Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - 50

 
Dünya universitetləri:

Uorvik Universiteti

Bookmark and Share
  Yerləşir:

Böyük Britaniya, İngiltərə,  Koventri şəhəri

 
Yaranma tarixi: 1965-ci il
Tipi: Dövlət
İllik gəlirləri: 375656000 funt-sterlinq
İllik xərcləri: 374377000 funt-sterlinq
İşçi heyəti: 4992 nəfər
Tələbələrin ümumi sayı: 21598 nəfər
Rəsmi saytı: www.warwick.ac.uk

Uorvik Universiteti  (Warwick University)  İngiltərənin Koventri şəhərində yerləşən dövlət ali məktəbidir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun, MBA Assosiasiyasının, Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB), Avropa, Birlik Ölkələri universitetləri assosiasiyalarının üzvüdür.

 Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Uorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanıb. "QS World University Rankings"in açıqlamasına görə, 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında Uorvik Universiteti 53-cü yerdə qərarlaşıb. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Uorvik Universiteti daxil edilməyib.  

Tarixi 

İkinci Dünya müharibəsindən sonra Böyük Britaniyanın Koventri şəhərində universitet yaradılması ideyası müzakirə edilir. Universitet Koventri və Uorvikşir qraflıqları arasında yerləşdiyindən ali məktəbin yaradıcıları onun Koventri və ya Uorvikşir adlandırılması ilə bağlı mübahisə edirlər. Bu ali məktəb Koventri şəhərində yerləşsə də, Uorvik adlandırılır. Uorvik şəhəri isə Koventri şəhərindən 13 km cənub-qərbdə yerləşir. Böyük Britaniya hökuməti 1961-ci ildə universitetin yaradılmasına icazə verir və bu qərar 1965-ci ildə Kral xartiyası ilə təsdiq edilir. Həmin ilin oktyabrında Uorvik Universitetinə 450 tələbə qəbul olunur. 

1979-cu ildə universitet keçmiş Koventri Pedaqoji Kollecinin ərazisini əldə edir, bununla yanaşı kollecin yaxınlığındakı torpaq sahələrini də alır. Universitet Cek Martin ailəsinin xeyriyyə yardımları nəticəsində xeyli gəlir qazanır və bu yardım hesabına Uorvik İncəsənət Mərkəzini yaradır. Universitetin ərazisi Koventri şəhərindən Uorvikşir qraflığına qədər genişlənərək 2,8 km2 olur. 2000-ci ilin sentyabrında universitetin Tibb Məktəbi açılır və ilk tələbələrini qəbul edir. 2004-cü ildə bu məktəbi 64 məzun bitirir. Həmin ilin oktyabrında məktəbə 403 tələbə qəbul edilir. 2007-ci ildən Uorvik Universiteti tibb üzrə elmi dərəcə vermək hüququ alır.

2000-ci ilin dekabrında ABŞ prezidenti Bill Klinton Böyük Britaniyanın baş naziri Toni Bleyerin tövsiyəsi ilə Uorvik Universitetini özünün sonuncu ən böyük xarici siyasi çıxış arenası kimi seçir. Bill Klintonu burada xanımı Hillari Klinton və qızı Çelsi Klinton müşayiət edir.  

Büdcəsi və təhsil haqqı 

Universitetin kampusu2009-2010-cu tədris ilində Uorvik Universitetinin illik gəlirləri 375656000 funt-sterlinq olub. Gəlirlərin 115858000-ni təhsil haqqı və s. vergilər, 86822000-ni maliyyə yardımları, 72979000-ni tədqiqat sazişləri, 98244000-ni isə digər əməliyyat gəlirlərinin payına düşüb.

Həmin il ali məktəbin xərcləri 374377000 funt-sterlinq olub. Bu məbləğin 203841000-ni işçi heyətin əməkhaqqı və s., 19849000-ni amortizasiya (avadanlığın işlənməsi nəticəsində get-gedə onun qiymətinin azalması, borcun tədricən ödənilməsi) xərcləri, 148977000-ni isə digər məsrəflər təşkil edib.

 Uorvik Universitetində yerli və Avropa Birliyinə daxil olan ölkələri təmsil edən və əyani oxuyan tələbələrin təhsil haqqı ildə 3290 funt-sterlinqdir. Əcnəbi tələbələrin təhsil haqqı isə Band 1 kursları üzrə 11500, Band 2 kursları üzrə 15000, Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq təşkil edir.

Uorvik Universitetində 1 il  təhsil almaq üçün tələbəyə təhsil haqqını çıxmaq şərti ilə, təxminən 9000 funt-sterlinq lazım gəlir. Dünyanın digər ali məktəblərində olduğu kimi, burada da tələbələrə kredit və təqaüdlər təklif edilir. Ailə büdcəsi ildə 25001 funt-sterlinqdən aşağı olan, ailəli, uşaqlı yerli tələbələrə ildə 2906 funt-sterlinq dəyərində maddi yardım verilir. Ailə büdcəsi ildə 36000 funt-sterlinqdən aşağı olan yerli tələbələr ildə 1500 funt-sterlinq təqaüd alır. Uorvik Universiteti bakalavr pilləsində oxuyan əcnəbi tələbələrə təqaüd vermir, onlar təqaüdü öz dövlətləri tərəfindən alırlar. Əcnəbi tələbələr təqaüdlər haqqında məlumatı ölkələrinin Təhsil Nazirliyindən və ya Britaniya Şurasının yerli ofislərindən əldə edə bilərlər. Uorvik Universitetinin Beynəlxalq İdarəsi magistratura pilləsində ödənişli oxuyan və yüksək nəticələr göstərən əcnəbi tələbələrə 20000 funt-sterlinq təqaüd təklif edir. Uorvik İstehsalat Qrupu 2010-2011-ci tədris ili üzrə Mərkəzi Asiya, Qafqaz və Rusiyadan olan magistrantlar üçün 3000, 5000 funt-sterlinq təqaüd ayırıb. Bu təqaüdü almaq üçün idarəyə ərizə ilə müraciət etmək lazımdır. Ərizələr 2011-ci ilin 30 iyun tarixinədək qəbul ediləcək. Universitetdə əcnəbi doktorant və tədqiqatçılar üçün ən geniş təqaüd imkanları mövcuddur. Onlara ildə 13590, 14600 funt-sterlinq dəyərində təqaüdlər təklif olunur.  

Universitet bu gün 

Universitetin tələbə şəhərciyiUorvik Universiteti adını daşıdığı Uorvik şəhərində deyil, Koventri şəhərindən 5,5 km cənub-qərbdə yerləşir. Universitet üç kampusdan ibarətdir (Mərkəzi, Gibbet Hill, Vestvud) və ümumilikdə 290 hektar ərazini əhatə edir. Kiçik şəhəri xatırladan səs-küylü kampuslarda mağazalar, banklar, bar və restoranlar, bərbərxanalar, apteklər, tələbələrin ehtiyaclarına cavab verən şərait mövcuddur. Universitetin 1960-cı illərdə tikilmiş və daha müasir binaları orta əsrlər, klassik memarlıq üslublarından fərqlənir. Ali məktəbin əsas binası əvvəllər Milli Şəbəkə Qərargahı olub və 2003-cü ildə universitet rəhbərliyi tərəfindən alınıb. Hazırda həmin tikili Universitet Evi adlanır və universitetin əsas binası kimi fəaliyyət göstərir. 2008-ci ilin martında Vestvud şəhərciyində örtülü tennis mərkəzi tikilib. Həmin ilin avqustunda isə  Baş nazir Qordon Braunun təşəbbüsü sayəsində universitetin ərazisində Rəqəmsal Laboratoriya açılıb. 2009-cu ilin yazında universitetin İncəsənət Mərkəzi, 2010-cu ildə isə Tələbə Təşkilatının yenidən tikilmiş binası istifadəyə verilib.

Mərkəzi və Gibbet Hill kampuslarının arasında Tosil meşəsi yerləşir. Meşədə bir kampusdan digərinə piyada getmək üçün 10-12 dəqiqə vaxt sərf etmək lazım gəlir. Kampusun ərazisindəki meşələr, göllər, bağ və parklar, yaşıl çəmənlər, zəngin canlı aləm burada tədqiqat aparmaq üçün ideal şərait yaradır. Uorvik Universitetinin kampusu Böyük Britaniyanın ən gözəl tələbə şəhərciyi elan olunub.

Uorvik Universitetində aşağıdakı fakültələr fəaliyyət göstərir:

Universitetin elektron kitabxanasıİncəsənət fakültəsi tarixi, ədəbi, tamaşa, vizual mədəniyyətlər sahələri üzrə geniş tədqiqatlar həyata keçirir. Fakültə Qədim və klassik tarix, İngilis və müqayisəli ədəbiyyatşünaslıq, Kino və televiziya tədqiqatları, Fransa, Almaniya, İtaliya tədqiqatları, Tarix və müqayisəli Amerika tədqiqatları, İncəsənətin tarixi, Teatr, tamaşa və mədəniyyət siyasəti tədqiqatları, eləcə də Fəlsəfə departamentlərindən, Karib, Mədəni Siyasət tədqiqatları, Qlobal Tarix və Mədəniyyət, Humanitar Tədqiqatlar, Tibbin Tarixi, İntibahın Öyrənilməsi, Tərcümə və Müqayisəli Mədəniyyətşünaslıq elmi-tədqiqat mərkəzlərindən ibarətdir.

Dəqiq Elmlər fakültəsi modelləşdirmə və simulyasiya, sistemlər biologiyası, enerji və sabit inkişaf, mürəkkəblik elmi, əlavə materiallar, riyaziyyat, bitki və mikroorqanizmlər elmləri üzrə nano və makro tədqiqatlar aparır. Fakültə çərçivəsində Biologiya, Kimya, Riyaziyyat, Fizika, Mühəndislik, Psixologiya, Statistika, Kompüter elmləri, Sistem biologiyası, Uorvik HRI departamentləri, Əlavə Materiallar, Mürəkkəblik Kompleksi, İnterfeyslər və Materiallar, Statistik Metodologiya Tədqiqatları, Elmi Hesablama, Maye Dinamikası, Riyaziyyat, Risk Təşəbbüsü və Statistik Konsultasiya Vahidi, Uorvik İnnovativ İstehsal elmi-tədqiqat mərkəzləri,  Kütləvi Spektrometriya İnstitutu mövcuddur.

İctimai Elmlər fakültəsi uşaqlar, uşaqlıq və gənclik, qloballaşma, idarəetmə, sağlamlıq və rifah, miqrasiya, diaspora, transmillilik və eynilik, əmək və məşğulluq sahələri üzrə nəzəri və tətbiqi tədqiqatlar aparır. Fakültəyə İqtisadiyyat, Təhsil, Səhiyyə və sosial tədqiqatlar, Hüquq, Fəlsəfə, Siyasət və beynəlxalq tədqiqatlar, Sosiologiya departamentləri, Uorvik Biznes Məktəbi, Təhsilin İnkişafı, Qiymətləndirmə və Tədqiqat, Təhsil və Sənaye, Məşğulluq Tədqiqatları, İngilis Dili Pedaqoji Təhsili, Qloballaşma və Regionlaşdırma elmi-tədqiqat mərkəzləri daxildir. Uorvik Biznes Məktəbi Menecment Təhsili Beynəlxalq Assosiasiyası tərəfindən təyin edilmiş  Böyük Britaniya ilk biznes məktəbidir. Həmçinin məktəb MBA Assosiasiyasının üzvüdür.

Universitetin yeməkxanasıTibb fakültəsində xərçəng və palliativ (xəstəliyi sağaltmayıb yalnız müvəqqəti yüngüllük verən dərman) yardım, ürək-damar xəstəlikləri, uşaq sağlamlığı, mürəkkəblik və səhiyyə, diabet, elektron səhiyyə, fövqəladə vəziyyət və intensiv qayğı (terapiya), etnik mənsubiyyət və sağlamlıq, psixi, metabolik sağlamlıq, metodologiya, ilkin yardım, səhiyyə, təkrar istehsal  və s. sahələr üzrə geniş tədqiqatlar həyata keçirilir. 

Fakültənin nəzdində Uorvik Tibb Məktəbi, Kliniki Elmlər, Sağlamlıq Elmləri tədqiqatları institutları, Tibbi Təhsil, Etika və İdarəetmə, Biotibbi Tədqiqatlar mərkəzləri fəaliyyət göstərir. Uorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Uorvikşir NHS Trust universitet xəstəxanaları, Uorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir. 

 Uorvik Universitetinin kitabxana sisteminə Universitet Evində yerləşən Əsas və fakültə kitabxanaları daxildir. Əsas kitabxanada 1,2 milyon cild kitab, 30000-dən çox elektron jurnal, arxiv və Müasir Hesabat Mərkəzi mövcuddur. Bu kolleksiyaya hər il 26500-ə qədər yeni material əlavə olunur. Kitabxananın 25000-dən çox qeydə alınmış istifadəçisi və 150-dən çox əməkdaşı var. 5 mərtəbəli binada yerləşən Əsas kitabxananın 1-ci mərtəbəsində ümumi xidmət göstərilir, 2-ci mərtəbəsində dəqiq elmlər, 3-cü mərtəbəsində incəsənət, 4-cü mərtəbəsində təhsil, hüquq, statistikaya aid materiallar, rəsmi sənədlər, 5-ci mərtəbəsində isə ictimai elmlərə aid materiallar toplanıb. Tibb sahəsinə aid olan kolleksiya tibb fakültəsinin binalarında saxlanır. Kitabxananın veb-saytında buradakı kolleksiya, verilənlər bazası, elektron jurnal, xidmət və personal barədə informasiya təqdim olunub. İstifadəçilər veb-sayta daxil olaraq axtardıqları materialı əldə edə bilərlər. 

Universitetin tennis mərkəziUorvik İncəsənət Mərkəzi Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir. Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbir keçirilir (klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət). Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur. Mərkəzdə konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur. Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir. Uorvik İncəsənət Mərkəzinin girişində rəssam Lilian Lijna aid müasir incəsənət əsəri olan Ağ Koan yerləşir. 6 metr hündürlüyündə olan ağ rəngli koan flüoressensiya (işıqlanma təsiri altında bəzi cisimlərin işıqvermə xassəsi) lampaları ilə elliptik işıqlandırılmaya malikdir və elektrik mühərrikin köməyi ilə fırlanır. Koan cavabsız suallar ətrafında  buddistlərin axtarışlarını təcəssüm etdirən abidədir.  Koan 1971-ci ildə Plimutda Piter Stayvesant Fondu Şəhər Abidə Layihəsinin bir hissəsi kimi yaradılıb. Daha sonra koan Londonda Heyvord Qalereyasında yerləşdirilib, 1972-ci ildə isə Uorvik Universiteti tərəfindən alınıb. 

Uorvik Universitetinin rəhbərliyinə kansler, vitse-kansler, vitse-kanslerin müavini, 4 pro-vitse-kansler - fakültələrin dekanları, Ali Təhsil (magistratura və doktorantura) Şurasının sədri, katib, katibin müavini və maliyyə direktoru daxildir. 2008-ci ildən universitetin kansleri hüquq elmləri doktoru Riçard Lambertdir. Kansler formal olaraq universitetin rəhbəri hesab edilir. Onun əsas vəzifəsi universitetin adından elmi dərəcələr vermək, Böyük Britaniyada və xaricdə universitetin maraqlarını qorumaq, universitetin inkişafı üçün maliyyə vəsaiti toplanmasına nəzarət etməkdən ibarətdir. Ali məktəbin vitse-kansleri professor Naycel Trift, onun müavini isə professor Mark Smitdir. Uorvik Universitetində ümumilikdə 4992 nəfər işçi çalışır. Onların 1046 nəfərini akademik heyət, 702 nəfərini tədqiqatçı, qalanlarını isə inzibati heyət təşkil edir.

 Universitetin kitabxanası Universitetdə təhsil alan tələbələrin ümumi sayı 21598 nəfərdir. Tələbələrin 12510 nəfəri bakalavr, 9088 nəfəri isə magistratura və doktorantura pillələrində oxuyanlardır. Uorvik Universitetində dünyanın 120-dən çox ölkəsindən 5743 tələbə təhsil alır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Uorvik Universitetinin beynəlxalq kooperasiya hüququ fakültəsinin magistratura pilləsində Lalə Rüfət qızı Səfərəliyeva, hüquq fakültəsinin bakalavr pilləsinin III kursunda İlqar Bəkir oğlu Qasımlı təhsil alırlar. Rüstəm Elçin oğlu Şərifov isə bu il universitetin informasiya sistemləri fakültəsinin magistratura pilləsinin məzunu olub. 

Uorvik Universitetində tələbələrin həyatı iki fazaya bölünür. Birinci kurs tələbələri, adətən, kampus ərazisində yaşayır və Tələbə Təşkilatının təşkil etdiyi çərçivədə həyat tərzi sürürlər. Uorvik Universitetinin Tələbə Təşkilatı Böyük Britaniyanın ən böyük təşkilatlarından biridir və hazırda 260 cəmiyyət, 76 idman klubundan ibarətdir. Tələbə Təşkilatı iki binada - Cənub və Şimal təşkilat binalarında yerləşərək fəaliyyət göstərir. Sonrakı illər isə gənclər daha çox kampusdan kənarda Liminqton Spa, Kenilvort, Erlsdon, Kanli və ya Koventridə qalmağa üstünlük verirlər. Kampus ərazisində tələbə və müəllimlərin istirahətlərini təmin etmək üçün 25 metrlik hovuz, iki idman kompleksi, trenajor zalları, skvoş (bağlı yerdə iki və ya dörd nəfərdən ibarət xatırladan raketka oyunu, tennisi xatırladan idman növü) kortları, 400 metrlik atletika stadionu mövcuddur. Kampus ərazisində yerləşən kafe və restoranlarda tələbələr günün istənilən vaxtı xoşladıqları təamlardan dada və istirahət edə bilərlər. Burada verilən bütün içki və qidalara Tələbə Təşkilatı və Uorvik Qonaqpərvərlik İdarəsi nəzarət edir.

Universitetin konfrans zalıUorvik Universiteti yetərincə tələbə yerləşdirə biləcək yataqxanalara malikdir. Bunlar bakalavrlar üçün nəzərdə tutulmuş Artur Vik, Benefaktors, Kleykroft, Krifild, Heronbank, Harst, Cek Martin, Leyksayd, Redfern, Ruts, Beynəlxalq Ev, Tosil, Vestvud, Uaytfilds, eləcə də magistrant və doktorantlar üçün Kleykroft, Leyksayd, Heronbank, Tosil yataqxanalarıdır. Yataqxanaların bütün otaqları sürətli İnternet şəbəkəsinə qoşulub və lazımi şəraitlə təmin edilib. Hər bir otağın mətbəxi var. Kampus ərazisindəki yataqxana otaqlarının qiyməti 2220 (30 həftəlik) - 4524 (39 həftəlik) funt-sterlinq arasında dəyişir. Odəniş hər semestrin əvvəlində edilməlidir. Su, işıq, istilik sistemi, qaz, İnternet və s. xidmətlər üçün ödəniş otaq qiymətinə daxildir.

Hazırda kampus ərazisində ümumilikdə 5778 otaq mövcuddur. 2011-2012-ci tədris ilində yeni yataqxana istifadəyə verildikdən sonra bu rəqəmin 6283-ə qədər artacağı planlaşdırılır. Yataqxanalar tərbiyəçilər və nəzarətçilər tərəfindən idarə olunur, sakinlərin təhlükəsizliyi və rahatlığına xüsusi diqqət yetirilir. Yataqxanalarda siqaret çəkmək qadağandır. Kampus ərazisində müəllim və qonaqlar üçün də yataqxana və qonaq evləri yerləşir.

Uorvik Universiteti Böyük Britaniyanın gənc universiteti olmasına baxmayaraq, dünyada özünə yetərincə yüksək akademik şöhrət qazanıb. Universitetin missiyası tədqiqat və təhsil sahəsində dünya liderinə çevrilmək, insan anlayışı diapazonunu əhəmiyyətli dərəcədə yüksəltmək, mədəni və iqtisadi inkişafı sürətləndirmək, burada həyata keçirilən tədqiqatlardan hər bir kəsin bəhrələnməyini təmin etməkdən ibarətdir.

Uorvik Universitetinin nailiyyətlərini möhkəmləndirən və onu daha uğurlu fəaliyyətə təhrik edən əsas dəyərlər bunlardır: üstünlük, ambisiya və stimul, sahibkarlıq qabiliyyəti, kosmopolitizm, peşəkar xidmət, sadəlik, birlik və sərbəstlik. 2015-ci ildə Uorvik Universiteti 50 illik yubileyini qeyd etməyə hazırlaşır. Yubiley mərasiminədək ali məktəb qarşısında bir sıra məqsədlər qoyub və hazırda bununla bağlı mühüm işlər həyata keçirir.

Universitetin məşhur məzunları 

  Yakubu Qovon  Nigeriyanın sabiq prezidenti  
  Valentina Ştrasser  Syerra-Leone Respublikasının (Afrika) sabiq rəhbəri  
  Vernon Koaker  Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri  
  Kim Hauells Böyük Britaniyanın xarici işlər naziri  
  Devid Devis Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi  
  Baronessa Amos Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri  
  Baronessa Morris Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist  partiyasının üzvü  
  Çan Yun Han  Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü  
  Corc Saitoti   Keniyanın sabiq vitse-prezidenti  
  Devid Li Şərqi Asiya bankının sədri və baş icraçı direktoru  
  Corc Kanyeihamba  Uqanda prezidentinin hüquq məsləhətçisi  
  Merfin Cons BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri  
  Ouayn Ceyms Milli Tələbə Təşkilatının sabiq prezidenti  
  Tomas Samner (Stinq) məşhur musiqiçi  
  Tom Solesbari avarçılıq üzrə Olimpiya çempionu  
  Stiv Heyuey "Liverpul" klubunun futbolçusu  
  Mark Hyuz futbol meneceri  

 

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - 50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov