Görüşdə
Hacəttəpə Universitetinin prorektoru Sevil
Gürgan, həmin ali məktəbin iqtisadiyyat
fakültəsinin dekanı Ahmed Burcen, Azərbaycanın
Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi
Nəcibə Nəsibova, Azərbaycan Tibb Universitetinin
rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru Şəmsəddin
Hacıyev iştirak ediblər.
Qonaqları Təhsil Nazirliyində görməkdən
məmnunluğunu ifadə edən Misir Mərdanov
Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış
qarşılıqlı dostluq və qardaşlıq
münasibətlərindən söz açıb. İki ölkənin təhsil
sahəsində çoxtərəfli və inkişaf etmiş
əlaqələrinin mövcudluğunu önə çəkən nazir
yaradılan əməkdaşlığın daha da
möhkəmləndirilməsi və genişləndirilməsinin
əhəmiyyətini vurğulayıb. Təhsil naziri
Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri
olan Hacəttəpə Universitetinə marağın böyük
olduğunu, gənclərin xüsusilə iqtisadiyyat, tibb
və mühəndislik ixtisaslarına üstünlük verdiyini
bildirib.
Hacəttəpə Universitetinin rektoru Uğur Erdener
səmimi münasibətə görə təhsil naziri Misir
Mərdanova təşəkkürünü bildirib, ikitərəfli
təhsil əlaqələrinin daha da inkişaf
etdirilməsindən, mövcud sahədə müvafiq işlərin
həyata keçirilməsindən danışıb. Qonaq rəhbəri
olduğu ali məktəb haqqında məlumat verib,
Hacəttəpə Universitetində dünyanın 70 ölkəsindən
800 əcnəbi tələbənin təhsil aldığını nəzərə
çatdırıb. Qəbul planı həddinə görə əcnəbi
tələbələrin sayını istədikləri həddə qədər
qaldıra bilmədiklərini söyləyən rektor bütün
bunlara baxmayaraq, Azərbaycandan daha çox
tələbənin Hacəttəpə Universitetində təhsil
almasında maraqlı olduqlarını qeyd edib.
Azərbaycanda daha yaxşı tanınmaq üçün müvafiq
təhsil sərgilərində təmsil olunmağın
zəruriliyinə toxunan Misir Mərdanov Hacəttəpə
Universitetinin digər nümayəndələrinin də
ölkəmizə səfərlərinin təşkilini əhəmiyyətli
hesab etdiyini bildirib. |