Amerika
alimləri süni beyin yaradılması üzərində
işləyirlər. Alimlər beyin yarımkürələri
arasında əlaqə yaradan sintetik material -
sinaps işləyib hazırlayıblar. Bu, əsəb
hüceyrələrini bir-birinə bağlayır və baş-beynin
neyronları arasında olan əlaqəni xatırladır.
Nanoborucuqdan hazırlanmış sinapslar əsl
neyronlar kimi hərəkət edirlər.
Karbonlu nanoborucuqlar keçiricilər qismində
elektron sxemlərdə istifadə olunan mikroskopik
molekulyar strukturlardır. Alimlərin əsas
nailiyyəti isə sintetik sinapsların işlənib
hazırlanmasıdır.
İnsanın baş-beynində yeni neyronların əmələ
gəlməsi və onlar arasında əlaqənin yaranması
baş verir, buna görə də sintetik beynin bu cür
plastikliyinə nail olunması vacib vəzifədir.
Alimlər qeyd edirlər ki, real surətdə fəaliyyət
göstərən beyin bir neçə on ildən sonra yaradıla
bilər. Adıçəkilən elmi kəşf baş-beyin
zədələnmələrinin müalicəsində tətbiq oluna bilər.
Bundan əlavə, yenilikdən intellektual
təhlükəsizlik sistemləri kimi avtomobillər üçün
də istifadə olunması planlaşdırılır. |