Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Strateji  planlaşdırma mexanizmi və onun tətbiqi

 

(Əvvəli qəzetimizin ötən nömrəsində) 

Strateji və fəaliyyət planlarının qarşılıqlı əlaqəsi, onların təhsil sistemində əhəmiyyəti və hazırlanma prosedurları. Strateji planlaşdırma təşkilatın məqsədləri və potensial imkanlarını nəzərə almaqla həlledici qərarların qəbul edilməsində, mövcud problemlərin və imkanların proqnozlaşdırılmasında mühüm vasitə hesab olunur.   Belə ki, təhsil müəssisəsinin inkişaf rejimi şəraitində fəaliyyət göstərməsi və keyfiyyətin ümumi idarə olunması sisteminin mühüm tərkib hissəsi müəssisənin inkişaf planının - strateji planın işlənib hazırlanmasıdır. Hazırda təhsil müəssisələrində illik fəaliyyət planları hazırlanır. Lakin dünyanın bir çox inkişaf etmiş ölkələrinin təhsil müəssisələrində perspektiv istiqamətləri müəyyənləşdirmək üçün strateji planlar hazırlanır və həmin planlarda əldə olunacaq nəticələr öz əksini tapır. Bu baxımdan müasir dünya təcrübəsinə əsaslanaraq təhsil müəssisələrində strateji planların və onun tərkib hissəsi olan illik fəaliyyət planlarının hazırlanması məqsədəuyğun hesab olunur.

Strateji plan strategiyanın ayrı-ayrı məqsədlərinə müəyyən müddətdə (3-5 il müddətində) nail olmanı nəzərdə tutan ətraflı plandır və bu planın hazırlanması gələcəyə ciddi və sistemli hazırlıq deməkdir. Strateji planda problemlər və perspektivlər təhlil edilir, müvafiq müddətə (3-5 ilə) vacib tədbirlər dairəsi müəyyənləşdirilir. Strateji plan inkişafyönümlü xarakterdə olmalı, perspektivlərin müəyyənləşdirilməsinə zəmin yaratmalı, potensial imkanları nəzərə almalı, geniş məlumatlara və göstəricilərə əsaslanaraq tərtib olunmalıdır.

Strateji planlar elə hazırlanmalıdır ki, onlar uzun müddət ərzində özlərini doğrultmaqla yanaşı çevikliyini saxlaya bilsin. Bu ona görə vacibdir ki, strateji plan cəmiyyətdə baş verə biləcək dəyişikliklərə uyğun olmalıdır. Bu plana bir inkişaf proqramı kimi baxmaq lazımdır ki, həmin proqram təşkilatın fəaliyyətini uzun müddət ərzində istiqamətləndirir.

Yuxarıda qeyd olunan fikirləri nəzərə alaraq, strateji planın hazırlanması qaydasını nəzərdən keçirək. Bu baxımdan strateji plan aşağıdakı mərhələlərə müvafiq olaraq hazırlanır:

1. Strateji planın hazırlanmasında ilkin tapşırıq təşkilatın "missiya"sını müəyyənləşdirməkdir. Missiya fəaliyyətin ümumi məqsədini və səbəbini əks etdirən bir məfhumdur. Təşkilatda çalışan və onun fəaliyyətinə cəlb olunan insanlarda maraq oyatmaq üçün həmin təşkilatın ümumi məqsədi "missiya"da xüsusi şəkildə əks olunmalıdır. Hər hansı bir təhsil müəssisəsinin missiyasını müəyyənləşdirərkən həmin missiyada əsasən fəaliyyətin məqsədi, fəaliyyətin səbəbi (işin nə üçün edildiyi) və işin kim üçün edildiyi kimi vasitələr öz əksini tapmalıdır. Misal: Məktəblərimizin missiyası şagirdlərin fərdi tələbatlarını ödəmək və potensial imkanlarından tam istifadə etmək məqsədilə bacarıqlarını inkişaf etdirməsidir.

2. Strateji planın ikinci elementi perspektivlər və onların müəyyənləşdirilməsidir. Perspektivlər təşkilatın cari vəziyyətinin gələcəkdə təkmilləşdirilməsini əks etdirir və əldə olunacaq nəticələr perspektiv nöqteyi-nəzərindən müəyyənləşdirilir (yəni təşkilatın 5 və ya 10 ildən sonra hansı səviyyədə olması müəyyənləşdirilməlidir). Misal: Məktəblərimizin perspektivi təhsil almağa meyilli olan yüksək savada malik, bilikli şagirdlər hazırlamaqdan ibarətdir.

3. Hər bir təhsil müəssisəsi uğurlu və səmərəli fəaliyyət göstərməsi üçün özünün dəyərlərinə malik olmalıdır. Həmin dəyərlər təhsil müəssisəsindəki tədrisin keyfiyyətini və davranış qaydalarına olan diqqəti artırır. Bu baxımdan da strateji planın növbəti elementi dəyərlərdir. Dəyərlər müsbət xüsusiyyətləri əks etdirən anlayışlardır. Təhsil müəssisələri aşağıda misal olaraq qeyd olunan və digər dəyərləri müəyyənləşdirmək imkanına malikdir. Misal: düzgünlük, səmimilik, səmərəlilik, hörmət, fərdilik, tamlıq, nailiyyət və s.

4. Təhsil siyasətində səmərəlilik vacib yer tutduğu üçün təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi haqqında məlumatı həmin müəssisənin strateji planına daxil etmək məqsədəmüvafiqdir. Belə ki, strateji planın növbəti elementi olan  "fəaliyyətin səmərəliliyi" gələcək fəaliyyəti planlaşdırmaq üçün təhsil müəssisəsinin cari dövrdə nə dərəcədə səmərəli fəaliyyət göstərməsinin müəyyənləşdirilməsidir. Fəaliyyətin səmərəliliyini təhsil müəssisəsinin güclü və zəif cəhətləri, imkan və riskləri ilə yanaşı, aşağıdakı sualları nəzərə almaqla müəyyənləşdirmək mümkündür: 

- Təhsil müəssisəsində hansı fəaliyyət daha səmərəli icra olunur? Bunu hansı faktlarla sübut etmək olar?

- Nailiyyətlərin hansı aspektləri indikinə nisbətən daha da təkmilləşdirilə bilər?

- Təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini hansı səviyyəyə qaldırmaq olar? Hansı təkmilləşdirmə işləri aparılmalıdır?

5. Strateji planın növbəti və mühüm elementlərindən biri də strateji məqsədlərdir.  Strateji məqsədlər təşkilat üçün arzuolunan nəticələrdir. Strateji plan uzunmüddətli məqsədlərə nail olmanı nəzərdə tutan ətraflı plan hesab olunduğundan burada perspektivlər, uğursuzluqlar təhlil edilməklə, vacib tədbirlərlə birgə məqsəd və alt-məqsədlər müəyyənləşdirilir. Məqsədlər həm də təhsil müəssisələrində nailiyyətlərin yüksəldilməsi üçün müəssisənin həyata keçirmək istədiyi təkmilləşdirmə fəaliyyətlərini müəyyən edən geniş anlayışlardır. Alt-məqsəd isə müəyyənləşdirilmiş məqsədə nail olmağa yönəlmiş spesifik ideyaları, addımları ifadə edir. Misal: Məqsəd: "Məktəbimizdə hər bir şagird oxu bacarığını inkişaf etdirəcəkdir." Alt-məqsəd: "Hazırda III, IV və V siniflərdə təhsil alan, yaş səviyyəsinə uyğun şəkildə oxumağı bacarmayan şagirdlərin 80%-i 2012-ci ilə qədər öz oxu bacarıqlarını təkmilləşdirəcəklər.

6. Strateji məqsədlər müəyyənləşdirildikdən sonra növbəti proses strateji planın əhatə etdiyi illər müddətində planlaşdırılan tədbirlərin strateji plana daxil edilməsi, həmin məqsədlərin vaxtında həyata keçirilməsi üçün plana daxil edilən tədbirlərin icrası, təşkili və həyata keçirilməsi məqsədilə illik fəaliyyət planının hazırlanmasıdır. Fəaliyyət planında təşkilat qarşısında qoyulan məqsədlərə nail olmaq üçün bir il ərzində görüləcək işlər əks etdirilir və eyni zamanda həmin sənəddə konkret tədbirlərin həyata keçirilməsi açıqlanır. Fəaliyyət planı iki bölmədən ibarət olmalıdır: Növbəti il üçün nəzərdə tutulan "Fəaliyyət" bölməsi və fəaliyyət planında əks olunan məqsəd və alt-məqsədlərin həyata keçirilməsinin "Monitorinq" bölməsi.

7. Strateji planın sonuncu elementi fəaliyyətin nəzərdən keçirilməsi (monitorinq və qiymətləndirmə) və hesabatın hazırlanmasıdır. Təhsil müəssisələri hər il əldə etdikləri nailiyyətləri nəzərdən keçirir, həmin nailiyyətlər haqqında icmalarına məlumat verir və təkmilləşdirmə prosesinin növbəti mərhələsini planlaşdırırlar. İllik təhlil cari il üçün "illik hesabat"ın və növbəti il üçün fəaliyyət planının hazırlanmasına, həmçinin strateji planda lazım olarsa, müəyyən düzəlişləri və dəyişiklikləri etmək, əldə olunmuş nailiyyətləri qeyd etmək və uğursuzluqlardan nəticə çıxarmaq imkanı yaradır.

Yuxarıda qeyd olunan elementləri həyata keçirdikdən sonra strateji və fəaliyyət planlarının hazırlanması mümkün hesab oluna bilər.  

Strateji planın struktur modeli 

Təhsil müəssisəsi haqqında ümumi məlumat

1. Müəssisənin fəaliyyəti haqqında ümumi məlumat;

2. Müəssisənin strateji planının hazırlanmasında əsas məqsəd və həmin planın əhəmiyyəti barədə məlumat. 

Təhsil müəssisəsinin strukturu  

Təhsil müəssisəsinin strukturu  haqqında ümumi məlumat. 

Missiya

Təhsil müəssisəsinin fəaliyyətinin ümumi məqsəd və səbəbi (fəaliyyətin məqsədi, fəaliyyətin səbəbi (işin nə üçün edildiyi) və işin kim üçün edildiyi). 

Perspektivlər

Təhsil müəssisəsinin ümumi perspektivi (Təşkilatınızı gələcəkdə (5-10 ildən sonra) necə görmək istəyirsiniz?). 

Dəyərlər

Təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi üçün müəyyənləşdirilən dəyərləri. 

Fəaliyyətin səmərəliliyi

Təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini əks etdirən amillər, güclü və zəif cəhətlər, imkanlar və risklər. 

Strateji məqsədlər və prioritetlər

Təhsil müəssisəsinin müəyyən müddəti əhatə edən strateji planına müvafiq olaraq strateji məqsədlərin və prioritetlərin müəyyənləşdirilməsi. 

Strateji planın əhatə etdiyi illər müddətində həmin planda müəyyənləşdirilən uzunmüddətli məqsədlərə əsasən planlaşdırılan tədbirlərin strateji plana daxil edilməsi və onların həyata keçirilməsi 

Fəaliyyətin nəzərdən keçirilməsi (monitorinq və qiymətləndirmə) və hesabatın hazırlanması 

Təhsil müəssisəsinin fəaliyyətinə dair və əməkdaşlarının rüblük və illik hesabatlarının nəzərdən keçirilməsi, eyni zamanda həmin müəssisənin əməkdaşlarının müəyyən göstəricilərə (meyarlara) əsasən qiymətləndirilməsi.

Fəaliyyət planının nümunəsi

FƏALİYYƏT PLANI
Tədbirlər Tədbirin məqsədi İcraçı İcra müddəti Resurslar
  Alt-məqsəd      
         
Monitorinq

Nəticə
(Əldə olunan �nəticə�)

Fərqin təhlili
(Yaranan fərqlər və onların təhlili)

Növbəti addımlar
(Növbəti il növbəti məqsədə müvafiq görüləcək işlər)

Təhsilin keyfiyyətinə nail olmaq üçün, birinci növbədə, hər bir mərhələdə görüləcək işlər planlaşdırılmalı, idarə olunmalı, onun monitorinqi və qiymətləndirilməsi aparılmalıdır. İdarəetmənin hər bir funksiyası monitorinqin əsas təhlil obyekti kimi çıxış edir, yəni monitorinq fəaliyyətin məqsədlərinə, planlaşdırılmasına, təşkilinə və icrasına aid edilir. Strateji planda fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin müntəzəm təhlili üzrə tədbirlərin nəzərə alınması çox vacibdir. Monitorinq planların həyata keçirilməsinin qiymətləndirilməsi vasitəsidir və bu proses tamlıq, relevantlıq, adekvatlıq, dəqiqlik və s. kimi xassələrə malikdir. Monitorinq prosesində səciyyəvi xüsusiyyətlərin nəzərə alınması, strateji planın vaxtlı-vaxtında hazırlanması onun mühüm amillərindən biri hesab edilir. Təhsil müəssisələrində, təhsili idarəetmə orqanlarında strateji planın vəziyyəti barədə vaxtında və dəqiq məlumatlar əldə edilməli, nəticələr, verilən tövsiyə və təkliflər elmi şəkildə əsaslandırılmış, tam, obyektiv və konkret olmalıdır. 

Qiymətləndirmə prosesi aparılarkən əldə olunan nəticələr əsas kimi götürülür. Bu da həmin nəticələrin təkmilləşdirilməsinə şərait yaradır. Strateji plan fəaliyyətin qiymətləndirilməsi prosesində obyektivliyin təmin olunmasında (qiymət meyarlarına düzgün əməl edilməsi) monitorinq sisteminin əhəmiyyətini artırır. Strateji planın məzmunca yeniləşdirilməsi və orada əks olunan tədbirlərin daha obyektiv qiymətləndirilməsi təhsilin keyfiyyətinin tələb olunan amillərindəndir. Bunu təşkilatın yüksək səviyyəli rəhbər işçiləri, struktur bölmə rəhbərləri və əməkdaşları tərəfindən əldə edilən nəticələrin qiymətləndirilməsi ilə müəyyənləşdirmək mümkündür. Fəaliyyətin qiymətləndirilməsi prosesində strateji planın rolu prosesə təsir edən göstəricilərə (indikatorlara) əsasən öyrənilməsi və həyata keçirilməsi kimi başa düşülməlidir.

Hər bir mərhələdə, prosesdə gedən müsbət və mənfi tendensiyalar monitorinq və qiymətləndirmə vasitəsi ilə izlənilməli, nəticələr təhlil edilməli və prosesin növbəti mərhələsinin planlaşdırılmasında istifadə olunmalıdır. Monitorinq və qiymətləndirmə prosesinə pedaqoji prosesin və onun ayrı-ayrı sahələrinin keyfiyyətinin öyrənilməsinin başlıca aləti kimi baxılmalıdır.

Strateji planda tədbirlər bir-biri ilə əlaqələndirildiyindən, həmin plan uzun müddətə tərtib olunduğundan, 2-3 nəfər tərəfindən deyil, təhsil müəssisəsində fəaliyyət göstərən kollektiv tərəfindən, eyni zamanda ehtiyac olarsa maraqlı tərəflərin cəlb olunması vasitəsilə hazırlanmalıdır. Əgər plan kollektiv şəkildə tərtib olunarsa, bu müəssisənin nail olmaq istədiyinə çatmaq üçün optimal yolların axtarılmasına kömək edir, problem və çətinliklər aradan qaldırılır, təhsil müəssisəsi səmərəli fəaliyyət göstərir və nəticədə təhsilin keyfiyyəti artır.

Strateji plan perspektiv nöqteyi-nəzə

rindən təhsili idarəetmə orqan və təşkilatlarda yüksək səviyyəli rəhbər işçilər, müavinlər, struktur bölmə rəhbərləri və planların hazırlanmasına məsul olan şəxslər, məktəb səviyyəsində məktəb direktorları, müavinlər, metodbirləşmə rəhbərləri, Məktəb Şuraları, planlaşdırma sahəsinə məsul olan şəxs və digər təhsil müəssisələrində çalışan əməkdaşlar tərəfindən hazırlanmalıdır.

Qeyd olunan fikirlərdən, elementlərdən və prosedurlardan aydın olur ki, təşkilatın strateji planında əsas prioritet məsələlərin cəmiyyətin inkişaf tələbləri ilə uyğunlaşdırılması nəzərə alınmalıdır. Strateji planın düzgün istiqamətdə həyata keçirilməsi nəticəsində təşkilatın fəaliyyətinin səmərəliliyi artır və inkişafyönümlü proqramlar hazırlanır.

Müasir dövrdə təhsilin idarə olunmasında strateji planlaşdırma prosesi geniş fəaliyyət spektrini əhatə etməklə perspektiv inkişaf üçün düzgün və çevik planlaşdırma işlərinin aparılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, innovasiyaların tətbiqi və effektiv nəticələrin əldə olunmasına, tədris müəssisələrinin tələbatlarının tam ödənilməsinə, pedaqoji kadrların tərkibinin - dinamikasının yaxşılaşdırılmasına, mövcud olan ehtiyatların səmərəli istifadəsinə, maliyyə islahatlarının inkişaf etdirilməsinə, maddi-texniki bazanın daim təkmilləşdirilməsinə, nəhayət, nöqsan və problemlərin aradan qaldırılmasına yardımçı olur.

Məlumat üçün bildirmək istərdik ki, Təhsil Sektorunun İnkişafı üzrə Birinci Layihənin (TSİL) (2003-2008-ci illər) "İdarəetmə və planlaşdırma imkanları" alt-komponenti çərçivəsində strateji planlaşdırma mexanizminin tətbiqi ilə bağlı xeyli işlər görülmüş, həmin mexanizmin inkişafı istiqamətində beynəlxalq məsləhətçilər cəlb olunmuş və həmin məsləhətçilər ilə birgə işlər davam etdirilmişdir. Buna müvafiq olaraq, Təhsil Nazirliyinin 2007-2009-cu illər üçün 3 illik Strateji Planı hazırlanmış, həmin plan nazirliyin illik fəaliyyət planları ilə əlaqələndirilmiş, strateji planın icra vəziyyəti Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində təhlil edilərək nəzərdən keçirilmiş və müəyyən təkliflər hazırlanmışdır. Eyni zamanda həmin illər ərzində müəyyənləşdirilmiş pilot rayon və şəhərdə (Ucar və İsmayıllı rayonları, Şirvan şəhəri) strateji planlaşdırma mexanizmi tətbiq edilmişdir.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014-cü illər) çərçivəsində "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi" alt-komponentin İcra Planına əsasən Təhsil Nazirliyinin növbəti 3 illik (2010-2012-ci illər) Strateji Planı hazırlanmışdır. Həmin planın nazirlikdə uğurla tətbiqi əsas götürülərək yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrində də strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlərin daha səmərəli həyata keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrində (idarələrdə) həmin funksiyaları yerinə yetirən məsul şəxslər müəyyənləşdirilmiş və həmin məsul şəxslər üçün təlimati seminar keçirilmişdir. Buna müvafiq olaraq, R(Ş)TŞ-lərdə (idarələrdə) müvafiq işçi qrupları yaradılaraq 2011-2012-ci illəri əhatə edən 2 illik strateji planlar hazırlanmışdır.  

Vüqar ƏBDÜLRƏHİMOV,
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov