Bakı Biznes
Məktəbində (BBM) işgüzar ingilis dili
proqramının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər
verir ki, BBM-in direkor müavini Anar Həsənov
tədbirdə məktəbin yaranması, fəaliyyəti, təşkil
etdiyi təlimlər haqqında danışmışdır.
Bildirilmişdir ki, BBM-in təqdim etdiyi təlimlər
əhalinin bütün kateqoriyaları üçün nəzərdə
tutulmuşdur.
Analitik
şöbənin müdiri, işgüzar ingilis dili üzrə
kurator Fariz Cəfərov proqram haqqında ətraflı
məlumat vermişdir. BBM-də bu proqram üzrə
növbəti təlimə qəbul elan edildiyini bildirən
F.Cəfərov proqramda diqqətçəkən məqamın
Azərbaycanda təlimlərin ilk dəfə xarici
ölkələrdə, o cümlədən ABŞ və Böyük Britaniyada
MBA təhsili almış və biznes sahəsində çalışan
müəllimlər tərəfindən aparılacağını
vurğulamışdır.
Qeyd
edilmişdir ki, kurslar nəzəri və praktik
hissədən ibarət olmaqla beynəlxalq təcrübə
əsasında ən yeni innovativ metodlarla
aparılacaqdır. Kursun sonunda iştirakçılara
sertifikat veriləcəkdir.
Tədbirdə kurs
haqqında iştirakçıları maraqlandıran suallar
cavablandırılmışdır. |