Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

17 Dekabr 2010 - � 49

 

Monitorinq və qiymətləndirmə

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə

Bookmark and Share

Coğrafiya fənnini səciyyələndirən xüsusiyyət gələcək nəslə dünyanı dərk etməyi, təbii resurslardan səmərəli istifadə etməyi öyrətmək və ətraf mühiti qorumaq istiqamətində elmi araşdırmaların aparılmasına kömək etmək, əsas məqsədi isə təbiət və cəmiyyət haqqında bilik vermək, ətraf mühitin inkişaf qanunauyğunluqlarını dərk etməyi şagirdlərə öyrətməkdir.

Şagirdlərin aldıqları coğrafi biliklər əsasında dünyagörüşlərini formalaşdırmaq, yaradıcı təfəkkürlərini inkişaf etdirmək, yeni biliklərə müstəqil yiyələnmələrinə nail olmaq coğrafiyanın vəzifələrinə daxildir. Məktəb coğrafiyasının ən başlıca vəzifələrindən biri də  şagirdlərə vətənimizin təbiəti, əhalisi və təsərrüfatı haqqında biliklər verməkdir ki, onlar gələcəkdə bu bilikləri həyatda tətbiq edə bilsinlər. Coğrafiya elmi sistemli yanaşmanı sevdiyi üçün, coğrafiya fənni də sistemli tədrisi sevir. Şagirdlərin sistemli biliklərə yiyələnməsində yardımçı olur. Müasir coğrafiya fizika, riyaziyyat, kimya, biologiya, tarix və digər  elmlərlə əlaqəli surətdə inkişaf edir. Məktəb təcrübəsi göstərir ki, müasir dövrdə coğrafiya fənninin tədrisində ənənəvi təlim metodları kifayət qədər obyektiv ola bilmir. Məqsədə çatmaq üçün bu gün şagirdlərin fərdi imkan və tələblərini nəzərə ala bilən yeni təlim üsullarının işlənməsi tələb olunur.  

Azərbaycanda dünyəvi təhsilə başlanandan coğrafiya fənni öyrənilməsi məcburi hesab edilən fənlər arasındadır. Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarının təhlili bir daha göstərir ki, şagirdlərin bu fənnə meyil və marağı yüksəkdir.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə istifadə olunan test  tapşırıqlarının  təhlili aşağıdakı nəticələri göstərdi: 

1. XV əsrdə kəşf olunmuşdur:

A) Şimal buzlu okeanı

B) Afrika

C) Antarktida

D) Hindistana dəniz yolu

E) Avstraliya

Bu test tapşırığı ümumi fiziki coğrafiya kursunun sadə və maraqlı mövzusu - "Coğrafi biliklərin inkişafı"na aiddir. Məzunlarımız Böyük Coğrafi Kəşflərin XV əsrin sonunda Xristofor Kolumbun Amerikanı və Vasko da Qamanın Hindistana dəniz yolunun kəşf edilməsi ilə başlandığını bilirlər. Təqdim olunan variantlarda Amerikanın kəşfi yoxdur. Deməli, düzgün cavab D variantı, yəni Hindistana dəniz yolunun kəşfidir. Çətinlik  dərəcəsinə görə sadə olan bu faktoloji test tapşırığına məzunların yarıdan çoxu düzgün cavab vermişdir.

Düz-67,92%, səhv-25,75%, imtina-6,33% 

2. Dağların mütləq maksimum hündürlüyünə görə artdığı sıranı müəyyən edin:

A) Himalay, Alp, And                  

B) Qafqaz, And, Himalay                  

C) And, Alp, Qafqaz

D) Altay, Ural, Qafqaz                 

E) Qafqaz, Ural, Kordilyer

Bu test tapşırığı  "Materiklər coğrafiyası" kursuna aiddir. Deklorativ bilik tələb edir və  sadə-orta çətinlik dərəcəsinə malik test hesab olunur. Bu test tapşırığına cavab vermək üçün məzunlar dağların mütləq hündürlüklərini bilməli və onları mütləq hündürlüyünün artmasına görə sıralamalıdırlar. Bu nöqteyi-nəzərdən testi orta səviyyəli test kimi dəyərləndirmək olar. Lakin düzgün variantda məşhur dağların verilməsi və xüsusilə sonuncu yerdə dünyanın ən hündür dağ silsiləsi Himalayın adının yazılması bu tapşırığı xeyli sadələşdirmişdir. Düzgün cavab: B) Qafqaz, And, Himalay                 

Düz-64,17%, səhv-29,38%, imtina-3,45% 

3. Böyük Qafqaz tektonik qalxma zonasına daxil deyil:

A) Abşeron-Qobustan    

B) Qusar maili düzənliyi       

C) Yan silsilə               

D) Baş Qafqaz sıra dağları    

E) Dağlıq Şirvan

Prosedural biliyə əsaslanan bu test tapşırığı  "Azərbaycanın fiziki coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə  orta səviyyəlidir. Lakin məzunlarımız bu tapşırığa cavab verməkdə çətinlik çəkmişlər. Buna səbəb şagirdlərin tektonik zonaların sərhədlərini kifayət qədər dəqiq bilməmələridir. Tektonik zonalar haqqında məlumatı olan şagirdlər yaxşı bilirlər ki, Böyük Qafqazın şimal-şərqində yerləşən Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı Böyük Qafqaz dağları ilə Xəzər dənizi arasında Ön Qafqaz tektonik çökmə zonasında yerləşir və onlar Böyük Qafqaz tektonik qalxma zonasına daxil deyil. Düzgün cavab: B) Qusar maili düzənliyi       

Düz-39,15%, səhv-53,47%, imtina-7,38% 

4. Böyük Qafqazın şimal-şərq yamacının çayları:

A) Vəlvələçay, Gilgilçay                                

B) Qudyalçay, Katexçay

C) Qusarçay, Oxçuçay                                     

D) Ataçay, Astaraçay

E) Samur, Tərtərçay

Bu test tapşırığı da  "Azərbaycanın fiziki coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə orta səviyyəlidir. Bu testə cavab vermək üçün şagirdlər Azərbaycanın çayları haqqında faktoloji və xəritə biliklərinə malik olmalıdırlar. Şagirdlərin yarıdan çoxunun bu sualı düzgün cavablandırması onların respublikamızın ərazisindəki çayların yerləşmə xüsusiyyətlərinə  görə 4 qrupa ayrıldığını yaxşı bildiklərindən irəli gəlir. Düzgün cavab: A) Vəlvələçay, Gilgilçay                                

Düz-54,89%, səhv-39,34%, imtina-5,77% 

5. Azərbaycanda ən böyük  dağ-mədən sənayesi  müəssisələri  yerləşir:

A) Şamaxıda                       

B) Yardımlıda                                     

C) Daşkəsəndə

D) Qubada          

E) Şirvanda

Bu test tapşırığı  "Azərbaycanın iqtisadi və sosial coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə sadədir. Bu sadə testə şagirdlərin böyük əksəriyyəti düzgün cavab vermişdir ki, bu da təsadüfi deyil. Çünki Qafqazda mənimsənilən ən iri filiz yataqlarının daha çox olduğu yerin Kiçik Qafqaz olduğunu bilirlər. Ona görə də filiz faydalı qazıntıların da ən çox çıxarıldığı rayonun Daşkəsən olduğunu müəyyən etmək çətin olmamışdır. Düzgün cavab: C) Daşkəsəndə

Düz-82,36%, səhv-13,71%, imtina-3,93% 

6. "Yalançı urbanizasiya"nın sürətlə inkişaf etdiyi ölkələr:

1.ABŞ    2. Kanada            3.Almaniya    4.Braziliya             5. Hindistan   6.Argentina

A) 1, 2, 3               B) 2, 4, 6               C) 1, 3, 5     D) 4, 5, 6               E) 3, 4, 5

Bu test tapşırığı "Dünyanın iqtisadi və sosial coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə  orta səviyyəlidir. Əgər bir neçə il bundan əvvəl bu tipli tapşırıqlar çətin test kimi qəbul olunurdusa, son vaxtlar şagirdlər belə tapşırıqları orta-sadə kimi qəbul edirlər. Bu onu göstərir ki, şagirdlər dünya ölkələrində urbanizasiyanın inkişaf səviyyəsini düzgün qiymətləndirə bilirlər.

Düzgün cavab: D) 4, 5, 6

Düz-54,89%, səhv-37,86%, imtina-7,25% 

7. Xəritə-sxemə əsasən daş kömür istehsalçılarını müəyyən edin:    

A) 1,2,3      

B) 2,3,6    

C) 1,3,5     

D) 2,4,6     

E) 4,5,6

Bu test tapşırığı da "Dünyanın iqtisadi və sosial coğrafiyası" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə çətindir. Çünki bu testə cavab vermək üçün şagirdlərdən dünya təsərrüfatının coğrafiyasını, dünya sənayesini, yanacaq-energetika sənayesini və kömürün ən çox hasil edildiyi ölkələri düzgün bilmələri tələb olunur. Bu tapşırığı yerinə yetirmək üçün həm də dünyanın kömür sənayesi və bu sahədə əsas istehsalçı ölkələri tanımaq, həmçinin yüksək xəritə biliklərinə malik olmaları lazım gəlir. Bu səbəbdən də bu tapşırığa şagirdlərin yarıdan az hissəsi düzgün cavab vermişdir.

Düzgün cavab: E) 4-Çin, 5-ABŞ, 6-Rusiya

Düz-33,93%, səhv-48,8%, imtina-17,27% 

8. Bakıda yerli vaxt 16:00, A məntəqəsində isə 21:00-dır. A məntəqəsinin yerləşdiyi coğrafi uzunluğu təyin edin.

A) 1250 ş.u.     B) 750 ş.u.      C) 750 q.u.        D) 250 q.u.      E) 500 q.u. 

Bu test tapşırığı "Ümumi fiziki coğrafiya" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə çətindir. Ümumiyyətlə, saat qurşaqlarına aid məsələlər həmişə həm şagirdlər, həm də abituriyentlər tərəfindən çətin testlər kimi qəbul olunmuşdur. Əgər əvvəllər bu testlərə şagirdlərin çox cüzi hissəsi cavab verirdisə, hazırda bu göstərici xeyli artmışdır. Bunu sevindirici hal kimi qəbul etmək olar. Deməli, şagirdlər artıq bu testlərin həllində o qədər də çətinlik çəkmirlər, bu isə onlarda coğrafiya elminə həvəsin artdığını, eyni zamanda orta məktəblərdə bu fənnin tədrisində irəliləyişlərin olmasının təzahürüdür.

Düzgün cavab: A) 1250ş.u.             

Düz-34,97%, səhv-43,15%, imtina-21,88% 

9. Süxurlar əmələgəlmə xüsusiyyətinə görə  hansı qruplara ayrılır?

A) maqmatik, dərinlik, qranit

B) qranit, bazalt, mantiya

C) bazalt, maqmatik, çökmə

D) maqmatik, çökmə, metamorfik

E) çökmə, üzvi, qranit

Bu test tapşırığı "Ümumi fiziki coğrafiya" kursuna aiddir. Mürəkkəblik dərəcəsinə görə sadədir. Verilən tapşırıq sadə faktoloji biliklərə əsaslanır. Bu testə cavab vermək üçün süxurların sadəcə hansı qruplara bölündüyünü bilmək kifayətdir. Təsadüfi deyil ki, bu suala şagirdlərin yarıdan çox hissəsi düzgün cavab vermişdir.

Düzgün cavab: D) maqmatik, çökmə, metamorfik

Düz-73,14%, səhv-21,14%, imtina-5,72% 

10. Aral gölü hansı ölkələrin ərazisində yerləşir?

A) Tacikistan, Türkmənistan

B) Türkmənistan, Qırğızıstan

C) Qazaxıstan, Qırğızıstan

D) Özbəkistan, Türkmənistan

E) Qazaxıstan, Özbəkistan

Bu test tapşırığı "Türk dünyası coğrafiyası"na aiddir. Mürəkkəblik dərəcəsinə görə  orta səviyyəlidir. Bu tapşırığı yerinə yetirmək üçün məzunlardan türk dünyası ölkələrinin coğrafi mövqeyini bilmək, eyni zamanda dəqiq xəritə biliyi tələb olunur. Təəssüflə qeyd etmək lazımdır ki, məzunlarımızın müəyyən qismində xəritə bilikləri hələ də aşağı səviyyədədir. Bu səbəbdən bu testi şagirdlərin yarıdan az hissəsi düzgün cavablandırmışdır.

Düzgün cavab:  E) Qazaxıstan, Özbəkistan

Düz-39,95%, səhv-51,01%, imtina-9,04% 

Test tapşırıqları tərtib edilərkən əsas məqsəd nəzərdə tutulmuş meyarlar üzrə şagirdlərdə məntiqi, praktik, bacarıq və hesablamalar aparmaq, nəzəri biliklərin qruplaşdırılması, səbəb və nəticə əlaqələrinə yönəlmiş bilikləri yoxlamaq olmuşdur. Təqdim olunan test tapşırıqları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud dərslik və tədris proqramları əsasında hazırlanmış və tələb olunan vaxt müddətinə uyğun tərtib olunmuşdur. 

2010-2011-ci dərs ilində yoxlama və buraxılış imtahanlarında coğrafiya fənni üzrə istifadə olunacaq
 test  tapşırıqlarından nümunələr:

 

1. A məntəqəsi dağın zirvəsi, B məntəqəsi dağın yamacıdır. A məntəqəsi dəniz səviyyəsindən 472m yüksəklikdə yerləşir. A və B məntəqələri arasında 42 mm təzyiq fərqi olarsa, B məntəqəsinin hansı hündürlükdə yerləşdiyini müəyyən edin.

A) 514 m               B) 430 m               C) 7 m  D) 32 m                 E) 892 m 

Həlli:

A və B məntəqələri arasında atmosfer təzyiqi fərqinin 42 mm olduğunu nəzərə alıb müəyyən etmək olar ki, onların arasında 420 m nisbi hündürlük fərqi var. A məntəqəsi B məntəqəsindən yüksəkdə yerləşdiyindən B məntəqəsində təzyiq A məntəqəsinə nəzərən daha çoxdur. Yuxarıya doğru qalxdıqca hər 10 m-də atmosfer təzyiqi 1mm civə sütunu aşağı düşür. Ətəklə zirvə arasındakı hündürlük fərqini tapmaq üçün aşağıdakı şəkildə tənasüb quraq:

1 mm - 10 m

42 mm - x m

42 * 10 = 420m                  

472 m + 420 m = 892 m          

Düzgün cavab: E) 892 m 

2. Məkkə şəhərində (220 şm.e, 400 ş.u) saat 12:51 olarsa, Bakıda (400şm.e, 500 ş.u) yerli vaxtla saat neçədir?

A) 13:31                B)12:59       C)13:01           D)12:41                 E)12:11 

Həlli:

Məkkə şəhəri Bakıdan 100 qərbdədir. (100 ərzində yer öz oxu ətrafında 40 dəqiqə dönür). Yer öz oxu ətrafında 100 fırlanmaq üçün 40 dəqiqə vaxt sərf edir. Məkkə şəhəri Bakıdan qərbdə, Bakı isə şərqdə olduğuna görə Bakıda saat 13:31 olar. Məkkə ilə Bakı arasındakı dərəcə fərqini tapaq:

500-400=100  sonra isə dərəcə fərqini zamana çevirək.

100 * 4 dəq = 40 dəqiqə   daha sonra Bakının Məkkədən şərqdə olduğunu nəzərə alaraq

12:51 + 0:40 = 13:31             

Düzgün cavab: A) 13:31 

3. Verilmiş xəritə-sxemə əsasən Avropanın inkişaf etmiş ölkələrini müəyyən edin:

A) 2, 3,4 B) 4,5,6         C) 1,2,6       D) 1,2,4                    E) 2,5,6 

Həlli:

Şagirdlər xəritə-sxemlə bağlı olan suallara cavab verərkən adətən çətinlik çəkirlər. Çünki burada şagirdlərdən həm nəzəri, həm də praktik biliklər tələb olunur. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər dünya dövlətlərinin sosial-iqtisadi inkişaf səviyyəsinə görə yüksək inkişaf etmiş ölkələr qrupunu və bu ölkələrin sayca daha çoxunun Qərbi Avropada yerləşməsini bilməlidirlər. Xəritə-sxemdə Avropa regionu göstərilmişdir. Burada şagirdlərdən həm də Qərbi və Şərqi Avropa ölkələrini ayırmaq bacarığı tələb olunur. Hər bir nəzəri və praktiki bacarığı olan şagird bu testin düzgün cavabının yalnız Qərbi Avropa ölkələrinin olduğunu müəyyən etmiş olacaqdır.

Düzgün cavab: C) 1, 2, 6        

4. Xəritə-sxemə əsasən meşələrin geniş yayıldığı əraziləri müəyyənləşdirin: 

A) 2, 3, 7                  B) 4, 5, 8          C) 1, 7, 6         D) 1, 2, 8           E) 2, 4, 6

Həlli:

Məlumdur ki, respublika ərazisinin 11%-ni tutan meşələrimizin böyük əhəmiyyəti vardır. Azərbaycan meşələri sahəcə az olsa da, növcə zəngindir. Onlar ərazimizin bütün bitki növünün 11%-ni təşkil edir. Meşələrin 90%-dən çoxu dağlıq ərazilərdə, 10%-i isə düzənliklərdə yayılmışdır. Bu tapşırıqda yalnız dağlıq ərazilərdə yerləşən böyük meşə massivlərinin yerini müəyyənləşdirmək tələb olunur. Cavablarda eyni zamanda arid (quraq) ərazilər də göstərilmişdir. Hər bir diqqətli şagird, verilmiş xəritə-sxemdə meşələrin yayıldığı ərazilərin Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında geniş yayıldığını müəyyən edə bilər.

Düzgün cavab:  E) 2,4,6  

5.  Xəzər dənizinin sahilində yerləşən düzənliklər:

A) Mil, Salyan, Muğan, cənub-şərqi Şirvan

B) Şirvan, Lənkəran, Mil, Yaşma

C) Samur-Dəvəçi, Şirvan, Salyan, Muğan

D) Yaşma, Salyan, Samur-Dəvəçi, cənub-şərqi Şirvan

E) Samur-Dəvəçi, Lənkəran, Mil, Salyan                                    

Həlli

Bu test tapşırığı 8-ci sinfin "Azərbaycanın fiziki coğrafiyası" kursuna aiddir. Bu tapşırığa düzgün cavab vermək üçün "Azərbaycanın relyefi" mövzusunu bilmək lazımdır. Dərslikdə mövzu kifayət qədər geniş yazılmasına baxmayaraq, şagirdlər bu tip test tapşırıqlarını yerinə yetirərkən yenə də çətinlik çəkirlər. Bu da şagirdlərimizin xəritələrdən az istifadə etmələri və diqqətsizliyindən irəli gəlir. Bu tapşırığı yerinə yetirmək üçün diqqətlə nəzər yetirsək görərik ki, A variantında Mil və Muğan düzləri, B variantında Şirvan və Mil, C variantında Şirvan və Muğan, E variantında  isə Mil düzü Xəzərin sahilində yerləşmir. Testi həll etmək üçün Azərbaycanın relyefinə, əsasən də düzənliklərinə və xəritə biliyinə əsaslanmaq lazımdır.

Düzgün cavab:  D) Yaşma, Salyan, Samur-Dəvəçi, cənub-şərqi Şirvan 

 6. Kəsmə yüksəkliyin 30 m olduğunu nəzərə alaraq, B nöqtəsinin mütləq hündürlüyünü   təyin edin:

A) 182 m               B) 156 m               C) 120 m              D) 180 m              E) 150 m

Həlli:

Verilən test tapşırığı əməli təklif xarakteri daşıyır və hesablama tələb edir. Bu tipli suallar çətinlik dərəcəsinə görə orta-çətin testlər kateqoriyasına daxildir. Çünki verilən tapşırığı yerinə yetirmək üçün şagird mütləq və nisbi hündürlük, kəsmə yüksəklik və berqştrix anlayışlarına dair biliyə malik olmalıdır. Məsələnin həlli aşağıdakı qaydada aparılmalıdır:

Berqştrixlərin istiqaməti kənara yönəldiyi üçün şagird əvvəlcə təklif olunan sxemdə yüksək ərazinin və ya təpənin təsvir olunduğunu müəyyən edir. Sonra zirvəyə (196 m) ən yaxın horizontalın yüksəkliyini tapır. Bunun üçün zirvənin hündürlüyü kəsmə yüksəkliyə bölünür.

196 : 30 = 6 (qalıq 16)

Sonra alınan qalıq, zirvənin yüksəkliyindən çıxılır.

196 - 16 =180 m

Deməli, zirvəyə yaxın horizontalın hündürlüyü  180 m-dir. 180 m-dən 2 kəsmə yüksəklik, yəni 60 m aşağı enərək B nöqtəsinin mütləq hündürlüyünü tapır. Yəni  180-60=120 m

Deməli, B məntəqəsinin mütləq hündürlüyü 120 m-dir.

Düzgün cavab: C) 120 m  

7. 00 meridianı üzərində yerləşən A və B məntəqələri arasında 3330 km məsafə vardır. Onlar arasında vaxt fərqini hesablayın.

A) 30 dəqiqə              

B) 3 saat                 

C) 2 saat 30 dəqiqə 

D) 1 saat 40 dəqiqə     

E) vaxt fərqi yoxdur  

Həlli:

Hesablama xarakterli çətin-orta səviyyəli test tapşırığıdır. A və B məntəqələri arasında məsafəni təyin etmək üçün şagird, ilk növbədə, onların harada yerləşməsinə diqqət etməlidir. Bunun üçün onun dərəcə toru, meridian və paralellərin yerləşməsinə, onların 10-lik qövslərinin uzunluğu, bundan başqa, yerdə vaxtın dəyişməsi, saat qurşaqlarına aid kifayət qədər biliyi olmalıdır. Verilən testdə A və B məntəqələri 00-lik meridianın üzərində yerləşdiyinə görə, onlar arasında 3330 km məsafə olmasına baxmayaraq vaxt fərqləri yoxdur. Çünki eyni meridian üzərində yerləşən bütün məntəqələrin yerli vaxtı eynidir.

 Düzgün cavab: E) vaxt fərqi yoxdur

 

8. Asiya qitəsində yerləşən dağlar:

1.Pamir       2.Altay      3.Alp     4.Balkan     5.Zaqros     6.And

A) 2, 5, 6       B) 2, 3, 4       C) 1, 3, 4                D) 2, 4, 6       E) 1, 2, 5  

Həlli:

Verilən test tapşırığı orta çətinliyə malik faktoloji testlər kateqoriyasına daxildir. Bu suala cavab vermək üçün şagird materik və qitələrin relyefi haqqında, relyef formalarının harada yerləşməsinə dair xəritə biliklərinə malik olmalıdır. Tapşırıqda təklif olunan dağların üçü Asiyada (Pamir, Altay, Zaqros), ikisi Avropada (Balkan, Alp), biri isə Amerikada (And) yerləşir. Şagird bu variantları seçməkdə diqqətli olmalıdır. Belə ki,

Düzgün cavab: E) 1, 2, 5                                      

9. Azərbaycanda buludluluğun daha çox olduğu ərazilər:

A) Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın  alçaq dağlıq əraziləri     

B) Abşeron, Kür-Araz ovalığı

C) Talış dağları, Mil-Muğan düzənlikləri

D) Talış dağları, Arazboyu düzənliklər

E) Mil-Muğan düzənlikləri, Kiçik Qafqazın yüksək dağlığı                                         

Həlli:

Verilən test tapşırığı ümumiləşdirici faktoloji xarakterli orta-sadə çətinliyə aid olan sualdır. Buludluluğun əsasən dağətəyi zonada çox olduğunu və bu səbəbdən də Günəş radiasiyasının az olduğunu bilən şagirdlər bu suala qənaətbəxş cavab verə bilərlər. Belə ki, düzgün cavab A variantıdır. Yalnız bu variantda dağətəyi ərazilər həmçinin yağıntıların daha çox olduğu Lənkəran ovalığı verilmişdir. Digər distraktorlarda dağətəyi ərazilərlə yanaşı, quraq iqlimə malik düzən ərazilər də verilmişdir. Bu isə testin çətinlik səviyyəsini aşağı salaraq onu xeyli asanlaşdırır. Deməli, düzgün cavab: A) Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın  alçaq dağlıq əraziləri

10. Aşağıdakı əlamətlərin hansı iqtisadi rayona aid olduğunu  müəyyən edin:

1. Xəzər dənizinə çıxışı var.

2. Əhalinin milli tərkibi müxtəlifdir.

3. Faraş tərəvəzçilik  üzrə ixtisaslaşmışdır.

A) Gəncə-Qazax           

B) Abşeron

C) Aran                        

D) Quba-Xaçmaz                   

E) Lənkəran-Astara                                                           

Həlli:

Ümumiləşdirici xarakterə malik orta çətinliyə aid test tapşırığıdır. Bu testi düzgün cavablandırmaq üçün Azərbaycanın iqtisadi-coğrafi rayonlarının mövqeyi, əhalisi və ixtisaslaşmış təsərrüfat sahələrini bilmək tələb olunur. Verilən əlamətlərin üçünün də aid olduğu rayon D variantında göstərilən Lənkəran-Astara rayonudur. Lakin digər distraktorlarda verilən 3 iqtisadi rayon da demək olar ki bu əlamətlərdən ikisinə malikdir. Bu isə testin çətinlik dərəcəsini xeyli artırır. Şagirdlərin orta səviyyəli biliklərinin yoxlanmasına xidmət edən və özünü doğruldan test tapşırığı kimi dəyərləndirilə bilər.

Düzgün cavab: E) 1, 2, 5

Buraxılış imtahanları üçün test tapşırıqlarının hazırlanması, test tərtibi metodikasının təkmilləşdirilməsi həmişə diqqət mərkəzindədir, bu sahədə işlər ilbəil genişləndirilir, təkmilləşdirilir, yeni-yeni üsullar hazırlanıb tətbiq edilir. Belə yeniliklərdən biri də növbəti 2010-2011-ci dərs ilindən mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarında coğrafiya fənnindən tapşırıqların sayının 12 olmasıdır, bu da şagird nailiyyətlərinin qiymətləndirilməsində, onların  bilik və bacarıqlarının daha da obyektiv müəyyənləşdirilməsinə geniş imkanlar yaradacaqdır. 

Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
17 Dekabr 2010 - � 49
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
 Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilib
 
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
 
"Bakı və regionlarda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
 
Müsabiqə qaliblərinə mükafatlar təqdim edildi
 
Mədəniyyət və incəsənət ixtisasları ilə bağlı təkliflər müzakirə olunub
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsi keçiriləcək
 
NDU-da  Heydər Əliyev Universitetinin növbəti məşğələsi
 
Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilib
 
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilib
 
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyi qeyd edilib
 
Bir qrup tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatları verildi
 
Səfir tələbələrin yapon dilini öyrənmələrindən razı qalıb
 
Milli TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
 
Heydər Əliyevin təhsil strategiyası: Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü
 
Görkəmli alim və yazıçı barədə zəngin biblioqrafik mənbə
 
"Açıq dərs"lər pedaqoji-metodik baxımdan yüksək qiymətləndirildi
 
"Akademik Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin vəhdəti" mövzusunda elmi konfrans
 
Müəllimlər İKT üzrə təlimlərin səviyyəsindən razıdırlar
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında coğrafiya fənni üzrə nəticələr barədə
 
Ağstafa rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət  göstəricilərinə görə təhlili
 
Tələbə elmi konfransı
 
İnklüziv təhsil günün tələbidir
 
Məktəbdə döyüşçü haqqında kitabın təqdimatı olub
 
Ölkəmizin Avropa Təlim Fondu ilə əlaqələrinin möhkəmlənməsinə geniş imkan yaranıb
 
Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri
 
Peşəsinin vurğunu
 
Nanotexnologiyalar və onların texnikada tətbiqi
 
Yetim uşaqlar üçün yaşayış fondu yaradılır
 
Sənətini düzgün seçənlər uğur qazanırlar
 
"Mübarizləri olan Vətən basılmaz"
 
"Vətən mənə oğul desə..."
 
"Milli kurikulum və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda beynəlxalq konfrans
 
Şagirdlər fəallığı ilə seçilirdilər
 
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş multimedia dərsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı qoruyaq" tədbiri ilə yekun vurdu
 
ADU-da "Buta"nın təqdimat mərasimi keçirildi
 
Sumqayıtda kitab bayramı
 
Narkomaniyaya qarşı mübarizə aylığı
 
Heydelberq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov