Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

1 Aprel 2011 - �12

 

"Səadət" uşaq xoru istedadlarla işin nəticəsidir

 

İstedadlı uşaqların aşkar edilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması təhsil sisteminin prioritet vəzifələrindəndir. Məhz bunu nəzərə alaraq son illər bütün təhsil müəssisələrində olduğu kimi, bağçamızda da istedadlı və qabiliyyətli uşaqların aşkara çıxarılmasına və onların inkişafına xüsusi diqqət yetiririk. 10 ildən çoxdur ki, bağçamızda  mahnı oxuma qabiliyyəti olan uşaqlar aşkara çıxarılmış və onların inkişafı üçün "Səadət" uşaq xoru və "İstedad mərkəzi" yaradılmışdır.

"Uşaq xoru" üzrə "İstedad mərkəzi"nə musiqi rəhbəri F.Quliyeva rəhbərlik edir. O, musiqi və nəğmə üzrə iş apararkən, hər bir uşağın səs diapazonunu müəyyənləşdirir, repertuarı seçir və xoru təşkil edir.

Son illər uşaq xorumuz respublika miqyasında keçirilmiş bir sıra baxış müsabiqələrin qalibi olmuş və dəfələrlə fəxri fərman və diplomlara layiq görülmüşdür.

Xor kollektivində işlərin müvəffəqiyyətini təmin etmək üçün hər məşğələdə müntəzəm təmrinoxuma üzrə iş aparılır. Xor kollektivində uşaqların səs duyumu, ritmi tutmaq qabiliyyəti, mahnıları düzgün oxumaq bacarıqları inkişaf etdirilir. Uşaqlar mahnıları həvəslə öyrənir, onlara dərin maraq göstərirlər.

Uşaqlara mahnıların bədii dəyərini qiymətləndirmək bacarıqlarının aşılanmasına da xüsusi diqqət yetirilir. Mahnının musiqisi ilə tanışlıq zamanı musiqi  rəhbərinin ardıcıl izahatının aparılması uşaqlarda bədii-musiqi zövqünün formalaşmasına kömək edir.

Xor kollektivinin müvəffəqiyyəti, ilk növbədə, musiqi məşğələlərinin düzgün təşkilindən asılıdır. Məşğələ zamanı musiqi rəhbəri oxumağa başlamazdan əvvəl xorun hər bir üzvünün bütün diqqətini toplamasına, onların əllərinin, ayaqlarının, çiyinlərinin vəziyyətinə daim nəzarət edir. Oxumaq prosesində dirijor-xormeysterin əl jestinə diqqət, nəfəsalma, mahnı oxumağa başlamaq kimi əsas elementləri uşaqlara başa salır. Uşaqlar göstərilən vərdişləri qazanana qədər müəllim bu barədə izahat işləri aparır.

Görülən işlərin dəqiq planı, musiqi rəhbərinin məşğələyə yaxşı hazırlaşması müvəffəqiyyətin qazanılmasında həlledici rol oynayır.

Mahnıları təkrar edərkən musiqi rəhbəri uşaqların təmiz intonasiyaya, melodik və ritmik ifasına, sözlərin dəqiq tələffüzünə diqqət yetirilir. Xor kollektivinə düzgün rəhbərlik, məşğələlərin maraqlı qurulması və keçirilməsi, uşaqlarda mahnı oxumağa məhəbbət və maraq tərbiyə edir. Uşaqlar xorda məşğul olmaq sayəsində musiqini daha yaxşı dinləmək və qavramaq qabiliyyətinə yiyələnirlər.

Biz balaca "bülbüllər"imizin gələcək inkişafını da izləyirik. Belə ki, "İstedad mərkəzi"nin məzunları yaxınlıqdakı 215 nömrəli məktəbin xorunda da fəal iştirak edirlər. Bunun nəticəsidir ki, məktəbin uşaq xoru mahnıların fərqli ifasına görə dəfələrlə yüksək qiymətə layiq görülmüşdür.

Bu sahədə valideynlərlə də az iş görülməmişdir. Valideynlər "İstedad mərkəzi"nin işində fəal iştirak edir və uşaqlar üçün geyimlərin hazırlanmasına kömək göstərirlər.

Bağçamızın yaradıcı potensialı olan tərbiyəçilərimiz çoxdur. Belə ki, tərbiyəçilər H.Sultanova (nitq məharəti), İ.Kasatkina (rəsm), Ş.Qasımova (quraşdırma), X.Hüseynova (əl əməyi), F.Abdullayeva (əl əməyi) və b. öz qabiliyyətləri ilə fərqlənir və bacarıqlarını yetirmələrinə də öyrədirlər.

Hər bir istedadlı uşağın yaradıcılıq imkanlarından vaxtında istifadə edilməsi tərbiyəçilərimizin qarşısında duran əsas vəzifələrdən biridir. Onlar uşaqlarla təlimin normal təşkili üçün psixoloji-pedaqoji diaqnostika aparır, hər bir uşağa fərdi və diferensial yanaşırlar.

Uşaqların həyatında, estetik-emosional aləminin zənginləşməsində təsviri incəsənətin də rolu böyükdür. Hər bir uşağın bu sahədə istedad və qabiliyyətini aşkara çıxarmaq və inkişaf etdirmək də mühüm vəzifələrimizdəndir. Bununla əlaqədar 2005-2006-cı tədris ilindən bağçamızda rəsm üzrə "İstedad mərkəzi" fəaliyyət göstərir. Mərkəzə tərbiyəçi İ.Kasatkina rəhbərlik edir. O, uşaqlarda rəsm qabiliyyətlərinin inkişafında yüksək göstəriciləri əldə edir. İ.Kasatkina uşaqlarda təbiətdəki hadisələri hiss etmək, duymaq, gözəlliklərdən zövq almaq kimi keyfiyyətlər tərbiyə edir.

İ.Kasatkina valideynlərlə sıx əlaqə saxlayır, onları rəsm məşğələlərinə dəvət edir, valideynlərə "Uşağa rəsm çəkməyi necə öyrətməli?" mövzusunda məsləhətlər verir. 

Şahnaz ABDULLAYEVA,
Bakının Sabunçu rayonundakı 3 nömrəli
"Səadət" uşaq bağçasının müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov