Müasir tədris
sistemində informasiya texnologiyaları o qədər
geniş tətbiq olunur ki, artıq onların zəruri
olması şübhə doğurmur. Hazırda demək olar ki,
hətta kənd məktəblərində də dərslərin kompüter
və multimedia proyektorun köməyi ilə keçirilməsi
adi hala dönüb. Lakin vaxt keçdikcə daha yeni
informasiya-kommunikasiya texnologiyaları
yaranır, inkişaf edir, mükəmməlləşir. Təbii
ki, məktəb bütün bu proseslərdən kənarda qala
bilməz. Artıq məktəbin gündəlik praktik
həyatında interaktiv avadanlıqlar, elektron
lövhələr tətbiq olunmaqdadır ki, bu da qısa
müddət ərzində təlim-tədris prosesinin ayrılmaz
hissəsinə çevrilib.
2009-cu ilin
yanvarında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin dəstəyi ilə MİMİO Treninq mərkəzi
yaradılmışdır. Mərkəzin təlimçiləri müəllimlərə
tədris prosesində ABŞ istehsalı olan MİMİO XI
interaktiv qurğularından istifadəni öyrədir. Bu
müddət ərzində yüzlərlə orta məktəb müəllimi
"MİMİO XI interaktiv lövhə ilə tədris"
məşğələlərində iştirak edərək təlim kursunu
bitirib.
Treninq
iştirakçıları qısa zamanda MİMİO interaktiv
qurğusunun geniş imkanlarına - obyektlərin
seçilməsi, təsvirin üzərində qeydlərin
aparılması, əlyazma mətninin tanınması,
hazırlanmış işin fayl şəklində kompüterin
yaddaşında saxlanması və lazım olan vaxt nümayiş
etdirilməsi və s. yiyələnirlər. MİMİO
proqramında interaktiv dərslər və interaktiv
tapşırıqlar hazırlayır, bu dərsləri geniş
auditoriya qarşısında münsiflərə nümayiş
etdirirlər. Nəticədə belə treninqlərin təşkili
müəllimlərin yaradıcılıq potensialının üzə
çıxmasına, dərslərinin keyfiyyətinin
yüksəlməsinə səbəb olur. Treninqin iştirakçıları
interaktiv üsullarla tədris olunan dərslərin
şagirdlər tərəfindən asan mənimsənildiyini, ən
əsası isə dərs müddətindən daha səmərəli
istifadə olunduğunu qeyd edirlər.
Beləliklə, bu
treninqlərin keçirilməsində əsas məqsəd
interaktiv qurğuların təlimdə daha səmərəli
istifadəsini təmin etməkdir. Bununla bərabər,
Təlim Mərkəzində interaktiv qurğuların
tətbiqinin təkmilləşdirilməsi metodikası ilə
bağlı daimi iş aparılır. Bu iş iki istiqamətdə
gedir.
Dərslərdə
hazır tədris multimedia proqramları, tədris
CD-ləri, web-resurslar, müəllif materiallardan
istifadə edərək müəllimlər interaktiv tapşırıq
və testlər, elektron plakat və digər rəqəmsal
tədris vəsaitləri hazırlayırlar. Daha peşəkar və
təcrübəli müəllimlər isə metodik vəsaitlər və
elektron dərsliklər, interaktiv testlər,
ensiklopediya və tədris proqramları üzərində
işləyirlər. Bir çox müəllimlər bu işə şagirdləri
də cəlb edirlər. Bu müştərək iş, əməkdaşlıq və
ideya mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
MİMİO üzrə
təlim kursları və təşkil olunan praktik
seminarlar müəllimlərin böyük marağına səbəb
olmuşdur. İnteraktiv qurğuların təlimdə tətbiqi
dərslərin keyfiyyətini artırır, ümumilikdə
müəllim və şagirdin təhsilalma və öyrətmə
imkanlarını yeniləyərək artırır.
Müəllimlər
tərəfindən tərtib olunmuş bütün dərslər Təlim
Mərkəzinin elektron kitabxanasında saxlanılır,
eləcə də
www.mimio.az və
www.edu.mimio.az
saytlarında yerləşdirilir və digər
müəllimlərə onlardan istifadə etmək imkanı
verir. Öz əməkdaşlarının dərslərini izləmək üçün
yalnız saytda qeydiyyatdan keçmək və ərizə
formasını doldurmaq yetərlidir. Layihələr
mütəmadi olaraq yenilənir, yeni dərslər əlavə
olunur, sayı artır və müəllimlər onların yaşayış
yerlərindən asılı olmayaraq başqa müəlliflərin
hazırladığı işlərlə tanış olub onlardan öz
dərslərində istifadə edə bilərlər. Beləliklə,
hazır interaktiv dərslər və tapşırıqlardan
ibarət resurs bazası zənginləşir və bununla da
MİMİO interaktiv qurğusundan aktiv şəkildə
istifadə edən müəllim "ordu"sunun sayı artır.
Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi,
Azərbaycan coğrafiyası kimi fənlərə xüsusi
diqqət yetirilir, çünki bu fənlər üzrə elektron
resursların sayı çox azdır. Öyrətməkdən savayı,
MİMİO kursları fərqli-fərqli məktəb və
regionlardan olan müəllimlər arasında əlaqə
yaratmaq, fikirləri və ideyaları paylaşmaq
imkanı yaradır və bu əməkdaşlıq çox vacibdır.
Praktiki problemlərin həlli ilə yanaşı, MİMİO
Treninq Mərkəzi başqa müəllimlərin yaradıcılıq
imkanlarını inkişaf etdirir, onlar arasında
fikir, təcrübə və ideya mübadiləsinə təkan
verir.
Roza QASIMOVA,
Bakıdakı 225 nömrəli məktəbin informatika
müəllimi |
|