Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Monitorinq və qiymətləndirmə

Gəncə şəhəri  ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının
keyfiyyət göstəricilərinə görə təhlili

 

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Gəncə şəhəri ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır.

2009-2010-cu dərs ilində şəhərin 46 tam orta ümumtəhsil məktəbində 2765 şagird təhsil almışdır. Onların 2713-ü (98,12%) buraxılış imtahanlarında iştirak etmiş və 2385 nəfəri (86,26%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 2713 şagirddən  1405 nəfəri oğlan, 1308 nəfəri isə qızdır. Şagirdlərin 2025-i Azərbaycan bölməsinin, 688 nəfəri isə rus bölməsinin şagirdidir. 6 nəfər şagird (Gəncə şəhər 31, 2, 13, 26, 39, 41 nömrəli ümumtəhsil məktəbləri) bütün fənlərdən "5" qiymət, 8 nəfər şagird (Gəncə şəhər 11, 27, 29, 5, 8, 25, 31, 33 nömrəli ümumtəhsil məktəbləri) isə bütün fənlərdən "2" qiymət almışdır. Gəncə şəhərinin səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, ana dili, fizika və kimya fənlərindən keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən aşağı, qalan bütün  fənlərdən isə keyfiyyət göstəriciləri  respublika  üzrə  göstəricilərdən  yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  Gəncə şəhər ümumtəhsil məktəblərinin keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Riyaziyyat və xarici dil fənlərindən az da olsa yüksəlişin, əksinə ana dili, fizika, Azərbaycan tarixi, coğrafiya, kimya, biologiya fənlərindən isə geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə Gəncə şəhəri üzrə yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  3,38% aşağı düşmüşdür. 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun keyfiyyət göstəriciləri

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda Gəncə şəhərində Azərbaycan tarixi, biologiya və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə coğrafiya, riyaziyyat fənlərindən 23 məktəbin (50,00%), ana dili, Azərbaycan tarixi, fizika fənlərindən 24 məktəbin (52,17%), biologiya fənnindən 21 məktəbin (45,65%), kimya və xarici dil fənlərindən isə 22 məktəbin (47,83%) keyfiyyət göstəricisi şəhər üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Gəncə şəhərinin tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

  (Cədvəli yüklə)

Cədvəldən göründüyü kimi, Gəncə şəhər M.Mehdizadə adına 4  nömrəli və Gəncə şəhər 30 nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 13 və 21-ci yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 1 və 3-cü yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Gəncə şəhər 26 və 11 nömrəli orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 2 və 3-cü yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 12 və 8-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli orta məktəbdən 138 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 14,71 suala (58,84%), riyaziyyatdan 13,91 suala  (55,65%), Azərbaycan tarixindən 9,14 suala  (60,97%), fizikadan 4,48 suala  (44,78%), kimyadan 5,98 suala (59,78%), biologiyadan 5,74 suala  (57,39%), coğrafiyadan 5,91 suala  (59,06%), xarici dildən isə 9,01 suala (60,10%) düzgün cavab vermişdir.

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli orta məktəbdən 98 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 14,40 suala  (57,59%), riyaziyyatdan 13,26 suala (53,02%), Azərbaycan tarixindən 9,83 suala (65,51%), fizikadan 4,55 suala (45,51%), kimyadan 5,36 suala  (53,57%), biologiyadan 5,80 suala  (57,96%), coğrafiyadan 6,39 suala  (63,88%), xarici dildən isə 8,82 suala  (58,78%) düzgün cavab vermişdir.

Gəncə şəhər 21 nömrəli orta məktəbdən 40 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 9,85 suala  (39,40%), riyaziyyatdan 9,85 suala  (39,40%), Azərbaycan tarixindən 7,25 suala (48,33%), fizikadan 3,05 suala  (30,50%), kimyadan 3,23 suala  (32,25%), biologiyadan 3,08 suala  (30,75%), coğrafiyadan 3,90 suala  (39,00%), xarici dildən isə 5,15 suala  (34,33%) düzgün cavab vermişdir.

Gəncə şəhər 43 nömrəli  orta məktəbin nəzdində axşam siniflərindən 26 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 7,04 suala  (28,15%), riyaziyyatdan 7,73 suala  (30,92%), Azərbaycan tarixindən 6,62 suala  (44,10%), fizikadan 2,81 suala  (28,08%), kimyadan 3,46 suala (34,62%), biologiyadan 3,58 suala (35,77%), coğrafiyadan 4,08 suala  (40,77%), xarici dildən isə 5,31 suala  (35,38%) düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin şəhərin göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdən  daha aydın görünür. 

Gəncə şəhəri və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Gəncə şəhəri və Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Gəncə şəhəri və Gəncə şəhər 21 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Gəncə şəhəri və Gəncə şəhər 43 nömrəli orta məktəbin axşam siniflərinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Gəncə şəhər ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, şəhər üzrə orta statistik şagird ana dili fənnindən sualların 50,04%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 53,71%, rus bölməsinin düzgün cavabları isə 55,08% olmuşdur, bu da şəhər üzrə göstəricidən yuxarıdır. Əksinə, Azərbaycan bölməsinin və oğlanların göstəriciləri şəhər üzrə göstəricidən aşağıdır. Cədvələ nəzər salsaq bütün 8 fəndən qızların göstəricilərinin oğlanların və şəhərin göstəricilərindən daha yaxşı olduğunu görürük. Bu, aşağıdakı diaqramdan daha aydın görünür.

Azərbaycan və rus bölmələri üzrə keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı diaqramdan aydın görünür.

Göründüyü kimi, yalnız Azərbaycan tarixi fənnindən Azərbaycan bölməsində təhsil alan şagirdlərin keyfiyyət göstəricisi qismən yüksəkdir, qalan bütün fənlərdən isə rus bölməsinin keyfiyyət göstəriciləri daha yaxşıdır.

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə bəzi fənlərdən "2" qiymət alanların faiz göstəricilərinin aşağı düşdüyünü, müəyyən fənlərdən isə faiz göstəricilərinin yüksəldiyini müşahidə edirik. "2" qiymət alanların sayı ana dilindən 3,097%, kimyadan 1,62%, Azərbaycan tarixindən 0,60%, biologiyadan 1,21% artmışdır, əksinə, fizikadan 0,18%, riyaziyyatdan 3,81%, coğrafiyadan 0,04% və xarici dildən 1,35% azalmışdır. Ümumiyyətlə, 2008-2009-cu dərs ilində 3049 şagirddən 2997 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 2071-i, yəni 69,10%-i, 2009-2010-cu dərs ilində isə 2765 şagirddən 2713 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 1830-u, yəni 67,45%-i müvəffəqiyyət qazanmışdır. Son nəticədə 2008-2009-cu dərs ili ilə müqayisədə Gəncə şəhəri üzrə müvəffəqiyyət faizinin 1,65% aşağı düşdüyünü görürük. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.

  (Cədvəli yüklə)

Təhsil Nazirliyi Monitorinq
və qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov