Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Ulyanovsk vilayətinin qubernatoru Heydər Əliyev Fondunun rəhbərliyinə əməkdaşlığa görə təşəkkür edir

 

Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov AzərTAc-ın müxbirinə eksklüziv müsahibəsində demişdir: "Azərbaycanla bizim çox səmimi münasibətlərimiz vardır. Biz xalqınızın ümummilli lideri Heydər Əliyevi yaxşı xatırlayırıq və ən çətin vaxtda - hələ 1983-cü ildə çoxlu sayda insanın həlak olması ilə üzləşdiyimiz bir dövrdə buraya gəldiyinə və bizim bu bəladan tezliklə yaxa qurtarmağımıza kömək etdiyinə görə ona ürəkdən minnətdarıq. Biz keçən il onun şərəfinə iki prezidentin - Dmitri Medvedevin və İlham Əliyevin iştirakı ilə şəhərimizdə Heydər Əliyev meydanı açdıq".

Sergey Morozov demişdir: "Biz Azərbaycanın indiki Prezidentinin xanımı Mehriban Əliyevaya da ürəkdən minnətdarıq. O, keçən il 1 sentyabr ərəfəsində Ulyanovsk şəhərinin ən gözəl məktəblərindən birinin bərpasında bizə kömək etmişdir. Bu məktəb ən müasir texnika ilə tam həcmdə təchiz edilmişdir. Məktəb praktiki olaraq yenidən tikilmiş, orada çox gözəl bir muzey yaradılmışdır. Bu muzeyə müxtəlif millətləri təmsil edən çoxlu sayda insan gəlir. Hesab edirəm ki, bizim yaxşı perspektivləri olan kifayət qədər mehriban münasibətlərimiz vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Ulyanovska gəldiyinə görə biz ona səmimi təşəkkür edirik. Burada həm məktəbin abadlaşdırılması ilə, həm də Azərbaycan milli-mədəni muxtariyyətindən olan azərbaycanlı uşaqlara yardım göstərilməsi ilə əlaqədar bir neçə layihəmiz vardır".

Qubernator nəzərdə tutulan müştərək layihələr haqqında sualı şərh edərkən bildirmişdir ki, Leyla Əliyevanın Ulyanovska səfərinin gedişində bir neçə layihənin həyata keçirilməsi məsələsi müzakirə edilmişdir. O demişdir: "Lakin biz indi həmin layihələr barədə danışmayacağıq. Bunun səbəbi çox sadədir - həmin layihələr hələlik rəsmən elan edilməmişdir. Lakin bu gün Ulyanovskın MDB məkanında mədəni hadisələr marafonunun keçiriləcəyi ərazi kimi tanınması çox cəhətdən sizin dövlətinizin sayəsində mümkün olmuşdur. Ona görə ki, Azərbaycan səfiri Polad Bülbüloğlu vilayətimizin MDB məkanında mədəni tədbirlər keçirilməsi üçün əsas mərkəzə çevrilməsinə çox fəal kömək etmişdir".

Sergey Morozov Ulyanovsk vilayətinin iqtisadi potensialının Azərbaycanın Moskvadakı səfirliyində təqdimatının praktiki davamı olub-olmaması barədə sualın cavabında demişdir: "Bir şeyi deyə bilərəm, Rusiya Federasiyasının iqtisadiyyatına Azərbaycan Respublikası tərəfindən sərmayə qoyuluşunun nisbi payına görə biz Rusiyada ən birincilər sırasındayıq".

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov