Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Musiqi dərslik komplekti barədə

 

Təhsil sisteminin yeni inkişaf istiqamətlərini özündə ehtiva edən Milli Kurikulum sənədində  musiqi kurikulumu da mühüm konsepsiya kimi irəli sürülmüşdür. Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm ruhunda  tərbiyəedici təsir qüvvəsinə görə bu fənn çox böyük əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, musiqinin dili, onun insan psixologiyasına  təsiri çox sadədir, tərcüməçi, vasitəçi tələb etmir, yaşından, intellektindən asılı olmayaraq, hər kəsin musiqiyə mənəvi ehtiyacı var.

Ümumtəhsil məktəblərində musiqi təlimi

nin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir.

Təbii ki, bu istiqamətlər 1-ci sinifdən 3-cü sinfədək musiqi fənni üzrə məzmun xətlərində, nəzəri-praktik  materiallarda  öz əksini tapmışdır. Bütün materiallar, mövzular sadədən mürəkkəbə doğru prinsipi əsasında verilmişdir. İstər bəstəkar, istər xalq, istərsə də klassik musiqi haqqında verilən məlumatlar, nümunələr, həmçinin musiqi nəzəriyyəsi haqqında ilkin bilgilər, musiqi janrları və onlara aid nümunələr  şagirdləri  musiqi aləminə aparmaqla yanaşı, həm də onların özü tərəfindən musiqi əsərinin dəyərləndirilməsi, estetik dünyagörüşünün formalaşması həyata keçirilir. Musiqinin qavranılması  şagirdin mənəvi aləminin zənginləşməsinə, hiss və duyğularının formalaşmasına, emosional fəaliyyətinin meydana çıxmasına şərait yaradır.

İbtidai sinif müəllimi kimi hər gün bu hiss və duyğularla təmasda musiqi dərslərində şagirdlərin yüksək əhvali-ruhiyyəsinin şahidi olduğum üçün deməliyəm ki, musiqi dinləmək, musiqili-ritmik hərəkətləri icra etmək, uşaq musiqi alətlərində çalmaq, sujetli musiqiləri, mahnıları səhnələşdirmək və ya ifa etmək onların şəxsiyyət kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Amma gəlin görək rayon, kənd məktəblərində musiqi dərslərinin musiqi fənn kurikulumunun məzmun xətlərindən irəli gələn prinsiplərin və ya vəzifələrin həyata keçirilməsi baxımından  təşkili üçün lazım olan şərait varmı? Musiqi dərslik komplekti, yəni dərslik, iş dəftəri və müəllim üçün vəsait çox gözəldir. Yeni təlim texnologiyaları əsasında  yüksək səviyyəli dərs qurmaq üçün bu vəsaitlərdə həqiqətən zəngin materiallar, təlim üsulları var. Təəssüf ki, əyalət müəlliminin sinifdə hər şeyi yoxdur. Dərslikdə verilmiş hansısa mahnını və ya musiqini dinləməyə, çalmağa ən adi bir maqnitofon, ya bir musiqi aləti yoxdur. Nəzərə alsaq ki, rayonlarda 1-ci sinfə gələn uşaq əsasən bağçadan deyil, ailədən gələcək və onun musiqidən heç bir anlayışı yoxdur, təbii ki, belə halda yüksək səviyyəli dərs qurmaq daha da çətinləşir.

Ümumiyyətlə, bu yaşda uşaqların şifahi nitqi də o qədər inkişaf etmədiyindən, hətta 3-cü sinifdə bir çoxları verilən terminləri nəinki öyrənə, çoxları heç düzgün tələffüz edə bilmir. Həftədə 1 saat tədris olunan dərsdə onlara nəzəri bilikləri mənimsətmək, hansısa mahnı mətnlərini əzbərlətmək, mənə elə gəlir ki, dərsin səmərəliliyini aşağı salır. Uşaq mahnılarından ibarət disklər məktəblərə göndərilsə, məktəbdə təlimin texniki  vasitələri olsa, əlbəttə, biz də öz işimizin öhdəsindən daha yaxşı gələrik.

Təklifim nədir?

1. Kənd rayonlarında mövcud uşaq bağçalarında musiqi məşğələləri ixtisaslı tərbiyəçilər tərəfindən aparılsın və bağçaların uşaq musiqi alətləri ilə təchizatı yaxşılaşdırılsın.

2. Məktəblərə, heç olmasa dərslikdə verilmiş musiqi nümunələrindən ibarət kompakt-disklər göndərilsin.

Bu, əyaniliyi qismən təmin etmiş olar.

3. Musiqi dərsliyinin dili və verilmiş musiqi terminləri uşaqların yaş səviyyəsinə, mövzular isə mövcud bazaya uyğunlaşdırılsın.

İnanırıq ki, müəlliflər bütün bunları nəzərə alaraq dərslik komplekti üzərində yenidən işləyərkən daha mükəmməl, sadələşdirilmiş, şagirdlərin hazırlıq səviyyəsini dəyərləndirərək, kənd məktəblərinin mövcud bazasını nəzərə alaraq musiqi fənn kurikulumunu əks etdirən bir dərslik hazırlayacaqlar. 

Fənarə HÜSEYNZADƏ,
Beyləqan rayonu R.Abbasov adına şəhər
4 nömrəli orta məktəbin ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov