, Yaxın Şərq, Kipr, yunan, Etrus və Roma imperiyası mədəniyyətlərinə aid artefaktların qorunduğu Allard Pirson, XIX əsrdə yaradılmış və anadangəlmə inkişaf qüsurları nümunələri olan sümüklər, embrionlar saxlanılan Vrolik, eramızdan 3000 əvvələ aid yazı formaları, Misir və Mesopotamiya ieroqlifləri, papirus yazıları, mixi xətli mətnlər, daş lövhələr, yunan, latın mətnləri, runa yazıları, orta əsrlərə və humanizm dövrünə aid əlyazmalar, Efiopiya, Suriya, ərəb, fars, hind, Çin kalliqrafiya nümunələri və s. saxlanılan JA Dortmund, müxtəlif dövrlərdə hazırlanmış elektron hesablama maşınlarının nümayiş olunduğu Kompüter, təkhüceyrəli orqanizmlərdən başlayaraq həşərat, quş, balıq, heyvan və digər canlıların, təkamül nəticəsində növdəyişmə nümunələri və s. qorunduğu zoologiya  muzeyləri vardır. 

Amsterdam Universitetinin prezidenti 2006-cı ildən başlayaraq qədim dinlər üzrə holland alimi, professor Karel van der Toorn, rektoru isə professor Dimph van der Bumdur. Universitetdə 6126 nəfər işçi çalışır, onların 2796 nəfərini akademik, qalan hissəsini isə inzibati heyət təşkil edir. Akademik heyətin 39%-i qadınlardır. Amsterdam Universitetinin tələbələrinin ümumi sayı 30825 nəfərdir.

2010-2011-ci tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Amsterdam Universitetinin iqtisadiyyat və biznes fakültəsinin bakalavr pilləsində IV kursda Böyükağa Ağababa oğlu Ağayev, iqtisadiyyat və maliyyə ixtisası üzrə bakalavr pilləsinin IV kursunda Cavid İlqar oğlu Mustafayev təhsil alır. Həmin proqram çərçivəsində Amsterdam Universitetinə bu il bir azərbaycanlı gənc - Emil Üzeyir oğlu Hacıyev iqtisadiyyat və biznes fakültəsinin magistratura pilləsinə qəbul olunub.

Amsterdam Universiteti tələbə və müəllimlərə  informasiya və mədəniyyət, idman və s. sahələr üzrə geniş imkanlar yaradır. Ali məktəbin ilhamverici beynəlxalq mühiti müəllim və tələbələrə optimal rejimdə öz qabiliyyətlərini inkişaf etdirmələri üçün hərtərəfli şərait yaradır. Yaradıcı və beynəlxalq atmosferə malik universitet şəhər mühiti, sosial aləmlə sıx təmasdadır və şəhərin ayrılmaz bir hissəsidir. Qədim Avropa mədəniyyəti və müasir dünya texnologiyalarını özündə cəmləşdirən Amsterdam Universiteti tələbələrə zəngin təcrübə bəxş etmək, bəşəriyyətə rifah və fayda gətirmək məqsədi ilə səylə çalışır.

Universitetin məşhur məzunları 

  Ronald Plasterk   Niderland Krallığının təhsil, mədəniyyət və elm naziri  
  Guusje ter Horst  Niderland Krallığının daxili işlər naziri  
  Ernst Hirş Ballin  Niderland Krallığının ədliyyə naziri  
  Jet Bussemaker  Səhiyyə, sosial təminat və idman üzrə dövlət katibi  
  Els Borst  Niderland Krallığının sabiq səhiyyə, sosial təminat və idman naziri  
  Frits Bolkesteyn Niderland Krallığının sabiq müdafiə naziri  
  Ed Melkert Niderland Krallığının sabiq ictimai fəaliyyət və məşğulluq naziri  
  Kristian Eykman  tibb üzrə Nobel mükafatı laureatı  
  Piter Zeeman fizika üzrə Nobel mükafatı laureatı  
  Frits Zernike  fizika üzrə Nobel mükafatı laureatı  
  Yohannes Dideris van der Uaals  fizika üzrə Nobel mükafatı laureatı  
  Yakobus Henrikus Vant Hoff  kimya üzrə Nobel mükafatı laureatı  
  Alek Ceffris DNK barmaq izlərinin ixtiraçısı  
  Menno ter Braak  yazıçı  
  Uillem Frederik Hermans yazıçı  
  Simon Vestdijk  yazıçı  

 

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - �41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov