Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - �17

 

Təlim kurslarının təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2011-2012-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək, həmçinin son 3 ildə təlim kurslarından keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə  

ƏMR EDİRƏM: 

1. 2011-ci il iyun-avqust aylarında Naxçıvan MR-in, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin, respublika rayonlarının dövlət ümumtəhsil məktəblərinin 2011-2012-ci tədris ilində I siniflərdə işləyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimləri üçün 60 saatlıq (10 günlük) təlim kursları təşkil edilsin.

2. Təlim kursunun tədris planı və proqramı təsdiq olunsun (əlavə olunur).

3. Nəzərə alınsın ki:

3.1. Naxçıvan MR-də təlim kursları Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin təşkilatçılığı ilə "Öyrədənlərin öyrədilməsi" kursunu bitirib sertifikat almış təlimçilər tərəfindən aparılır.

3.2. Respublikanın şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində tender qaydasında bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır.

3.3. Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) 2011-2012-ci tədris ilində I siniflərdə işləyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə təşkil edilən təlim kurslarına cəlb olunurlar.

3.4 Məcburi köçkün məktəblərinin 2011-2012-ci dərs ilində I siniflərdə işləyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimləri məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunurlar.

3.5. Təlim kursunu uğurla başa vurmuş müəllimlərə  Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş vahid formada sertifikat verilir.

3.6. Ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan I sinifdə işləyəcək müəllimlər üçün 2011-ci il sentyabr ayı ərzində təlim kursları təşkil edilə bilər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

4.1. Təlim kursları başlanana qədər 2011-2012-ci tədris ilində I siniflərdə dərs deyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimlərinin siyahısını dəqiqləşdirsinlər, yeni fənn kurikulumları ilə tədrisə başlanacaq I siniflərdə səriştəli və müasir tələblər baxımından yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər.

4.2. Təhsil Nazirliyi ilə kursların təşkili üzrə əlaqələndiricini və təlim kursları təşkil olunacaq mərkəzlərə təhkim olunan məsul şəxsləri müəyyənləşdirsinlər.

4.3. Təlim kurslarına cəlb edilən müəllimlərin, kurs keçirilən müəssisələrin və onlara təhkim olunan əməkdaşların siyahısını əmrlə təsdiq etsinlər və əmrin surətini nazirliyə təqdim etsinlər.

4.4. Təlim kurslarını həyata keçirən aşağıda adları göstərilən müvafiq təşkilatla birlikdə 2011-ci ilin iyun-avqust aylarında keçiriləcək kursların cədvəlini tərtib etsinlər, məşğələlərin səmərəli keçirilməsi üçün nəzərdə tutulmuş müəssisələrdə lazımi şərait yaratsınlar, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompüter (noutbuk), proyektor) təchizatını təmin etsinlər:

- "İnkişaf" Elmi Mərkəzi - Bakı şəhəri və Lənkəran iqtisadi zonası üzrə;

- Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi - Abşeron, Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi zonaları üzrə;

- Azad Müəllimlər Birliyi - Gəncə-Qazax iqtisadi zonası üzrə;

- "Yaşlıların təhsili assosiasiyası" İctimai Birliyi - Şəki-Zaqatala iqtisadi zonası üzrə;

- "Təhsilin humanistləşdirilməsi" İctimai Birliyi - Quba-Xaçmaz iqtisadi zonası üzrə.

4.5. Məcburi köçkün rayonlarının təhsil şöbələri (E.Şükürova, Z.İbrahimov, M.Bağırov, A.Həşimova, Ş.Xəlilov, V.Həsənova, M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər üzrə 2011-2012-ci tədris ilində I sinifdə işləyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimlərinin təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.

4.6. Təlim kurslarının yekunlarına dair müəllimlərin adlı siyahısı əlavə olunmuş geniş hesabatı və üzürlü səbəbdən təlimdə iştirak etməyən, 2011-2012-ci tədris ilində işə qəbul edilmiş və təlim kursundan keçməyən ibtidai sinif müəllimlərinin siyahısını 2011-ci il sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim etsinlər.

5. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov) Naxçıvan MR-in ümumtəhsil məktəblərində 2011-ci dərs ilində I sinifdə işləyəcək, həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və təlimçilərə əməli köməklik göstərmək üçün müvafiq əməkdaşların Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov), TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov) təlim kurslarının təşkili, keçirilməsi və yekunlaşdırılmasında yerli təhsil şöbələrinə və təlimçilərə əməli köməklik göstərmək, kursların keçirilməsinə nəzarət üçün müvafiq əməkdaşların rayon və şəhərlərə ezam olunmasını nəzərdə tutsunlar.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, həmçinin təlim kurslarının nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli koordinator İ.İsgəndərova həvalə olunsun.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 aprel 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov