Bakı Slavyan
Universitetində Çexiyanın Azərbaycandakı səfiri
Radek Matula ilə görüş keçirilmişdir.
Çexiyaşünas
tələbələrin təşəbbüsü ilə təşkil olunan tədbirdə
Azərbaycan və Çexiyanın əlaqələrindən bəhs edən
qısametrajlı film nümayiş olunmuşdur. Filmdə
Çexiyanın Azərbaycanda səfirliyinin açılması,
BSU-da çex dili və mədəniyyəti mərkəzinin
yaradılması barədə süjetlər təqdim edilmişdir.
Səfir Radek
Matula adıçəkilən mərkəzin Çexiya və Azərbaycan
arasında ikitərəfli əlaqələrin inkişafında
xüsusi rolunu vurğulamışdır. Görüşdə tələbələr
çex dilində biliklərini də nümayiş etdirmişlər.
Sonda səfir tələbələrin Azərbaycan və Çexiya
arasında mədəniyyət, elm-təhsil, tələbə
mübadiləsi mövzuları ilə bağlı suallarını
cavablandırmışdır.
Tələbələr
səfir Radek Matula ilə xatirə şəkli
çəkdirmişlər. |