|
|
|
Sumqayıt
məktəblisi Mendeleyev adına Beynəlxalq Kimya Olimpiadasında iştirak
edəcək |
|
|
|
Sumqayıtdakı
34 nömrəli məktəbin 10-cu sinif şagirdi Milana
Ağayeva Moskvada keçiriləcək Mendeleyev adına
Beynəlxalq Kimya Olimpiadasında iştirak
edəcəkdir. O, respublika olimpiadalarında əla
nəticələr göstərərək beynəlxalq olimpiadanın
seçim turundan uğurla keçmiş və bu mühüm
tədbirdə Azərbaycanı təmsil etmək hüququ
qazanmışdır. Bu barədə AMEA-nın müxbir üzvü,
professor, "Kimya məktəbdə" jurnalının baş
redaktoru Vaqif Abbasov Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat
Birliyinin himayəsi ilə keçirilmiş məktəb kimya
olimpiadasının qalibləri ilə Sumqayıtda təşkil
edilmiş görüşdə məlumat vermişdir. Məktəblilərin
Mendeleyev adına Beynəlxalq Kimya Olimpiadası
hər il M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin kimya fakültəsi, MDB ölkələrinin
Kimya Cəmiyyətləri Federasiyası, D.İ.Mendeleyev
adına Rusiya Kimya Cəmiyyəti və "Kimyanın
tədrisinə və ekoloji təhsilə kömək" cəmiyyəti
tərəfindən keçirilir.
Vaqif Abbasov Milana Ağayevanı şəhər
olimpiadasında qazandığı qələbə münasibətilə
təbrik etmiş və onun Moskvadan da qələbə ilə
qayıdacağına inandığını bildirmişdir.
AzərTAc |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|