Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - � 51

 
Dünya universitetləri:

Alberta Universiteti

Bookmark and Share
  Yerləşir: Kanada, Alberta əyaləti, Edmonton şəhəri  
Yaranma tarixi: 1908-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 14146 nəfər
Tələbələrin ümumi sayı: 36000 nəfər 
İllik gəlirləri: 1832833000 Kanada dolları (1 Kanada dolları 0,9329 ABŞ dollarına bərabərdir)
İllik xərcləri: 1487500000 Kanada dolları
Rəsmi saytı: www.ualberta.ca

Alberta Universiteti (University of Alberta) Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yerləşir və əyalətin ən qədim ali təhsil ocağıdır.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Alberta Universiteti 100 ən yaxşı ali məktəb arasında 59-cu yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən, Heydelberq Universiteti 127-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 78-ci yerdədir. 

Tarixi 

Alberta Universitetinin Biologiya Departamentinin binası1906-cı ildə yeni Qanunvericilik iclasının birinci sessiyasında Alberta əyalətinin Edmonton şəhərində universitet yaradılması haqqında qanun qəbul edilir. Ali məktəbin təsisçiləri onu Amerika ştat universitetlərinə bənzər yaratmaq niyyətində idilər. Yeni universitetin yaradılmasında Albertanın ilk baş naziri Aleksandr Kameron Rezerford və professor Henri Marşall Torinin böyük rolu olur. Henri Marşall Tori Alberta Universitetinin ilk prezidenti təyin edilir. 1908-ci ildə ali məktəb müvəqqəti olaraq bir sıra binaları icarəyə götürür və fəaliyyətə başlayır, bu zaman ərzində də universitetin ilk binası tikilir.

1912-ci ildə Alberta Universiteti ilk elmi dərəcəsini verir və Genişləndirmə şöbəsini açır. XX əsrin əvvəllərində ali təhsil ənənəvi ilahiyyat, hüquq və tibb təhsili çərçivəsindən kənara çıxır. 1927-ci ildə Alberta Universitetinin radiostansiyası fəaliyyətə başlayır. 1929-cu ildə universitetdə təhsil (pedaqogika) fakültəsi açılır. 1932-ci ildə universitetin genişləndirmə fakültəsi çərçivəsində Banff Təsviri İncəsənət Məktəbi yaradılır.

1966-cı ildə Alberta Universitetində magistr proqramı tətbiq edilir. Həmin dövrdə universitetlər çərçivəsində fəaliyyət göstərən əyalət kollecləri muxtariyyət qazanır. Alberta Universitetinin 1945-ci ildən Kalqari şəhərində fəaliyyət göstərən filialı 1966-cı ildə muxtariyyət əldə edir və Kalqari Universiteti adı alır. 1969-cu ildə Alberta Universiteti nəşriyyatı açılır. 

1976-cı ildə mühəndis-memar Ruvim Vande-Kraats universitetin Elm və İncəsənət Məktəbinə yeni dizayna malik tikinti kompleksi artırmaq qərarına gəlir. 2004-cü ildə Kamrouz şəhərində yerləşən Augustana Universitet Kolleci Alberta Universiteti ilə birləşir və Augustana kampusu yaradılır.  

Büdcəsi və təhsil haqqı 

Universitetin müqəddəs İosif Kolleci2009-2010-cu tədris ilində Alberta Universitetinin illik gəlirləri 1832833000 Kanada dolları olub. Həmin məbləğin 1114566000 Kanada dollarını əyalət hökumətinin qrantları, 195706000 Kanada dollarını federal qrantlar, 217506000 Kanada dollarını satış və digər xidmətlər, 205243000 Kanada dollarını təhsil haqqı və s. yığımlar, qalanlarını isə digər gəlirlər təşkil edib.

Ötən tədris ilində universitetin xərcləri isə 1487500000 Kanada dollarına bərabər olub. Xərclərin 862500000 Kanada dollarını işçilərin əməkhaqqı və mükafatlar, 379700000 Kanada dollarını avadanlıq və xidmətlər, 124600000 Kanada dollarını amortizasiya, 81600000 Kanada dollarını tələbə təqaüdləri və mükafatlar, qalanlarını isə digər məsrəflər təşkil edib. 

2010-2011-ci tədris ili üzrə Alberta Universitetində yerli tələbələrin təhsil haqqı bakalavr pilləsində ildə 4420 Kanada dolları, əcnəbi tələbələrin bakalavr pilləsində təhsil haqqı fakültə və departamentdən asılı olaraq ildə 19100 (Augustana), 19230 (Kənd təsərrüfatı, İncəsənət,  Təhsil və s.), 19245 (Biznes Məktəbi), 20479 (Mühəndislik), 23436 (Tibb bacısı), 29331 (Hüquq), 31326 (Stomatologiya)  Kanada dolları təşkil edir.

Alberta Universitetində yüksək akademik göstəricilərə malik tələbələrə geniş təqaüd imkanları yaradılıb. Ali məktəb hər il tələbələrin təqaüdü üçün 25 milyondan çox vəsait ayırır. Universitet tərəfindən əcnəbi tələbələrə verilən təqaüdün məbləği 5000-20000 Kanada dolları arasında dəyişir.  Təqaüdün məbləği fakültələrdə, kampuslarda müxtəlifdir. Təmsil etdikləri ölkələrdən asılı olaraq tələbələrə müxtəlif məbləğli təqaüdlər təklif olunur.  Magistrant və doktorantlar, tədqiqatçılar üçün universitetdə geniş təqaüd proqramları mövcuddur.  

Universitet bu gün 

Universitetin hüquq fakültəsinin binasıAlberta Universiteti Əsas (Şimal), Augustana, Sen-Jan, Cənub, Kalqari, Müəssisə Meydanı kampuslarından ibarətdir. Əsas və ya Şimali kampus "günəşli Alberta"nın mərkəzində - Edmonton şəhərində Şimali Saskaçevan çayının cənub sahilindədir. Kampus 92 hektar ərazidə yerləşir və 90 binadan ibarətdir. Burada universitetin inzibati binaları və bir sıra fakültələri cəmləşib. Əsas kampusun planı memar Barton Mayers tərəfindən hazırlanıb.

Augustana kampusu Edmonton şəhərindən 100 km cənub-şərqdə Kamrouz şəhərində yerləşir. Kampusda Təsviri incəsənət, Humanitar, Dəqiq və ictimai elmlər departamentləri, eləcə də tibb bacısı fakültəsi yerləşir. Bu kampusda güclü əcnəbi tələbə kontingenti mövcuddur. Augustana kampusunda idman konfransları keçirilir, burada universitetin müxtəlif idman komandaları, "Augustana vikinqləri" kimi tanınan Alberta Kollecləri Atletika və Kanada Kollecləri Atletika assosiasiyaları fəaliyyət göstərir. Hər il kampusda Şimali Amerika və Avropa komandaları arasında "Vikinq Kuboku" adlı xokkey yarışı keçirilir.

Sen-Jan Alberta Universitetinin fransızdilli şəhərciyidir və əsas kampusdan 5 km şərqdə Bonni Dun rayonunda yerləşir. Hazırda yeni laboratoriya və müəssisələrin açılması ilə bağlı kampusun ərazisi genişlənməkdədir. Kampusda fransız və ingilis dillərində dəqiq elmlər, təsviri incəsənət və dillər, ictimai elmlər, ətraf mühitin mühafizəsi və ekologiya elmləri, maşınqayırma, tibb bacısı, menecment sahələri, eləcə də incəsənət (Kanada tədqiqatları) və təhsil (pedaqogika) üzrə magistr proqramları tətbiq edilir.

Tələbə təşkilat binasının cənub hissəsiCənub kampus əsas şəhərcikdən 2 km cənubda Makkernan-Belqravia və Sautqeyt stansiyalarının arasında, Fut sahəsi və Sevill İdman Mərkəzinin yaxınlığında yerləşir. 2009-cu il aprelin 25-də burada Edmonton Tranzit Sisteminin (dəmiryolu, tramvay xətti) bir hissəsi kimi Cənub kampusu stansiyası istifadəyə verilib. Kampusun yeni estetik binaları, geniş sahədə salınmış yaşıllıqlar bu şəhərciyi digərlərindən fərqləndirir. Burada kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi və istifadə mədəniyyəti, ərzaq keyfiyyəti, bioloji yanacaq mənbələri və bioplastika sahələri üzrə tədqiqatlar aparmaq üçün şərait mövcuddur. "Canlı laboratoriya" adlanan bu kampusda 8 yüksəktexnologiyalı aqrar-ərzaq tədqiqat və tədris müəssisəsi, torpaq sahələri, eləcə də dünya standartlarına cavab verən iki idman kompleksi və yataqxana var. Cənub kampusun yaxınlığında Miçener parkı yerləşir.

Kalqari Universitet Mərkəzi Kalqari şəhərinin mərkəzində yerləşir. Mərkəz universitetin məzunlarını, tələbələrini, donorlarını və digər tərəfdarlarını bir yerə toplayaraq Kalqari cəmiyyəti yaradıb.

Müəssisə Meydanı kampusu 2008-ci il yanvarın 15-də açılıb və Edmonton şəhərində Şimali Saskaçevan çayının şimal sahilində yerləşir. Tarixi binalardan ibarət bu ərazi əvvəllər Şimali Amerikanın ən qədim kommersiya korporasiyası olmuş "Hudzon körfəzi" şirkətinə məxsus olub. Hazırda burada universitetin Genişləndirmə fakültəsi, Alberta Biznes Məktəbi, Alberta Biznes Ailə İnstitutu, Təhsilin Davametdirilməsi Məktəbi, bir sıra ticarət meydanları, Dizayn Qalereyası, Alberta Universiteti Məzunları Assosiasiyasının yeni binası yerləşir.  

Fakültələr 

Maşınqayırma Departamentinin binasıKənd təsərrüfatı, həyat və ekologiya elmləri fakültəsi 1915-ci ildə yaradılıb. Fakültə Kənd təsərrüfatı, ərzaq və qidalanma elmləri, İnsan ekologiyası, Bərpa olunan resurslar, Kənd təsərrüfatı departamentlərindən, Alberta Meşə Elmi və İdarəetmə Məktəbindən, Devon Botanika bağından, Alberta İnsan Qidalanması, Alberta Baytarlıq Tədqiqatları, Maddi Mədəniyyət institutlarından, Ətraflı (Geniş) Meşəçilik, Zeytun və Bioloji Aktiv Yağların İstehsalı, Süd Tədqiqatı Texnologiyaları, Ekoloji Tədqiqatlar, Gentec Heyvandarlıq, Alberta İxtiraçılıq, Quşçuluq, Donuzçuluq Tədqiqatı Texnologiyaları mərkəzlərindən ibarətdir. 190 akr ərazini əhatə edən Devon Botanika bağı 1959-cu ildə yaradılıb və Edmonton şəhərinin cənubunda yerləşir. Bağda qarışıq bitkili meşə, qulluq edilmiş bağlar, Kurimoto Yapon bağı, dekorativ güllük, dağ çəmənlikləri, dərman bitkiləri bağı və s. vardır.

İncəsənət fakültəsi universitetin ilk fakültəsidir və 1908-ci ildə yaradılıb. Fakültə çərçivəsində Antropologiya, İncəsənət və dizayn, Drama, Şərqi Asiya tədqiqatları, İqtisadiyyat, İngiltərə və kinematoqrafiya, Tarix və klassika, Fənlərarası tədqiqatlar, Linqvistika, Müasir dillər və mədəni tədqiqatlar, Musiqi, Fəlsəfə, Siyasi elmlər, Psixologiya, Sosiologiya, Qadın tədqiqatları departamentləri, Alberta Amerika Tədqiqatları, Kanada Şimali Tədqiqatlar, Preyri Arxeologiya, Dövlət İqtisadiyyatı, Parklend, Virt Avstriya və Avropa Tədqiqatları institutları, İncəsənət Resurs, Kanada Teatr Yaradıcılığı, Etnomusiqişünaslıq, Piter və Doris Kul Ukrayna və Kanada Folkloru, Şahzadə Takamado Yapon Tədqiqatları mərkəzləri, Fənlərarası tədqiqatlar departamenti nəzdində Müqayisəli ədəbiyyat, Yazı tədqiqatları, Humanitar hesablama, Yaxın Şərq və Afrika tədqiqatları, dinşünaslıq, elm, texnologiya və cəmiyyət, sülh və konfliktlərin aradan qaldırılması bölmələri fəaliyyət göstərir.

Alberta Universitetinin İncəsənət fakültəsinin binasıTəhsil fakültəsi 1929-cu ildə açılıb və Kanadada yaradılan ilk belə fakültədir. Fakültə Təhsilin siyasi tədqiqatları, Təhsilin psixologiyası, İbtidai təhsil, Orta təhsil, Təhsildə texnologiya departamentlərindən, Kitabxana və İnformasiya Tədqiqatları Məktəbindən, Savadlılığın Artırılması üzrə Kanada Tədqiqatları, Kanadanın Yerli Əhalisinin Dil və Savadlılıq Tədqiqatları, Qlobal Vətəndaşlıq Təhsili və Tədqiqatları, Riyaziyyat, Elm və Texnika, Oxu və Dil, İnkişaf Qüsurları, Uşaq Tədris institut və mərkəzlərindən, Alberta Ümid Fondundan ibarətdir.

Mühəndislik fakültəsi 1908-ci ildən fəaliyyət göstərir və fakültənin professorları bir çox kəşflərin müəllifləridir. Fakültə üzrə Kimya texnologiyası və materialşünaslıq, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Maşınqayırma departamentləri, Dağ-Mədən və Neft-Qaz Mühəndisliyi Məktəbi mövcuddur.

Dəqiq elmlər fakültəsinə Biologiya elmləri, Kimya, Kompüter, Yer və atmosfer, Riyaziyyat və statistika elmləri, Fizika, Psixologiya departamentləri aiddir.

Genişləndirmə fakültəsi 1912-ci ildə açılıb. Fakültə Tətbiqi elmlər, Biznes, Yaşlılar və təhsilin davametdirilməsi, Kommunikasiya və texnologiya, İngilis dilinin öyrənilməsi, Hökumət Tədqiqatları, Liberal Tədqiqatlar, Tibbi  akupunktura proqramları təklif edir. Genişləndirmə fakültəsinin Uşaq, Gənclər və Ailə tədqiqatları, Şəhər-Rayon Tədqiqatları, İctimai iştirak mərkəzləri, Alberta Oyun Elmi-Tədqiqat İnstitutu, Fasiləsiz Təhsil Kanada Universitet Jurnalı fəaliyyət göstərir.

Hüquq fakültəsi universitetdə 1912-ci ildə yaradılıb. Fakültəyə Alberta Hüquq Reforması, Beynəlxalq Ombudsman, Sağlamlıq Hüququ institutları, Kanada Vətəndaş Mühakiməsi Forumu, Konstitusiya Tədqiqatları Mərkəzi aiddir.

Qapalı basketbol zalıTibb və stomatologiya fakültəsi 1913-cü ildə açılıb və verdiyi tibbi təhsilin keyfiyyətinə görə dünyada tanınır. Fakültə Xərçəng, Mühəndislik və Təsviretmə Elmləri, Kliniki Laboratoriya Tədqiqatları, İcma-əsaslı Tibb, Stomatologiya, İnsan İnkişafı, Daxili təbabət, Molekulyar və Sistemlər Təbabəti, Cərrahiyyə və Anesteziologiya məktəbləri, Anatomiya, Anesteziologiya və Ağrı, Biokimya, Biotibbi Mühəndislik, Hüceyrə Biologiyası, Nevrologiya, İntensiv Terapiya, Stomatologiya, Ailə tibbi, Sağlamlıq etikası, Tibbi genetika, Mikrobiologiya və immunologiya, Tibb, Mamalıq və ginekologiya, Onkologiya, Oftalmologiya, Pediatriya, Əczaçılıq, Fiziki tibb və reabilitasiya, Fiziologiya, Psixiatriya, Radiologiya və diaqnostik vizualizasiya, Cərrahiyyə, Təcili tibbi yardım departamentlərindən,  Tibb və Patalogiya Laboratoriyasından ibarətdir.

İctimai səhiyyə fakültəsi 2006-cı ildə yaradılıb. Fakültədə İctimai səhiyyə departamenti, Sağlamlıq Tədqiqatlarının İnkişaf Etdirilməsi, Zədələrin Nəzarəti və Tədqiqatı mərkəzləri fəaliyyət göstərir.

Bərpa tibb fakültəsi Əmək terapiyası, Fizioterapiya, Nitq patalogiyası və audiologiya departamentindən ibarətdir.

Alberta Biznes Məktəbi 1916-cı ildə yaradılıb. Məktəbə Muhasibatlıq, əməliyyatlar və informasiya sistemləri, Maliyyə və statistik analiz, Marketinq, biznes iqtisadiyyatı və hüquq, Strateji menecment və təşkilatçılıq departamentləri daxildir.

Augustana kampusunda Təsviri incəsənət, Humanitar, Dəqiq, İctimai elmlər departamentləri fəaliyyət göstərir.

Sadalanan fakültələrlə yanaşı, Alberta Universitetində Tibb bacısı, Əczaçılıq elmləri, Fiziki tərbiyə və istirahət, Təbii tədqiqatlar, Ali elmi tədqiqatlar fakültələri, Kitabxanaçılıq və İnformasiya Tədqiqatları Məktəbi, Müqəddəs İosif, Müqəddəs Stefan kollecləri, Sen-Jen kampusu, Milli Nanotexnologiya, Alberta Diabet institutları mövcuddur.  

Alberta Universitetinin kitabxana sisteminə universitetin müxtəlif kampuslarında yerləşən 20-yə yaxın kitabxana daxildir və Kanadanın ən böyük kitabxanalarından biridir (Toronto Universitetindən sonra ikinci), Şimali Amerikanın isə 12-ci ən böyük kitabxanasıdır.  Sistemə Rezerford, Kameron Elm və Texnologiya, Vinsper Biznes Məlumat, Müqəddəs İosif Kolleci, Kots, Brüs Pil Xüsusi, Veyr Memorial Hüquq, Skott Tibb Elmləri, Doktor Jozefin Mitçel Riyaziyyat, Augustana, Sen-Jen kampusları və s. kitabxanalar daxildir. Kitabxana sistemində ümumilikdə 11 milyona yaxın kitab, 530000 elektron kitab, 1400-dən çox verilənlər bazası mövcuddur. 

Ali təhsil müəssisəsində iki əsas qəzet - "Folio" və "Gateway" çap edilir. "Dagligtale" Augustana kampusunda nəşr edilən aylıq tələbə qəzetidir.  

Alberta Universiteti muzeyləri 35 müxtəlif kolleksiyalardan ibarət şəbəkə yaradır və universitet ərazisindəki 120 müəssisədə yerləşdirilib. Muzey kolleksiyasına 17 milyondan çox material daxildir. Universitetin Tims İncəsənət Mərkəzi  ölkənin ən yaxşı təlim-tərbiyə teatrıdır və  289-dan çox insan tutumuna malikdir. 

Alberta Universiteti geniş spektrdə yataqxana komplekslərinə malik təhsil mərkəzidir. Tələbələrin əksəriyyəti kampusdan kənarda yaşamağa üstünlük versələr də, Edmonton şəhərindən olmayan aşağı kurs tələbələri mənzil xidmətinin təklif etdiyi yataqxanalarda qalırlar. Yataqxanalardan 1800 nəfərlik tələbə tutumuna malik, ümumi mətbəx və qonaq otağı, bir və ikinəfərlik yataq otaqlarından ibarət Lister mərkəzini,  850 nəfərlik tələbə tutumuna malik daxili yaşayış və restoranlar dəhlizlərindən ibarət HUB Beynəlxalq evlərini, əcnəbi tələbələr və onları yaxından tanımaq istəyən kanadalı gənclər üçün nəzərdə tutulmuş yeni Beynəlxalq Ev binasını qeyd etmək olar. Eyni zamanda yaşlı tələbələr üçün nəzərdə tutulmuş çoxmərtəbəli Nyuton Pleys, Miçener Park, universitetin kişi sakinləri üçün Müqəddəs İosif Kolleci, fransızdilli tələbələrin qaldıqları Sen-Jen, ikinəfərlik 300 otaqdan ibarət Augustana yaşayış kompleksləri, evli tələbələr üçün Şərqi Kampus Kəndi də universitet yataqxanalarına aiddir. Yataqxanalarda otaqların illik qiyməti 4800-7900 Kanada dolları arasında dəyişir.

Alberta Universitetində ümumilikdə 36000 nəfərdən çox insan təhsil alır. Onların 29000-ə qədərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edirlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Alberta Universitetinin mühəndislik fakültəsinin bakalavr pilləsinin I kursunda Emil Həşim oğlu Cəfərli və Aqil Adil oğlu Əzimzadə, beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsinin III kursunda Fatimə Rövşən qızı Məmmədova, neft mühəndisliyi fakültəsinin magistratura pilləsində Məmməd Elşad oğlu Hüseynov təhsil alırlar.

Alberta Universitetində 300-dən çox fəal tələbə qrupu fəaliyyət göstərir. Bunlar elmi, mədəni, siyasi və digər birliklərdir. Tələbə qrupları arasında ən böyüyü 1957-ci ildən mövcud olan və hazırda 1800-dən çox üzvdən ibarət Rəqs klubudur.

Universitetdə idmana xüsusi diqqət göstərilir. Burada demək olar ki, idmanın bütün növləri inkişaf etdirilib. Kanada universitetlərarası idman yarışlarında Alberta Universitetini oğlanlardan ibarət "Alberta qızıl ayıları" və qızlardan ibarət "Alberta pandaları" idman komandaları təmsil edirlər. Kanada Qərb Konfransının 8 il təşkil etdiyi yarışda ali məktəbin "Panda" xokkey komandası 7 dəfə qalib olub.

Alberta Universitetinin hazırkı, 19-cu kansleri xanım Linda Hyuz, 12-ci prezidenti xanım İndira Samasakera, rektoru isə Karl Amrheindir. Universitetdə ümumilikdə 14146 nəfər işçi çalışır. Əməkdaşların 3506 nəfərini akademik, 10640 nəfərini isə inzibati heyət təşkil edir.

Universitetin ilk prezidenti Henri Marşall Torinin sözlərinə görə, "Alberta Universiteti bütün xalqı ayağa qaldırmaq üçün yaradılıb". Bu gün də Alberta Universiteti yeni tədqiqat və kəşfləri ilə cəmiyyətin rifahına, bəşəriyyətə uğurlu gələcək bəxş etmək məqsədlərinə  xidmət edir.

Universitetin məşhur məzunları 

  Co Klark  Kanadanın sabiq baş naziri  
  Devid Emerson  Beynəlxalq ticarət naziri  
  Beverli Makleçlin  Kanada Ali Məhkəməsinin sədri  
  Ed Stelmax  Alberta əyalətinin baş naziri  
  Devid Henkok Alberta əyalətinin təhsil naziri  
  Lu Hayndman  Alberta əyalətinin sabiq Nazirlər Kabinetinin sədri  
  Pet Binns Şahzadə Eduard adasının sabiq baş naziri  
  Ceyn Sterk  Britaniya Kolumbiyası Yaşıllar Partiyasının lideri  
  Robert Stedvord Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti  
  Su Guaninq Nanyanq Texnologiya Universitetinin prezidenti  
  Uolles Sterlinq Stenford Universitetinin sabiq prezidenti  
  Riçard Teylor fizika üzrə Nobel mükafatı laureatı  
  Raymond Lemye kimya üzrə Volf və Albert Eynşteyn Dünya elmləri mükafatları laureatları  
  Natan Braun yazıçı  
  Artur Krüqer yazıçı  
  Timoti Teylor yazıçı  
  Brayan Treysi yazıçı  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - � 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov