Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən

Bookmark and Share

Müstəqil bir ölkə kimi özünün inkişaf istiqamətlərini qloballaşan dünyanın qəbul etdiyi prinsiplər üzərində quran Azərbaycanda təhsilimizin həm məzmun, həm də formaca dəyişməsi uğurla həyata keçirilir. Zamanın tələbini nəzərə alaraq dərslərimdə təlimin inkişafetdirici üsullarından, müasir texnologiyalardan, interaktiv metoddan istifadə etməyə çalışıram. Bu sahədə gördüyüm işdən S.S.Axundovun "Qaraca qız" hekayəsinin təhlili əsasında bəhs etmək, fikir mübadiləsi etmək istərdim.

Mövzunun tədrisinə hazırlaşarkən, ilk növbədə, dərsin məqsədini müəyyənləşdirirəm: şagirdlərdə məntiqi mühakimə yürütmək, təhlil etmə, əqli nəticə çıxarma bacarıqları və ümumiləşdirmə vərdişlərini formalaşdırmaq; məktəblilərdə dosta sədaqət, iradəlilik, insanpərvərlik hisslərini inkişaf etdirmək; şagirdlərin obrazlı və tənqidi təfəkkürünü inkişaf etdirmək.

Müəyyənləşdirdiyim məqsədə nail olmaq üçün karusel, Venn dairələri, rollu oyunlar, söz assosiasiyaları, diskussiya kimi üsulları seçir, işçi kağızları, kartoçkalar, sənətkarın şəkli, əsərdən şəkillər (bədii filmdən), proyektor hazırlayıram.

Dərsi diskussiya ilə başlayır, sinfə - "S.S.Axundov kimdir" - sualı ilə müraciət edirəm.

- Süleyman Sani Axundov Azərbaycanın görkəmli yazıçısıdır. O, Qori Seminariyasını bitirmiş, Bakıda məktəb direktoru işləmişdir. Məktəb və qiraətxanaların açılmasında fəal iştirak etmişdir. Axundov gözəl əsərlər yazmışdır.

- Biz sənətkarın hansı hekayəsini öyrəndik?

- "Qaraca qız" hekayəsini.

- "Qaraca qız" əsərində nədən danışılır?

- Bu hekayədə bütün insanlara məhəbbətlə yanaşan bir qızın dostu uğrunda fədakar ölümü təsvir edilib.

- Əsərdə hansı obrazlar var?

- Hekayədə Qaraca qız, Ağca xanım, Yasəmən, Yusif, Hüseynqulu ağa, Rəhim bəy, Pəricahan xanım, Piri baba kimi surətlər var.

- Surətləri neçə yerə bölə bilərsiniz? Niyə?

- Surətləri müsbət və mənfi olaraq 2 qismə bölərik. Qaraca qız, Ağca xanım, Yasəmən, Piri baba müsbət surətlərdir. Onlar sadəqəlbli, xeyirxah, əməksevərdirlər. Pəricahan xanım, Hüseynqulu ağa, Yusif kimi surətləri mənfi hesab edirik.

Bu obrazlar kobud, özlərindən razı, xəbis və lovğadırlar.

Obrazların təhlilində karusel üsulundan istifadə edirəm. Şagirdlər 5 qrupa bölünür. Hər qrupa bir işçi kağızı təqdim edilir. İşçi kağızında obrazın adı yazılır. Kağız iki yerə bölünür. Şagirdlər birinci tərəfə müsbət keyfiyyətləri, digər tərəfə mənfi cəhətləri qeyd edirlər. Birinci qrup bir cəhəti qeyd edir, işçi vərəqini digər qrupa ötürür. Nəticələr lövhəyə vurulur. Məlumatlar oxunduqca qruplara imkan yaradılır ki, bir-birinin fikrinə etiraz və ya əlavə etsinlər.

Şagirdlərin obrazlara münasibətini tam açmaq üçün "Kimdir günahkar" adlı kiçik bir məhkəmə təşkil olunur.

Lövhəyə beş şagird çağırıram. Birinci şagird Ağca xanım, II şagird Pəricahan xanım, III şagird Hüseynqulu ağa, IV şagird Piri baba, V şagird Yusif, qalan şagirdlər isə ittihamçı rolunda çıxış edir, onları Qaraca qızın ölümündə ittiham edirlər. Mühakimə olunanlar özlərini müdafiə etməyə çalışırlar. Təşkil olunan bu məhkəmə şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirir, özünü müdafiə etmə bacarığını formalaşdırır, "məhkəmə" yekunlaşdırılır.

"Əsərdəki uşaqların hansı hüquqları pozulur" - sualı ilə sinfə müraciət edirəm, müzakirə başlanır. Şagirdlər uşaqların istirahət, ailədə yaşamaq, tibbi yardım almaq, azad söz demək və s. hüquqlarının pozulduğunu müəyyən edirlər.

Sonra 3 nəfər yazı taxtasında işləyir. Birinci şagird məntiqi ardıcıllıqlar üzərində iş aparır.

İkinci şagird Venn dairələri üzərində iş aparır. Venn dairələrində öz dostu ilə Qaraca qızı müqayisə edir.

Üçüncü şagird ağ və qara sözləri ilə assosiasiyalar yaradır: ağ günlər, ağ yalan, ağ qızıl, qara bəxt, qara günlər, qara fikirlər, qara niyyət və s.

Lövhədə iş gedən zaman yerdəki şagirdlərdən istedadlı olanlar Qaraca qız və Ağca xanımın şəklini çəkirlər. Digər şagirdlər "Əsər mənə nəyi öyrətdi" adlı kiçik inşa yazırlar.

Lövhədəki iş yoxlanılır və qiymətləndirmə aparılır. Şagirdlərin şəkilləri nümayiş etdirilir. Sənətkarın təsviri ilə şəkillər müqayisə edilir. Proyektor vasitəsilə portretlər nümayiş olunur.

İnşalar oxunur, əsərin tərbiyəvi əhəmiyyəti araşdırılır. 

Nazlı İSMAYILOVA,
Qax şəhər N.Allahverdiyev adına
2 nömrəli orta məktəb-liseyin müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov