Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Lənkəran təhsili uğurlu inkişaf yollarında

Bookmark and Share

2009-2010-cu tədris ilində ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da təhsil sahəsində  mühüm işlər görülmüş, bir çox diqqətçəkən uğurlar qazanılmışdır. İlk növbədə  təlim-tərbiyə müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Çünki təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər qazanılması tədrisin  maddi bazasından çox asılıdır. Son illər Lənkəranda yeni  məktəblərin tikintisi və əsaslı  təmiri sahəsində uğurlu addımlar atılmışdır. 2003-cü ilədək Lənkəranda birtipli layihə əsasında 24 məktəb binası  tikilmişdirsə, 2003-cü ildən bəri isə 23 məktəb tikilmiş, O.Mirzəyev adına  şəhər qarışıq tipli uşaq evi və şəhər 5 nömrəli orta məktəb müasir standartlar səviyyəsində təmir olunmuş, yeni inventar və avadanlıqlarla, kompüterlərlə təmin edilmişdir.

Bu il V.Əliyev adına şəhər 4 nömrəli orta məktəb dövlət vəsaiti hesabına yüksək səviyyədə  təmir olunmuş və sentyabrın 15-də məktəblilərin istifadəsinə verilmişdir. Eyni zamanda yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun bütün  ümumtəhsil məktəbləri, habelə məktəbəqədər və məktəbdənkənar tərbiyə  müəssisələri  təmir edilmişdir.

Son illər məktəblərin latın  qrafikalı əlifba ilə çap  olunan bədii-elmi ədəbiyyatla, habelə  pulsuz dərsliklərlə təminatı sahəsində də xeyli iş görülmüş, məktəb kitabxanaları Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri  ilə təmin edilmişdir. Yeni dərs ili ərəfəsində 50670 nüsxə dərslik gətirilərək məktəblərə çatdırılmışdır. Həmçinin ehtiyaca görə məktəblərə xeyli bərk və yumşaq inventar, tədris avadanlığı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası nəticəsində rayonun ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı sahəsində zəruri addımlar atılmiş, nəticədə kompüterlərin sayı 847-yə çatdırılmışdır, hazırda hər 29  şagirdə 1 kompüter düşür.

Azərbaycan tarixi, kimya, biologiya və fizika fənləri üzrə elektron dərs vəsaitləri, metodik vəsaitlər, test kitabçaları, tədris sistemləri, onlardan istifadə qaydaları alınaraq məktəblərə paylanmışdır. Görülmüş ən mühüm işlərdən biri də Lənkəran məktəblərinin xəritələşdirilməsi, kadr  resurslarının idarə olunması, elektron sənəd arxivi və şagirdlər haqqında məlumat bazasının yaradılmasıdır.

Hazırda təhsil şöbəsinin rəsmi veb səhifəsinin hazırlanması istiqamətində iş aparılır. Eyni zamanda Təhsil Nazirliyi ilə "Mədəd" Humanitar Təşkilatı İctimai Birliyi arasında bağlanmış müqaviləyə  əsasən Lənkəranda İKT-nin təhsil sisteminə tətbiqi, müəllimlərin kompüter texnologiyalarına yiyələnməsini təmin etmək məqsədilə keçirilmiş treninqlərdə 190 nəfər təhsil işçisi iştirak etmişdir. Rayon müəllimləri arasında aparılan izahat işlərinin nəticəsində "Xalq kompüteri" layihəsi çərçivəsində 225 nəfər müəllim faizsiz və güzəştli kredit hesabına fərdi kompüter almışdır ki, bu da pedaqoji kadrların kompüter texnologiyalarına yiyələnməsinə və tədris prosesində ondan istifadəyə böyük köməkdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü  münasibəti ilə keçirilmiş bilik yarışları məktəblilərin fəallığına və  böyük marağına səbəb olmuşdur. Bu yarışlarda şəhər 10 nömrəli orta məktəbin komandası I, Xanbulan kənd orta məktəbinin komandası II yeri tutmuş, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. 2009-cu ilin sentyabrında Amerika Beynəlxalq  Təhsil Şurasının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi FLEX proqramı  çərçivəsində 2010-2011-ci tədris ilində  ABŞ-ın orta məktəblərində 1 il  müddətinə təhsil almaq məqsədilə Lənkəran şəhərində keçirilmiş müsabiqədə şəhər 4 nömrəli orta məktəbin XI sinif şagirdi Nərmin İsmayılova və şəhər 7 nömrəli orta məktəbin XI sinif şagirdi Elza Əhmədova qalib gələrək ABŞ-da təhsil almaq hüququ qazanmışlar.

Xəzər Universitetinin 2010-cu ilin aprelində Lənkəran şəhərində keçirdiyi olimpiadada şəhər 10 nömrəli orta məktəbin XI sinif şagirdi Əli Babazadə I yeri, Əsəd Qurbanzadə II yeri tutmuşlar. Daha 12 şagird həmin olimpiadanın nəticələrinə görə diplom və hədiyyələrlə təltif olunmuşdur.

Şürük kənd orta məktəbinin şagirdi Rahid Həbibzadə boks üzrə Avropa çempionatında III yeri, Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi Rüstəm İnamzadə 12 yaşlılar arasında ağır atletika üzrə IV açıq zirvə kuboku uğrunda yarışlarda I yeri, Nərimanabad qəsəbə orta məktəbinin şagirdi Fidan Səmədzadə boks üzrə respublika çempionatında I yeri, Liman şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Ramal Yusifli boks üzrə respublika çempionatında I yeri tutmuşlar.

"Çiçəklən doğma Azərbaycan!" mövzusunda rəsm müsabiqəsinin respublika mərhələsində uğurla iştirak etdiklərinə görə şəhər 7 nömrəli orta məktəbin şagirdi Aysel Əhmədova, şəhər 4 nömrəli orta məktəbin şagirdləri Məzahir Hüseynzadə və Aydan Mirzəzadə, şəhər 10 nömrəli orta məktəbin şagirdi Lalə Məmmədzadə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Azərpoçt MMC və Təhsil Nazirliyinin Ümumdünya  Poçt  İttifaqının xətti ilə keçirilən III beynəlxalq epistolyar inşa müsabiqəsində Girdəni kənd orta məktəbinin XI sinif şagirdi Xədicə Ağazadə dördüncü  yeri tutmuş, pul mükafatına və fəxri fərmana layiq görülmüşdür.

"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı(2006-2010-cu illər)"nın müddəalarını rəhbər tutaraq istedadlı  şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək  məqsədilə Təhsil Nazirliyinin əmri ilə respublikanın  ayrı-ayrı bölgələrində, o cümlədən Lənkəran şəhərində 2010-2011-ci tədris ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün şəhər 6 nömrəli orta məktəbdə 1 (bir) V sinfin  açılması təmin edilmişdir.

Ötən tədris ilində də yüksək səviyyədə keçirilmiş olimpiadanın şəhər turunun birinci mərhələsində 1012 şagird   iştirak etmiş, ayrı-ayrı fənlər üzrə 41 nəfər I yeri tutmuş, respublika turunda iştirak etmiş 16 nəfərdən şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi İlhamə Abdullazadə IV yerə layiq görüşmüş və diplomla təltif olunmuşdur.

Məlumdur ki, artıq respublikanın bütün  ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılır. 12 iyun 2010-cu il tarixində IX siniflərdə 8 imtahan mərkəzində buraxılış imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2855 nəfərdən 2733-ü imtahanda iştirak etmiş, onlardan 2415 nəfəri müvəffəq qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi 88,68 olmuşdur. 11 iyun 2010-cu il tarixində XI siniflərdə 8 imtahan  mərkəzində buraxılış imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2275 nəfərdən 2150 nəfəri imtahanda iştirak etmiş, onlardan 1600-ü müvəffəq qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi 74,4 olmuşdur. Bu da keçən illə müqayisədə 5 faiz çoxdur.

Keçən tədris ilində məktəblərimizi bitirən 1600 məzundan 984 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmişdir. Onlardan 331 nəfəri, əvvəlki illərin məzunları ilə  birlikdə 361  nəfəri tələbə adına layiq görülmüşdür. Ali məktəblərə qəbul  olunanlardan 15 nəfəri 600-dən yuxarı (keçən ildəkindən 4 nəfər çox), 45 nəfəri 500-dən yuxarı bal  toplamışdır (keçən ildəkindən 2 nəfər çox).

Şəhər 2 nömrəli orta məktəbin məzunu Əzizağa Mikayılzadə 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, Türk liseyinin məzunu Urfan Cabbarlı 685 balla Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə, şəhər 10 nömrəli orta məktəbin məzunu Əli Babazadə 680 balla Dövlət İdarəçilik Akademiyasının menecment fakültəsinə, şəhər 4 nömrəli orta məktəbin  məzunu Çinarə Rəsulzadə 657 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, şəhər 3 nömrəli orta məktəbin məzunu İlhamə Abdullazadə 645 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, Türk liseyinin məzunu Rəşadət İsmayılzadə 645 balla Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə və s. daxil olmuşlar.

Ümumi orta təhsilin həyata keçirilməsində məktəbdənkənar tərbiyə müəssisələrinin rolu da danılmazdır. Hazırda təhsil şöbəsinin tabeliyində 6 məktəbdənkənar tərbiyə müəssisəsi  fəaliyyət göstərir. Bu müəssisələrdə  354 qrupda 4772 nəfər şagird məşğul olur. Ötən tədris ilində məktəbdənkənar tərbiyə müəssisələrinin uğurları da xeyli artmışdır. Şahmat məktəbinin yetirməsi Cavidan Babazadə şahmat üzrə Yunanıstanda keçirilən Avropa çempionatında III yeri, iyun ayında Bolqarıstanın Varna şəhərində  keçirilən I açıq çempionatda II yeri, şahmat  məktəbinin yetirməsi Murad Rzayev  respublika çempionatında III yeri, cari ilin fevral ayında keçirilmiş yunan - Roma güləşi üzrə respublika birinciliyində şəhər UGİM-in yetirməsi Şadman Hüseynzadə  II yeri, aprel ayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş məktəblilərin respublika turnirində UGİM-in komandası futbol üzrə I yeri, UGİM-in yetirməsi Mehti Məhərrəmzadə II Respublika birinciliyində  yunan - Roma güləşi üzrə II yeri, "Sevinc" kuboku üzrə respublika birinciliyində şəhər  UGİM-in komandası III yeri, avqust ayında Gürcüstanda keçirilmiş futbol üzrə  beynəlxalq turnirdə IV yeri tutmuşdur. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə "Bizim hüquqlarımız" mövzusunda Bakı şəhərində keçirilən rəsm müsabiqəsində Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri Bilal Qənbərli I, Qüdrət Qənbərli II, Rövşən Səfərli III yeri tutmuşlar.

Lənkəranın pedaqoji ictimaiyyəti bundan sonra da gənc nəslin təlim - tərbiyəsi işini yüksək səviyyədə qurmaq, təhsil sahəsində islahatları uğurla həyata keçirmək, təhsil nailiyyətlərini  daha da artırmaq üçün fədakarlıqla çalışır.

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov