Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - �18

 

Ağcabədi şəhərində Şahmat Məktəbinin yeni binası istifadəyə verilib

 

Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospektində yeni inşa olunan şahmat məktəbinin binasının açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı binanın açılışını bildirən lenti kəsdi və məktəblə yaxından tanış oldu.

Məlumat verildi ki, rayonda 1983-cü ildən fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki binası yararsız halda olduğundan ötən ilin iyunundan yeni binanın tikintisinə başlanılmışdır. Müasir üslubda inşa olunan bu tədris binası şahmat meydançasına bənzədilmişdir. Məktəbin həyətində açıq havada şahmat oynamaq üçün geniş sahə yaradılmışdır. İtaliyadan gətirilən və xüsusi texniki qulluqla yetişdirilən şahmat fiqurları formasında olan kollar binaya əlavə gözəllik bəxş edir. Ərazidə yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi yaradılmış, yaraşıqlı fəvvarə tikilmişdir. Bildirildi ki, 483 kvadratmetr sahəsi olan ikimərtəbəli binanın birinci mərtəbəsində 8 sinif otağı vardır. Müasir havalandırma sistemi ilə təchiz olunan bina xüsusi dizaynla inşa edilmişdir.

Prezident İlham Əliyev dərs otaqlarına baxdıqdan sonra binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana, xüsusən də şahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotolardan ibarət stendlərə baxdı.

Oyun zalı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, ümumi sahəsi 148 kvadratmetr olan zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə bilər. Oyunların canlı izlənilməsi üçün zalda bir neçə kamera quraşdırılmışdır. Binanın girişində quraşdırılan monitor məktəbdə gedən yarışları canlı izləməyə imkan verir. Zalda müxtəlif şahmat fiqurlarından və kompozisiyalardan ibarət xüsusi guşələr də yaradılmışdır. Bütün siniflər və yarış zalı şahmat taxtaları, saat və lazımi avadanlıqla təchiz olunmuşdur.

Sonra Prezident İlham Əliyev burada yaradılan kompüter otağına baxdı. Bildirildi ki, kompüter otağı yüksək sürətli İnternetlə təmin edilmişdir ki, bu da dərslərin kompüter vasitəsilə keçilməsinə, ən son yenilikləri qısa zaman çərçivəsində öyrənməyə şərait yaradacaqdır.

Vurğulandı ki, Ağcabədi Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Ağcabədi şahmatçıları son 3 il ərzində respublika şahmat turnirlərində 100-dək medal, diplom və kuboklara layiq görülmüşlər. 2008-ci ilin avqustunda Bakıda keçirilmiş uşaq gənclər şahmat məktəbləri komandalarının Respublika birinciliyinin final mərhələsində iştirak edən Ağcabədinin qızlardan ibarət komandası uğurla çıxış edərək üçüncü yerə layiq görülmüşdür. Fərdi yarışlarda isə Fərid Abdullayev, Əsmər Həsənova, Aysun Bədəlova medal qazanmışlar.

Dövlət başçısına məlumat verildi ki, şahmat məktəbinin yanında 100 min cildlik elektron kitabxananın tikilməsi üçün yer ayrılmışdır.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, görülmüş işlərdən razılığını bildirdi.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov