Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında riyaziyyat
fənni üzrə nəticələr barədə

 

Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə sənədində ümumtəhsil məktəblərində riyaziyyat fənninin əhəmiyyəti, məqsəd və vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Bu, şəxsiyyətin formalaşmasında müstəsna rola malikdir.

Riyaziyyat zehni inkişafın əvəzedilməz bir vasitəsidir. Riyaziyyat məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində müstəsna rol oynayır. Riyazi məşğələlər  şagirdlərin məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, fəza təsəvvürlərini inkişaf etdirir. Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Riyaziyyatda istifadə olunan riyazi dil şagirdlərdə dəqiqlik, nitqdə daha münasib olan vasitələr seçməklə fikri daha dolğun ifadə etmək bacarıqlarını inkişaf etdirir. Situasiyaların düzgün təhlil olunması, məntiqi təhlilin qurulması, mühakimə aparılması yolu ilə məlum olan faktlardan nəticənin çıxarılması, məlum olandan məlum olmayanı, təhlil, təsnifat apara bilmək, hipotez irəli sürmək yolu ilə onu isbat və ya inkar etmək və s. bu kimi keyfiyyətlər riyaziyyatın öyrənilməsi prosesində mənimsənilir.

Riyaziyyat şəxsi keyfiyyətlərin formalaşdırılmasında mühüm vasitədir. Riyaziyyat şəxsiyyətin ümumi inkişafına müsbət təsir göstərməklə yanaşı, onun xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin inkişafına təsir göstərir.

Riyaziyyat müasir ixtisas sahələrinin çoxu ilə birbaşa bağlıdır. Baza riyazi hazırlığı olmadan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu fizik, kimyaçı, mühəndis, psixoloq, iqtisadçı, biznesmen və s. ixtisas sahibi kimi formalaşdırmaq mümkün deyil. Ali məktəblərdə tədris olunan riyaziyyat kursları orta məktəb riyaziyyat kursunun üzərində qurulur. Buna görə də müvafiq ixtisaslara yiyələnmək arzusunda olan şagirdlər gələcək peşələrində riyaziyyatın rolunu  başa düşür, ona daha çox diqqət yetirirlər.

Hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə riyaziyyatla qarşılaşır. Riyazi bilik və bacarıqların olmasından faydalanır. Riyazi biliklərə malik olmaq müasir texniki vasitələrlə davranmağı, müxtəlif sosial-iqtisadi və siyasi informasiyaların əldə edilməsini və qavranılmasını asanlaşdırır. Rasional ədədlər üzərində əməlləri, tənasübü, sadə tənliklərin həllini, sadə həndəsi fiqurlar haqqında anlayışları, bucaqların və sahələrin ölçülməsini, cədvəl, diaqram və qrafik şəklində verilmiş məlumatları oxumağı, təsadüfi hadisələrin ümumi  qanunauyğunluqlarını  və s.  bilmədən  müasir cəmiyyətdə normal yaşamaq mümkün deyil.

Riyaziyyat dünya mədəniyyətinin tərkib hissəsidir. Riyaziyyat bir elm olmaqla insanların əməli fəaliyyətindən doğan tələbat kimi yaranaraq öz daxili qanunauyğunluqları ilə inkişaf edir. Gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və texnologiyaların  təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir, şagirdlərin elmi, tarixi biliklərinin genişlənməsinə, riyaziyyatın ümumbəşər mədəniyyətinin bir hissəsi kimi qavranılmasına imkan yaradır.

Bunlar ümumtəhsil məktəblərində tədris olunan fənlər arasında riyaziyyatın yerini müəyyən etməklə yanaşı, onun tədrisi qarşısında qoyulan əsas məqsədləri ümumi şəkildə müəyyənləşdirməyə imkan verir.

Əsas məqsədlər:

riyaziyyatın gerçəkliyi təsviretmə və dərketmə metodu olması  barədə təfəkkür tərzi formalaşdırmaq;

riyaziyyatın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olması barədə təsəvvürlər yaratmaq;

təhsili davam etdirmək, digər fənləri öyrənmək, praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaratmaq.

Bütün bu məqsəd və ondan doğan vəzifələr Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada  keçirilmiş buraxılış imtahanları üçün qiymətləndirmə vasitələri hazırlanarkən rəhbər tutulub. 2009-2010-cu tədris ilinin riyaziyyat fənnindən məzunlara təklif olunmuş test tapşırıqlarının təhlilinə nəzər salaq. Qeyd etmək lazımdır ki, tərtib olunmuş test tapşırıqları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş dərsliklər və tədris proqramları əsasında hazırlanmışdır.

1.   ifadəsinin qiymətini tapın.

Bu VII sinif həcmində olan "Kəsrlərin ixtisarı və müxtəsər vurma düsturları" fəslinə aid səviyyəcə orta sayıla bilən test tapşırığıdır. Tapşırıq məzunların hesablama qabiliyyətini və müxtəsər vurma düsturlarını tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədi daşıyır. 52% şagird bu suala müsbət cavab vermişdir.

Düzgün cavab: C 

2. 40 ədədi 160-ın neçə faizidir? 

A)55%   B)15%   C)30%   D)40%   E)25%

VI sinif həcmində olan "Faiz" fəslinə aid səviyyəcə sadə sayıla bilən test tapşırığıdır. İki ədədin faiz nisbətinin tapılması qaydasına görə olar. Məqsəd şagirdlərin "faiz" fəslini necə mənimsədiklərini yoxlamaqdır. 80% şagird bu suala düzgün cavab vermişdir.

Düzgün cavab: E

Buraxılış və sınaq imtahanları üçün test tapşırıqlarının hazırlanması sahəsində daim yeni-yeni işlər görülür, qiymətləndirmə vasitələri yeniləşir və təkmilləşir. 2010-2011-ci dərs ilində XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış və sınaq imtahanlarında riyaziyyat fənnindən sualların sayı 21 (15+6) olacaqdır. 

Təhsil Nazirliyi Monitorinq və
qiymətləndirmə şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov