Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - �01

 

Monitorinq və qiymətləndirmə

PISA 2009 beynəlxalq tədqiqatının nəticələri barədə

 

2009-cu ildə  65 ölkənin 470 min 15 yaşlı şagirdinin  cəlb olunduğu PISA  beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycanın 162 məktəbini təmsil edən 4716 nəfər şagird  iştirak etmişdir. Beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edən ölkələrin sırasına Amerika Birləşmiş Ştatları, Kanada, Meksika, Yaponiya, Koreya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İrlandiya, İsveçrə, Lüksemburq, Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan,  Çex Respublikası, Macarıstan, Polşa, Türkiyə, İsrail və digərləri, eyni zamanda 6 postsovet (Rusiya Federasiyası, Latviya, Litva, Estoniya, Qazaxıstan, Qırğızıstan) dövlətləri  daxildir.

Devizi "Yaşamaq üçün öyrənmək" olan PISA beynəlxalq qiymətləndirmə tədqiqatı 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri  üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları  problemləri həll etmək üçün  istifadə etmək bacarığını  yoxlayır.

PISA qiymətləndirmə proqramının hər layihəsində qeyd olunan üç fəndən biri əsas hədəf kimi  götürülür. PISA beynəlxalq proqramının  Azərbaycanın ilk dəfə qoşulduğu 2006-cı il layihəsində əsas hədəf  təbiət elmləri idi, 2009-cu il tədqiqatını isə ölkələrin oxu üzrə nəticələri maraqlandırırdı. Təbiidir ki, bu sahə üzrə hazırlanan qiymətləndirmə vasitələri də məzmun və səviyyə tələbləri baxımından təbiət elmləri və riyaziyyat üzrə bacarıqları yoxlayan qiymətləndirmə vasitələrindən fərqlənirdi.

Oxu  bəzən təhsil ictimaiyyəti tərəfindən  bədii qiraət, hərfləri tanımaq, sözləri düzgün tələffüz etmək, şifahi nitq vərdişlərinə yiyələnmək kimi qəbul edilir. Əslində isə  beynəlxalq təcrübədə  oxu bir fənn kimi şagirdin qavrama, mətnlərdən məlumat əldə edərək əlaqələndirmə, izahetmə, təhliletmə və dəyərləndirmə bacarıqlarını inkişaf etdirən sahədir. Beynəlxalq qiymətləndirmədə iştirak edən ölkələrin  çoxunda həm  ibtidai təhsil pilləsində, həm də yuxarı siniflərdə qavramanı inkişaf etdirmək məqsədilə eyni adlı və məzmunlu fənn tədris olunur ki, proqramın qiymətləndirmə səviyyələri də məhz həmin məzmuna uyğun formalaşdırılır.

PISA 2009 beynəlxalq tədqiqatında oxu üzrə bacarıqlar sözlü və işarəli mətnlər bölgüsü altında üç  istiqamətdə beş əsas, iki yarımsəviyyələr üzrə yoxlanılıb: 

1. Məlumat əldə etmə

2. Əlaqələndirmə  və izah etmə

3. Təhliletmə və dəyərləndirmə 

1-ci yarımsəviyyə. Şagirdlər  qısa mətndə bir məlumatı tapır, verilmiş illüstrasiyalar və təkrarlar şagirdə əlavə material kimi  kömək edir. Mətn əsasında verilən suallarda fikir  ziddiyyəti olmur, şərh etmək üçün bir-birinə yaxın  cümlələrdəki  məlumatlar əlaqələndirilir.

2-ci yarımsəviyyə. Şagirdlər mətndə  bir və ya daha çox  məlumatı tapır, əsas mövzunu və müəllifin məqsədini  müəyyənləşdirir, mətndə olan məlumatlarla ümumi həyati bacarıqları əlaqələndirir. Suallar mətndə xüsusilə nəzərəçarpan məlumatlar əsasında tərtib edilir, suallara cavab vermək üçün mətndəki  yardımçı ifadələrdən istifadə etmək imkanı olur.

2-ci  əsas səviyyə. Şagirdlər dərketmə tələb edən  bir və ya bir neçə  məlumatı tapır, əsas fikri anlayır, ayrı-ayrı hissələri arasında əlaqəni müəyyənləşdirir, məlumatları  müqayisə edərək, qarşılaşdıraraq şərh edir. Mətni dərk etmək üçün təsvir edilmiş hadisələri şəxsi təcrübə və münasibətlərlə əlaqələndirir. Axtarılan məlumat aydın verilmir və mətndə bəzi  ziddiyyətli fikirlər olur.

3-cü əsas səviyyə. Şagirdlər mətnin müxtəlif  hissələri arasında əlaqə yarada bilir, əsas fikri tutmaq  üçün  hissələri əlaqələndirir, şərh edir. Mətnin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır və  səciyyələndirir, tanış olmayan  uzun və mürəkkəb mətnləri müfəssəl şəkildə  və dəqiq anladığını  göstərir. Müəllifin fikirlərini  inkişaf etdirən  mühakimələri və  fərziyyələri müəyyən etmək üçün şagirdlər  mətndə verilmiş xüsusi məlumatlara əsaslanır. Mətnin dərk edilməsi üçün şagirddən  əlaqələndirmə, müqayisə etmə  və izah etmə bacarıqları tələb edilir. Bəzi tapşırıqlar şagirdlərə  tanış olan gündəlik həyati  biliklərə,  bəziləri isə o qədər də tanış olmayan biliklərə əsaslanır.

4-cü əsas səviyyə. Şagirdlər açıq və aydın verilməyən məlumatları taparaq əlaqələndirir. Bəzi tapşırıqlar şagirddən  mətndəki  tam  məlumatı anlamaq üçün sətiraltı verilmiş mənanı  başa düşməyi tələb edir. Digər  tapşırıqlar isə  şagirddən  tanış olmayan mövzu üzrə mətni anlamağı  tələb edir. Şagird məzmun və forma  baxımından tanış olmayan uzun və mürəkkəb mətnləri müfəssəl və dəqiq şəkildə başa düşdüyünü göstərir.

5-ci əsas səviyyə. Şagirdlər mətndəki o qədər də gözə çarpmayan  məlumatları tapır və digər oxşar məlumatlarla  əlaqələndirir, mətnin dərk edilməsi üçün akademik biliklərdən  istifadə edilir. Verilən suallar əsasında məzmun və forma  baxımından tanış olmayan mətndə ziddiyyətli  anlayışlar tapılır və şərh edilir.

6-cı əsas səviyyə. Şagird bütövlükdə mətni və onun ayrı-ayrı hissələrini dəqiq, ən xırda təfərrüatına qədər şərh edə bilir.  Şagird bir neçə mətn arasındakı əlaqəni müfəssəl şəkildə anladığını nümayiş etdirir. Öz fikirlərini ifadə etmək üçün mücərrəd anlayışlardan istifadə edir, məzmun və forma  baxımından tanış olmayan mürəkkəb mətnə tənqidi qiymət verməyi bacarır, oxuduğu mətnə müxtəlif nöqteyi-nəzərdən  yanaşaraq  fərziyyələr  irəli sürür.

Qeyd edək ki, PISA beynəlxalq qiymətləndirməsində  göstərilən bu səviyyələrin üç, dörd, beş və altıncısına uyğun gələn cavablar müsbət qəbul edilir.

PISA 2009-un  hesabatından görünür ki, ilk yerləri tutan ölkə  şagirdlərinin 80%-dən çoxu yalnız üçüncü və  dördüncü səviyyəyə uyğun  sualları düzgün cavablandırıb, orta hesabla 0,8 %-i  isə   6-cı səviyyə üzrə suallara düzgün cavab verə bilib.

Təhlillər göstərir ki, ayrı-ayrı ölkələrin oxu  üzrə nəticələri 2006-cı il ilə  müqayisədə  fərqli olmuşdur. Belə ki, Koreya, Finlandiya, Kanada, Polşa, Lixtenşteyn, İsveç, Böyük Britaniya, Portuqaliya, Sloveniya, İspaniya, Çex Respublikası, Xorvatiya, Lüksemburq, Avstriya, Litva şagirdlərinin oxu üzrə nəticələrində geriləmə olmuşdur, bunun əksinə olaraq, 2000-ci ildən beynəlxalq qiymətləndirmə tədqiqatına qoşularaq 4 qiymətləndirmə layihəsində iştirak edən  Yaponiya, Avstraliya, Niderland, Belçika, Norveç, İsveçrə, İslandiya, Almaniya, Fransa, Danimarka, Macarıstanın  nəticələrində  irəliləyiş hiss olunur.

Beynəlxalq qiymətləndirməyə 2006-cı ildən qoşularaq layihədə yalnız iki dəfə iştirak edən  Azərbaycan məktəbliləri daha çox birinci, ikinci yarım və əsas səviyyələrə uyğun sualları cavablandıraraq  müsbət  cavablara görə üç istiqamət üzrə 61-64-cü  yerləri tutub. Bu da onu göstərir ki, şagirdlərimiz  yardımçı vasitələrdən  istifadə edərək informasiyanı real hadisələrlə əlaqələndirə bilir, yəni açıq məzmunlu mətnlərdə bilikdən bacarığın bilmə, anlama, dərketmə, müqayisə və qarşılaşdırma mərhələlərində istifadə edir, lakin irihəcmli və aydın olmayan mətnlərdə sətiraltı verilmiş gizli məlumatları müəyyənləşdirmək, müqayisə etmək, şəxsi təcrübə ilə əlaqələndirməkdə çətinlik çəkirlər. Azərbaycan şagirdləri 4-cü səviyyə üzrə 0,5%, 3-cü səviyyə üzrə 5,3%, ikinci səviyyə üzrə 21,5%,  ikinci yarımsəviyyə üzrə 36,9%, birinci yarımsəviyyə üzrə 26,1% nəticə göstəriblər.

Ayrı-ayrı ölkələrin riyaziyyat və təbiət elmləri sahəsindəki nəticələrində də eyni vəziyyət özünü göstərir. Koreya, Niderland,Yeni Zelandiya, Belçika, Avstraliya, Estoniya, Danimarka, Sloveniya, Avstriya, İsveç, Çex Respublikası, Böyük Britaniya, Macarıstan, Lüksemburq, İrlandiya, Latviya, Litva, Xorvatiya, İndoneziya məktəblilərinin  riyaziyyat üzrə nəticələrində geriləmə, Lixtenşteyn, İsveçrə,Yaponiya, Almaniya, İslandiya, Norveç, Fransa, Slovakiya Respublikası, ABŞ, Portuqaliya, İspaniya, İtaliya, İsrail,Türkiyə məktəblilərinin  riyaziyyat üzrə nəticələrində isə  irəliləmə   olmuşdur.

Azərbaycan şagirdləri isə 2006-cı il ilə müqayisədə riyaziyyatdan qiymətləndirmənin yüksək səviyyələrinə cavab verməkdə  bir neçə pillə aşağı düşsə də (reytinqdə 45-ci), ümumi nəticələrə görə  şagird nailiyyətlərində o qədər də böyük dəyişiklik müşahidə edilmir.

Sadə sualları cavablandırmağı, məsələnin həllində  alqoritmlərdən, düstur və  üsullardan istifadə etməyi və birbaşa cavabı çıxarılan misal və məsələləri həll etməyi, müxtəlif nümunələrdən istifadə etməyi tələb edən  ümumi göstəricilər üzrə 2006-cı və 2009-cu ilin nəticələri  bir o qədər də fərqlənmir.

Riyaziyyat üzrə Azərbaycan şagirdləri 6-cı səviyyə üzrə 0,2 %, 5-ci səviyyə üzrə 0,9%, 4-cü səviyyə üzrə 3,6%, 3-cü səviyyə üzrə 14,80%, ikinci səviyyə üzrə 35,3%, birinci səviyyə üzrə 33,8% nəticə göstəriblər.

Təbiət elmləri üzrə nəticələrimizdə də böyük dəyişiklik olmayıb. Şagirdlərimiz  anlayışlardan və elmi faktlardan istifadə edə bilsələr də, onlara tanış olmayan situasiyalarda problemin həllini tapmaqda çətinlik çəkirlər.

Azərbaycan şagirdləri 4-cü səviyyə üzrə 0,8%, 3-cü səviyyə üzrə 6,7%, ikinci səviyyə üzrə 22,4%, birinci səviyyə üzrə 38,5%, birincidən  aşağı səviyyə üzrə 19,7% nəticə göstəriblər. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri,
filologiya elmləri doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov