Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 Aprel 2011 - �14

 

"Təhsilin əsasları" fənni çərçivəsində gələcək müəllimlərin məktəb təcrübəsinin yeni modeli

 

Respublikada təhsilin müxtəlif istiqamətləri üzrə  ciddi islahatlar həyata keçirilir. Kadr təminatı sahəsi üzrə də müasir tələblərə cavab verən  pedaqoji kadrların hazırlanması siyasəti və strategiyası qurulur.   Məhz bu prosesin məntiqi davamı kimi 25 iyun 2007-ci il tarixdə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığının Konsepsiya və Strategiyası"  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və müəllim hazırlığı sahəsində dövlət siyasəti müəyyənləşdirilmişdir. Təhsil Nazirliyinin  19 avqust 2009-cu il tarixli 1008 nömrəli əmri ilə üç ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) bakalavr pilləsində "Təhsilin əsasları"  eksperimental  fənninin tədrisinə başlanmışdır.

Artıq fənnin tədrisinin  üç  semestri  geridə qalmışdır. Təhsil naziri  cənab Misir Mərdanovun tapşırığı, nəzarəti və dəstəyi ilə  hazırlanmış və  pedaqoji ictimaiyyətə təqdim edilmiş proqram üzrə gələcək müəllimlər 210 saat ərzində auditoriya şəraitində praktik məşğələlərdə müasir müəllim  üçün əhəmiyyətli olan məsələləri öyrənmişlər. Belə ki,  təhsilin fəlsəfəsini öyrənməklə öz pedaqoji təfəkkürlərini formalaşdırmış, hüquqi savadlı təhsil işçisi olmaq üçün isə cəmiyyətin təhsil ehtiyaclarını və onların hüquqi təminatını araşdırmalar yolu ilə öyrənmişlər. Növbəti mərhələdə  dövlətin prioritet sahə hesab etdiyi təhsil sistemində yürüdülən siyasəti tədqiq edib, müxtəlif istiqamətlərdə həyata keçirilən təhsil islahatlarının  reallaşdırılmasında öz vəzifələrini müəyyənləşdirmiş və fəaliyyətlərini planlaşdırıb onları  tətbiq etməyin və nəticələri qiymətləndirməyin yollarını öyrənmişlər. Daha sonra isə  kurikulum və təlimin əsaslarını tədqiqatlar əsasındə mənimsəmişdir.

Üç semestr ərzində auditoriya şəraitində tədris edilmiş məsələlərin real məktəb şəraitində tətbiqi və təcrübəsi  dördüncü semestrin plan-proqramının əsasını təşkil etmişdir.  Məlumdur ki,  müəllim müəllim kimi sinifdə formalaşır. Bu səbəbdən 60 saat auditoriya, 60 saat da təcrübə saatını əhatə edən  dördüncü semestrdə gələcək müəllimlərin bütün əvvəlki semestrlər  ərzində öyrəndiklərini   məktəbdə və sinifdə tətbiq etmələri nəzərdə tutulmuşdur. Bu səbəbdən  Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən  24 yanvar-11 fevral 2011-ci il  tarixlərində Təhsil Nazirliyinin tabeliyində olan 132-134 nömrəli təhsil kompleksində "Təhsilin əsasları" fənni üzrə üç ali təhsil müəssisəsinin  (ADPU, AMİ və onun 12 filialı, GDU)  müəllimləri  təlim-təcrübə məşğələləri keçmişlər.  Gələcək müəllimlərin təcrübə zamanı yerinə yetirəcəkləri bütün fəaliyyətlər əvvəlcədən həmin fənni tədris edən  fənn müəllimləri tərəfindən  yerinə yetirilmişdir. Təcrübənin nəticələri barədə  təhsil naziri Misir Mərdanov, nazirliyin digər rəsmiləri və 132-134 nömrəli  təhsil kompleksi rəhbərliyinin qarşısında təcrübə rəhbəri və müdavimlər tərəfindən hesabat təqdimatı edilmişdir. Hazırda kursdan keçirilmiş həmin ali təhsil müəllimlərinin rəhbərliyi altında Bakı şəhərinin 7, 23, 190, 177, 18, 82 nömrəli məktəbləri və Heydər Əliyev adına liseydə, Sumqayıt şəhərinin 5 və 27 nömrəli məktəblərində, Gəncə şəhərinin 1 və 39 nömrəli məktəblərində, Mingəçevir şəhərinin 15 nömrəli məktəbində, Ağcabədi şəhər 8 nömrəli məktəbində, Cəlilabad rayonunun 1 nömrəli şəhər məktəbində, Quba rayonunun 4 nömrəli şəhər məktəbində, Şəki şəhər 10 nömrəli məktəbində, Zaqatala şəhər 1 nömrəli məktəbində, Şamaxı şəhər 5 nömrəli məktəbində, Salyan şəhər 1 nömrəli məktəbində gələcək müəllimlər üçhəftəlik təcrübəni başa vurmuşlar. "Məktəbin və sinfin idarə edilməsi, təlim və tədrisin təşkilinin metodologiyası və praktikası" adlanan bu  bölmənin materialları  üzrə gələcək müəllimlər aşağıdakı fəaliyyətlərlə cəlb edilmişlər:    

  (Cədvəli yüklə)

"Məktəbin və sinfin idarə edilməsi metodologiyası və praktikası" yarımbölməsi üzrə nəzərdə tutulmuş fəaliyyətlər aşağıdakı ardıcıllıqda həyata keçirildi. Əvvəlcə tələbələr məktəb sənədlərini qanunverici sənədlər və dövlətin yürütdüyü təhsil siyasəti baxımından araşdırdılar. Bu sənədlər sırasına  məktəbin nizamnaməsi,  pedaqoji şuranın, direktorun, direktor müavinlərinin, ibtidai təhsil üzrə  metodbirləşmə sədrinin və ibtidai sinif müəllimlərinin fəaliyyət planları daxil edilmişdir. Gələcək müəllimlər məktəbin nizamnaməsini araşdırarkən məktəbin qarşısında duran məqsədlər, vəzifələr, təlimin təşkilinə verilən tələblər, müəllim-şagird münasibətlərinin müasir təhsil yanaşmaları (proqressivist  təhsil fəlsəfələri) və normativ-hüquqi və digər sənədlər (Konstitusiya, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Ümumi təhsil məktəbinin nümunəvi Nizamnaməsi,  Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr, İslahat Proqramı) baxımından tədqiq etmişlər.

Pedaqoji şuranın, məktəb direktorunun, direktor müavinlərinin, ibtidai təhsil üzrə  metodbirləşmə sədrinin və ibtidai sinif müəllimlərinin fəaliyyət planları Təhsil Nazirliyinin fəaliyyət planı, əmr, sərəncam və təlimati məktublarının, eləcə də TSİL çərçivəsində  müxtəlif komponentlər üzrə icra planlarının  nəzərə alınması, müxtəlif səviyyələrdə fəaliyyətlər planlaşdırılarkən  əlaqəlilik və varisliyin gözlənilməsi baxımından  araşdırılmışdır. Respublikanın digər şəhər və rayonlarının tabeliyində olan məktəblərin fəaliyyət planları tədqiq edilərkən  həmin şəhər və ya rayonun da fəaliyyət planındakı tədbirlərin  məktəbin fəaliyyət planlarında hansı səviyyədə nəzərə alınması  öyrənilmişdir. Tədqiqatlar aparılarkən təcrübə iştirakçıları  4 qrupa bölünmüşlər. Qrupların tərkibləri müəyyən edilərkən onların hazırlıq səviyyəsi, məntiqi təfəkkürü, texnologiyalardan istifadə bacarığı, liderlik bacarıqları və s. baxımından müxtəlif səviyyəli   təcrübəçilərin  olmasına diqqət yetirilməlidir. Hər qrupda TN və TSİL-in (Təhsil sahəsində islahat Layihəsi) fəaliyyət planlarında aşağıda adı göstərilən problemlər üzrə əlaqəlilik və varisliyin gözlənilməsi baxımından məktəb şurasının, məktəb direktorunun, direktor müavinlərinin, metodbirləşmə sədrinin  və sinif müəllimlərinin fəaliyyət planları mərhələdən mərhələyə araşdırılmışdır:

1. Təhsil Nazirliyinin müvafiq şöbələri üzrə fəaliyyət planı; (bütün qruplara)

2. TSİL-in müxtəlif  alt-komponentləri üzrə icra planları (ayrı-ayrı qruplara):

I qrup:   Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək;

II qrup:  Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi;

III qrup: Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların qiymətləndirilməsindən istifadə komponenti;

IV qrup: Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi.

Bu zaman fəaliyyət planları həm də təhsilin müxtəlif istiqamətləri üzrə aparılan islahatın yerlərdə tətbiqi, ictimaiyyətin maarifləndirilməsi işinin təşkili və qarşıya çıxması ehtimal edilən problemlərin proqnozlaşdırılması baxımından da izlənmişdir. 

Qruplar tədqiqatın əlaqələndirmə, şərhetmə, dəyərləndirmə üsullarından istifadə etməklə araşdırmalar aparmışlar.  Hər qrup öz fəaliyyətini yerinə yetirdikdən sonra təcrübəni təşkil edən müəllimin rəhbərliyi və dəstəyi ilə araşdırmaların nəticələri ümumiləşdirilmişdir.  Bu zaman ayrı-ayrı komponentlər üzrə TN və TSİL-in fəaliyyət planı  kompüter və  proyektor vasitəsi ilə geniş monitorda  auditoriyaya təqdim edilir,  həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər maddə-maddə oxunur. Müzakirəyə çıxarılan komponent üzrə araşdırma aparan qrup milli səviyyədə icrası nəzərdə tutulmuş tədbirin rayon, məktəb və sinif  səviyyəsində  müəyyən etdiyi fəaliyyət barədə   təklif verir. Digər qruplar da  məsələ ilə bağlı öz rəy və təklifləri ilə çıxış edirlər ki, bu da işin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərir.  Bu yolla qruplar araşdırmalarının nəticələrini təqdim edir, eyni zamanda qızğın müzakirələrin iştirakçısına çevrilirlər. 

Bu yolla ümumrespublika səviyyəsində nəzərdə tutulmuş vəzifələr müxtəlif səviyyələrdə fəaliyyət göstərən təhsil işçilərinin səlahiyyətləri və məsuliyyətlər çərçivəsində  konkretləşir. Beləliklə, milli səviyyədə icrası nəzərdə  tutulmuş tədbirlərə əsasən məktəb rəhbərliyinin, metodbirləşmə sədrinin və sinif  müəlliminin qarşısında duran vəzifələr müəyyən edilir. Təqdim edilən bu cədvəl  islahatın  müxtəlif istiqamətləri üzrə  icrası nəzərdə tutulmuş tədbirlərin şəhər/rayon, məktəb və sinif səviyyəsində həyata keçirilməsi üçün vəzifə və məsuliyyətlərin bölüşdürülməsi və kollektiv idarəçiliyin təşkili baxımından böyük əhəmiyyət daşıyır. Cədvəli müşahidə edərkən bəzi  tədbirlərin müxtəlif səviyyələr üzrə konkretləşdirildiyinin,  bəzilərinin isə konkretləşdirilmədiyinin şahidi olacaqsınız. Bu ondan irəli gəlir ki, istər Təhsil Nazirliyi, istərsə də TSİL fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlər diqqətlə nəzərdən keçirilir, digər səviyyələrin qarşısına  hər hansı vəzifələr qoyan tədbirlər seçilir və onların yerlərdə icrası planlaşdırılır. Bu ya qabaqlayıcı, ya da izləyici tədbirlər ola bilər. Milli səviyyədə elə tədbirlər nəzərdə tutula bilər ki, onların icrası üçün yerlərdə əvvəlcədən hər hansı tədbirlərin görülməsinə ehtiyac var. Bu zaman yerlərdə qabaqlayıcı tədbirlərin nəzərdə tutulması lazımdır. Elə tədbirlər də var ki, onların  icrası üçün milli səviyyədə hər hansı bir tədbirin icrası gözlənilməlidir. Bütün bunlar işin icra vaxtının müəyyən edilməsi ilə   tənzimlənir.  Təhsilin digər səviyyələri (RTŞ, məktəb, sinif) qarşısına  hər hansı vəzifələr qoyan tədbirlər və onların həmin səviyyələr baxımından konkretləşməsinə dair  təcrübəçilərin tərtib etdikləri nümunələrdən bir parçanı təqdim edirik.

  (Cədvəli yüklə)

Nəticədə məktəbdaxili sənədlərin tərtibinin təkmilləşdirilməsinə xidmət göstərən təkliflər hazırlanmışdır.

Təcrübənin ikinci mərhələsində məktəbdə mövcud vəziyyət araşdırılmışdır. Bunun üçün təcrübəçilər məktəbin şəraiti (yeri, əhalisi, sosial vəziyyəti), məktəbdə mühit (mənəvi-psixoloji iqlim),  məktəbin maddi-texniki bazası, təhsilin səviyyəsi, eləcə də inkişafın dinamikasını araşdırmışlar.  Məktəbin şəraiti tədqiq edilərkən onun  yerləşdiyi məkan, şagirdlərin sayı, onların sosial vəziyyəti (valideynlərin təhsil səviyyəsi, iş yerləri və s. məlumatlar) toplanmışdır. Məktəbdə mühit (mənəvi-psixoloji ) tədqiq edilərkən məktəb rəhbərliyinin aparılan islahatlarla bağlı məlumatlılıq səviyyəsi və  ona münasibəti; məktəb rəhbərliyinin məktəbin idarə edilməsində (dərs yükünün    bölünməsində, dərs cədvəlinin müəyyən edilməsində, valideynlərlə işin təşkilində, məktəbin kollektiv idarə edilməsində, ədalətin və şəffaflığın təmin olunmasında və s.) əldə rəhbər tutduğu prinsiplər; məktəbdə kollektivin üzvlərinin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının səviyyəsi araşdırılmışdır. Məktəbin maddi-texniki bazası tədqiq edilərkən məktəbin binasının, dəhlizlərin, sinif otaqlarının, akt və idman zallarının təmir və tərtibat baxımından vəziyyəti; məktəb kitabxanasının təmir, tərtibat və təchizat, eləcə də oxucuların cəlbi baxımından vəziyyəti; məktəbin kompüter laboratoriyalarında texniki avadanlığın sayı, onların işləkliyi, keyfiyyəti, saxlanma şəraiti,vaxtlı-vaxtında  müvafiq xidmətlərin göstərilməsi, otaqdan səmərəli istifadənin vəziyyəti öyrənilmişdir.

Təhsilin vəziyyəti və inkişafın dinamikası araşdırılarkən buraxılış imtahanlarının nəticələrinə görə  əldə edilən nailiyyətin  səviyyəsi; həmin nailiyyətlərin  oxşar şəraitli digər məktəblərin nailiyyətləri  ilə müqayisəsi; müvafiq qərarların qəbul edilməsi,  eləcə də beş il ərzində məktəbin nailiyyət keyfiyyətində baş vermiş dəyişikliklərin həmin müddət ərzində  oxşar şəraitli digər məktəblərin nailiyyət keyfiyyətindəki dəyişikliklərlə müqayisəsi  aparılmışdır. Bütün bu fəaliyyətlər  sənədlərin araşdırılması, anket sorğularının keçirilməsi, müşahidə, müqayisə və dəyərləndirmə kimi tədqiqat üsulları vasitəsilə  həyata keçirilmişdir.

Növbəti mərhələdə sinifdə mövcud vəziyyət araşdırılmışdır. Bu zaman tədqiqatların aparılması üçün dörd sinif müəyyən edilmişdir. Dörd qrupda birləşmiş təcrübəçilər müəyyən edilmiş siniflərdə  mövcud vəziyyəti öyrənmək  üçün zəruri tədqiqatlar aparmışlar. Bu mərhələdə   şagirdlərin fiziki-fizioloji sağlamlığı, idrak səviyyəsi və dərketmə üsulları,  psixi inkişafı  və mənəvi-psixoloji vəziyyəti, onların sosial vəziyyəti, habelə hazırlıq səviyyəsi və inkişaf dinamikası araşdırılmışdır.

Şagirdlərin fiziki-fizioloji vəziyyəti tədqiq edilərkən aşağıdakı istiqamətdə işlər aparılmışdır. Şagirdlərin zəif görməsi, pis eşitməsi, nitq qüsuru, dayaq-hərəkət aparatlarındakı problemlər baxımından  xüsusi qayğıya ehtiyacının olub-olmaması sənədlərin araşdırılması, müşahidə və müsahibələrin  aparılması, test və tapşırıqların keçirilməsi yolu ilə  müəyyən edilmişdir. Şagirdlərin   oturduqları  sıranın və yerin  müəyyən edilməsi, parta yoldaşının seçilməsi baxımından,  təlim tapşırıqlarının xüsusiyyətləri, eləcə də  digər uşaqların  həmin uşağa pozitiv münasibətlərinin qurulmasının təşkilndə böyük əhəmiyyət daşıyan bu məsələ üzrə   məlumatlar toplanmış və şagirdlər haqqında məlumat kartlarına əlavə edilmişdir.  

Şagirdlərin idrak səviyyəsi və dərketmə üsullarını müəyyən etmək üçün tədqiqatlar aparılmışdır.   İdrak səviyyəsini müəyyən etmək üçün  Benjamen Blumun  idrak taksonomiyasının hər altı səviyyəsinə müvafiq  sinif səviyyəsindən çıxış edərək tərtib edilmiş test yoxlamaları keçirilmişdir.  Yerinə yetirilmiş tapşırıqların səviyyəsinə əsasən şagirdin idrak səviyyəsi müəyyən edilmişdir.  Eləcə də psixologiya elmləri namizədi İradə Quliyevanın araşdırmaları əsasında tərəfimizdən tərtib edilmiş müşahidə vərəqləri vasitəsi ilə  şagirdlərin  əqli inkişafının  ləngiməsi hallarını müəyyən etmək imkanı verən müşahidələr aparılmışdır. Bundan əlavə, şagirdlərin  dərketmə üsulları  müəyyən edilmişdir. Bunun üçün dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinə əsasən müəyyən edilmiş  səkkiz dərketmə üsulu baxımından tərtib edilmiş test yoxlamaları keçirilmiş, şagird və valideynlər  sorğulara cəlb edilmişlər.   Əldə edilən məlumatlar şagirdlər haqqında məlumat kartlarına daxil edilmişdir.

 Şagirdlərin psixi inkişafı  və mənəvi-psixoloji vəziyyəti tədqiq edilərkən yenə də   elmlər namizədi İ.Quliyevanın araşdırmalarına müraciət edilmiş, onlar əsasında tərtib edilmiş müşahidə vərəqləri üzrə tədqiqatlar davam etdirilmiş, müxtəlif parametrlər üzrə psixi inkişafında ləngimə hallarının olub-olmaması baxımından müşahidələr aparılmışdır.   Sinifdə müvafiq mənəvi-psixoloji mühit yaradılarkən və təlim təşkil edilərkən  istifadə etmək üçün  toplanmış məlumatlar şagird haqqında məlumat kartlarına daxil edilmişdir.

Şagirdlərin sosial vəziyyətlərini öyrənmək də bir sıra məsələlər baxımından əhəmiyyətli hesab edilir. Belə ki,  uşaqların tapşırıqları yerinə yetirmə marağının az olması, oxu və yazı bacarıqlarının zəif olması, ətrafdakılara qarşı aqressiv münasibəti, zorakılığa  meyilliliyi, dərslərdən yayınma  kimi  halların sinifdəki digər şagirdlərin təlim və tərbiyəsinə mənfi təsir göstərməsinin  qarşısının alınması üçün onların sosial vəziyyətinin araşdırılması və həmin şagirdlərlə iş apararkən bu mühüm faktorun nəzərə alınması sinifdə aparılan ümumi işin keyfiyyətinə ciddi təsir göstərir.   Şagirdin sosial vəziyyətindən irəli gələn mənəvi-psixoloji problemlərə və  intellektual fərqlərə  əhəmiyyət vermək, onların inkişaf etdirilib sinfin və məktəbin ümumi səviyyəsinə çatdırılması üçün işlər aparmaq çox vacibdir. Sosial fərqlərin araşdırılması və  diqqət mərkəzində saxlanılması üçün  lazım olan məlumatları toplamaqdan ötrü valideynlərin iş yerləri və iş şəraitləri, şagirdlərin qidası və mövsümi geyimi, ailənin tərkibi və ailədə neçənci uşaq olması barədə sənədləri araşdırmaqla, valideyn və şagirdlərlə  sorğular keçirməklə və söhbət aparmaqla məlumatlar toplanmış və şagirdlər haqqında məlumat kartına yerləşdirilmişdir.

Şagirdin hazırlıq səviyyəsi və inkişaf dinamikası araşdırılarkən müqayisə və  dəyərləndirmə üsullarından istifadə edilmişdir. Summativ qiymətləndirmənin nəticələrinə görə  hər bir şagirdin əldə etdiyi nailiyyətin səviyyəsi müəyyən edilmiş, həmin nəticələrin oxşar səviyyəli digər  şagirdin  nəticələri ilə müqayisəsi aparılmışdır. Ümumilikdə sinfin  nəticələri isə  oxşar səviyyəli digər  sinfin  nəticələri ilə müqayisə edilmişdir. Şagirdlərin inkişaf dinamikasını müəyyən etmək üçün isə son aylar ərzində hər bir şagirdin nailiyyət keyfiyyətində baş vermiş dəyişikliklər izlənir.  Uyğun  səviyyəli şagirdlərin nəticələrindəki dəyişikliklər müqayisə edilib, onların inkişafının dinamikası müəyyən edilmişdir. Eləcə də bir sinfin  təlim nəticələrində baş vermiş dəyişikliklər digər sinfin təlim nəticələrində baş vermiş dəyişikliklərlə müqayisə edilmişdir. Beləliklə, siniflərin inkişafındakı dinamika müəyyən edilmişdir. Nəticələrlə bağlı şagird haqqında və sinif haqqında məlumat kartlarında qeydlər aparılmışdır. 

Şagirdin maraqları  test yoxlamaları və müşahidələr, eləcə də valideynlə söhbət yolu ilə müəyyən edilmişdir. Təlim təşkil edilərkən şagirdin maraq və zövqünün nəzərə alınması, onların  nailiyyət  keyfiyyətinin  yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Təlim prosesində, eləcə də sinifdənxaric və məktəbdənkənar işlər aparılarkən bu mühüm amilin nəzərə alınması məqsədi ilə    şagirdlər haqqında  əldə edilmiş məlumatlar da  kartlara daxil edilmişdir.

Şagirdlərin milli-etnik mənsubiyyəti, irqi və dini haqqında məlumatlar da sənədlərin araşdırılması, valideynlərlə söhbət üsulları vasitəsi ilə müəyyən edilmiş və yenə də şagird haqqında kartlara əlavə edilmişdir.

Beləliklə, sinifdə mövcud vəziyyət araşdırılmış, hər bir şagird haqqında geniş məlumat əldə edilmiş və onların da əsasında hər bir sinif  üçün məlumat kartı tərtib edilmişdir. Həmin məlumat kartının forması  təqdim edilir.  

ŞAGİRD HAQQINDA MƏLUMAT KARTI 

�Şagird haqqında məlumat kartı � şagirdlə bağlı  araşdırmaların nəticəsinə əsaslanaraq yerinə yetirilir. Bu kart  oktyabr ayının sonuna qədər işlənib tamamlanmalıdır. Yuxarı siniflərdə müxtəlif məsələlər baxımından uşaqda baş vermiş  dəyişikliklər araşdırılır.

Şəhər, rayon, məktəbin adı _____________________________________________________________________

Şagirdin adı, soyadı, atasının adı__________________________________________

Tədris ili _______________________Sinif______________________

  (Cədvəli yüklə)

Bu mərhələ başa çatdıqdan sonra ümumiləşdirmə tədqiqat üsulundan istifadə etməklə "Şagird haqqında məlumat kartları" üzərində iş aparılmış  və  şagirdlər müxtəlif parametrlər üzrə qruplaşdırılmışlar. Beləliklə, öyrənənlərin fiziki-fizioloji vəziyyəti, idrak səviyyəsi, dərketmə üsulu, mənəvi-psixoloji vəziyyəti, sosial vəziyyəti, hazırlıq səviyyəsi, inkişaf dinamikası, maraqları,  milli-etnik mənsubiyyəti nəzərə alınmaqla bəzi hallarda eyni tərkibli, bəzi hallarda qarışıq tərkibli, bəzi hallarda da həm eyni, həm də qarışıq tərkibli qruplar müəyyən edilmişdir. Təlim təşkil edilərkən düşünülmüş şəkildə müəyyən edilmiş bu cür qruplardan  "qrup işi" dərs formasında  təlimin məqsədinə müvafiq olaraq seçilməklə istifadə edilir. Bu da təlimin gedişinə, şagird-şagird münasibətlərinin tənzimlənməsinə, eləcə də təlim tapşırıqlarının müəyyən edilməsinə əhəmiyyətli təsir göstərir, təlim keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır. Onlardan  bəzi nümunələr diqqətə çatdırılır:

  (Cədvəli yüklə)

Şagird haqqında məlumat kartlarına əsasən  "Sinifdə mövcud vəziyyət haqqında məlumat kartı"  da işləndi. Beləliklə, "Şagirdin məlumat kartı" müəllimlərə şagird  haqqında tam məlumat əldə etməyə, "Sinif haqqında məlumat kartı" isə məktəb rəhbərliyinə hər bir sinifdə mövcud vəziyyət haqqında tam məlumat əldə etməyə, inkişafı izləməyə  imkan verir.

 Bundan sonra təcrübəçilər müəllimlərin perspektiv planlarını və fəaliyyət planlarını sinifdə mövcud vəziyyət baxımından araşdırmış, onların  tərtibi zamanı yol verilmiş boşluqlar müəyyən edilmiş və aradan qaldırılması ilə bağlı tövsiyələr və təkliflər hazırlanmışdır. Eləcə də sinif müəllimlərinin apardıqları dərslər təlimin təşkilinə verilən tələblər baxımından  müşahidə edilmişdir.

 

SİNİFDƏ MÖVCUD VƏZİYYƏT

Şəhər, rayon, məktəbin adı  Bakı şəhəri Səbail rayonu 132-134 nömrəli təhsil kompleksi

Müəllimin  adı, soyadı, atasının adı Məlahət Şirinli

Tədris ili 2010-2011          Sinif   2b

  (Cədvəli yüklə)

Sinifdə mövcud vəziyyət araşdırılandan və  məlumatlardan istifadə etməklə təlimin təşkili ilə bağlı müvafiq işlər aparılandan sonra sinif müəllimlərinin perspektiv və cari dərs planları təcrübəçilərin tədqiqat obyektinə çevrildi. Sinif üzrə perspektiv (illik) planlaşmanın sinifdə mövcud vəziyyət nəzərə alınmaqla tərtib edilib-edilmədiyini müəyyən etmək üçün aparılan araşdırmaların sonunda aşkar edilmiş problemlərlə bağlı təkliflər hazırlamış və müəllimlərə təqdim etmişlər. Tövsiyələr hazırlanarkən bir məsələ xüsusilə vurğulanmışdır  ki, müxtəlif müəlliflər qrupu tərəfindən tərtib edilmiş illik planlaşma nümunələrindən istifadə edildiyi təqdirdə,  onlara yaradıcı yanaşmaq və sinfin mövcud vəziyyətinə uyğunlaşdırmaq vacibdir. Əks halda konkret sinifdə mövcud vəziyyətə uyğun olmayan birillik plan-proqram özünü doğrultmayacaq və bütün şagirdlərin nəzərdə tutulmuş standartlara cavab verməsi mümkün olmayacaqdır.

Sinif müəllimlərinin cari planları isə dərslər müşahidə edilməklə araşdırılmışdır. Müəllimlər dərsə başlamazdan əvvəl dərsin planını müşahidəçi təcrübəçilərə təqdim etmiş, sonra isə dərsi aparmışdır. Dərs planı baxımından dərsin gedişini müşahidə edən təcrübəçilər təqdim edilmiş müşahidə vərəqləri baxımından təlimin təşkilini dəyərləndirmiş, dərs və dərs planlarını müəyyən edilmiş tələblər baxımından sinif müəllimlərinin iştirakı ilə  müzakirə etmişlər.

Növbəti mərhələdə isə müəllimin perspektiv planı üzrə apardığı təlim-tədrisin  davamı olaraq sinifdə mövcud vəziyyət nəzərə alınmaqla gələcək müəllimlər tərəfindən dərs planları tərtib edilmiş, müvafiq təlim materialları hazırlanmış, sinif müəlliminin və digər təcrübəçilərin iştirakı ilə dərslər nümayiş etdirilmişdir. Dörd sinifdə  qırx səkkiz saat ərzində təcrübəçilər tərəfindən nümayiş etdirilən dərslər hər iş gününün sonunda kollektiv şəkildə müzakirə edilir, dərsin təşkilində əldə edilmiş uğurlar və yol verilmiş nöqsanlar qeyd edilir və növbəti dərslərdə dərs aparacaq təcrübəçilər üçün istiqamət olurdu. Tələbələrə iki və ya daha artıq dərs aparmağa imkan yaradılırdı ki, əvvəlki dərslərdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq işlər aparılsın. Təcrübəli sinif müəllimləri bu dərslərdən çox bəhrələndiklərini dəfələrlə bildirmişlər.

Üç həftə ərzində aparılmış təcrübə başa çatanda  əldə edilmiş nəticələr  üzrə ümumiləşdirmələr aparılmışdır. Təcrübəçilər  üçün ən məsuliyyətli məqam isə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və Təhsil Nazirliyinin digər rəsmilərinin  qarşısında hesabat təqdimatı etmək idi. Təhsil naziri aparılmış işi yüksək qiymətləndirmiş, fənn  üzrə dərs vəsaitlərinin hazırlanması ilə bağlı tövsiyələrini və tapşırıqlarını vermişdir. 

 

Afət SÜLEYMANOVA,
Təhsil Nazirliyinin
aparıcı məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov